Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə415/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   411   412   413   414   415   416   417   418   ...   445

ZƏKƏRİYYƏ 12:4

932


ZƏKƏRİYYƏ 13:9

Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq.

Dünyanın bütün millətləri ona qarşı birləşəcək.

4

O gün hər atı dəhşətə, süvarisini dəliliyə düçar



edəcəyəm» bəyan edir Rəbb, «Mən Yəhuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün

atlarını kor edəcəyəm.

5

Onda Yəhuda başçıları ürəklərində deyəcək: “Özlərinin Allahı Ordular



Rəbbinin ucbatından Yerusəlimdə yaşayanlar mənim üçün qüvvə olub”.

6

O gün Yəhuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan



bir məşəl kimi edəcəyəm. Hər tərəfdə – sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər.

Yerusəlimlilər isə yenə öz şəhərlərində yaşayacaq.

7

Mən Rəbb əvvəlcə Yəhuda xalqının məskənlərini qurtaracağam. Ona görə ki Davud nəsli və



Yerusəlimdə yaşayanlar Yəhudadan çox şərəfli olmasın.

8

Mən Rəbb o gün Yerusəlimdə yaşayanları



qoruyacağam. O gün onların arasında ən gücsüz adam Davud kimi, Davud nəsli isə Allah kimi, onlara

başçılıq edən Rəbbin mələyi kimi olacaq.

9

O gün Yerusəlimə hücum etmək üçün gələn bütün millətləri



məhv etməyə çalışacağam.

10

* Davud nəsli və Yerusəlimdə yaşayanların üzərinə lütf və yalvarış ruhunu tökəcəyəm. Onlar



Mənə – bədənini deşdikləri şəxsə baxacaq və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq, ilk

oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.

11

* O gün Yerusəlimdə böyük matəm olacaq, Megiddo



düzənliyində, Hadad-Rimmonda olduğu kimi böyük matəm olacaq.

12

Ölkədə hər nəsil öz içində yas



tutacaq: Davud nəsli ayrı, qadınları ayrı, Natan nəsli ayrı, qadınları ayrı,

13

Levi nəsli ayrı, qadınları



ayrı, Şimey nəsli ayrı, qadınları ayrı yas tutacaq.

14

Bütün qalan nəsilləri ayrı-ayrı, qadınları isə ayrı



yas tutacaq.

13

Günahdan təmizlənmə

1

O gün Davud nəslini və Yerusəlimdə yaşayanları günahdan və murdarlıqdan təmizləmək üçün bir



bulaq açılacaq.

2

O gün ölkədən bütlərin adını birdəfəlik siləcəyəm, onlar bir daha xatırlanmayacaq.



Yalançı peyğəmbərləri də, natəmiz ruhu da ölkədən uzaqlaşdıracağam» bəyan edir Ordular Rəbbi.

3

«Əgər kimsə yenə peyğəmbərlik etsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək: “Sən yaşaya



bilməzsən, çünki Rəbbin adı ilə yalan söyləmisən”. Sonra isə peyğəmbərlik edəndə öz ata-anası onun

bədənini deşəcək.

4

O gün hər peyğəmbər peyğəmbərlik edərkən ona nazil olan görüntüdən utanacaq.



O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək.

5

O deyəcək: “Mən peyğəmbər deyiləm,



ə

kinçiyəm. Cavanlığımda bir adam məni özünə qul etdi”.

6

O biri ondan soruşacaq: “Bəs sinəndəki bu yaralar nədir?” O isə “dostlarımın evində aldığım



yaralardır” deyəcək.

Çobanın həlakı

7

* Oyan, ey qılınc,



Çobanımın, yaxınımın üstünə get»

Bəyan edir Ordular Rəbbi.

«Çobanı vur,

Qoyunları pərən-pərən olsun.

Mən də əlimi kiçiklərə qarşı qaldıracağam.

8

Bütün ölkədə



Xalqın üçdə ikisi vurulub-öldürüləcək,

Üçdə biri isə sağ qalacaq»

Bəyan edir Rəbb.

9

«Qalan üçdə birini oda salacağam,



Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm.

Qızılı yoxlayan kimi yoxlayacağam.

Onlar Mənim adımı çağıracaq,

Mən də onlara cavab verib

“Bunlar Mənim xalqımdır” deyəcəyəm,

Onlar da “Rəbb Allahımızdır” deyəcək.

14

Allahın padşahlığı

*

12:10 Y



ə

h. 19:37; Vəhy 1:7 *

12:11 2Pad. 23:29; V

ə

hy 16:16 *



13:7 Mat. 26:31; Mark 14:27


ZƏKƏRİYYƏ 14:1

933


ZƏKƏRİYYƏ 14:21

1

Budur, Rəbbin günü gəlir! Ey Yerusəlim xalqı, sənin qarət olunmuş mallarını gözlərin önündə



bölüşdürəcəklər.

2

Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər



ə

lə keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə

göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək.

3

O zaman Rəbb çıxıb müharibə günündə



necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək.

4

O gün Onun ayaqları Yerusəlimin önündə – şərq



tərəfində olan Zeytun dağının üzərində duracaq. Zeytun dağı şərqə və qərbə doğru ortadan yarılıb

çox böyük bir vadi olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək.

5

Siz isə dağlarımdakı vadi



ilə qaçacaqsınız, çünki dağlardakı vadi Aselə qədər uzanacaq. Yəhuda padşahı Uzziyanın dövründə

zəlzələ olarkən necə qaçdınızsa, eləcə qaçacaqsınız. O zaman Allahım Rəbb bütün müqəddəslərlə birgə

gələcək.

6

O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq.



7

Yalnız Rəbbin bildiyi xüsusi bir gün

olacaq. Gecə də, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq.

8

* O gün Yerusəlimdən həyat verən



sular axacaq. Suların yarısı Şərq dənizinə, yarısı isə Qərb dənizinə* axacaq. Yayda da, qışda da belə

olacaq.


9

Rəbb bütün dünyanın padşahı olacaq. O gün yalnız Rəbb və Onun adı ucalacaq.

10

Bütün ölkə



Gevadan Yerusəlimin cənubundakı Rimmona qədər Arava düzənliyi kimi olacaq. Amma Yerusəlim

yüksəklikdə olacaq, Binyamin darvazasından ilk darvazanın yerinə, Künc darvazasına, Xananel

qülləsindən padşahın üzümsıxanlarına qədər öz yerində duracaq.

11

* İnsanlar orada sakin olub asayiş



içində yaşayacaq. Yerusəlim bir daha məhvə düçar olmayacaq.

12

Yerusəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda



bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək.

13

O gün Rəbb onları böyük təlaşa



düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək.

14

Yəhudalılar



da Yerusəlimdə vuruşacaq. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar

toplanacaq.

15

Düşmən ordugahlarındakı bütün heyvanlar da – atlar, qatırlar, dəvələr və eşşəklər bu



cür bəlaya düçar olacaq.

16

Yerusəlimə hücum edən millətlərdən sağ qalanların hamısı Ordular Rəbbi olan Padşaha səcdə



etmək və Çardaqlar bayramını keçirmək üçün hər il Yerusəlimə gedəcək.

17

Əgər yer üzündəki



nəsillərdən hansısa Ordular Rəbbi olan Padşaha səcdə etmək üçün Yerusəlimə getməsə, onun ölkəsinə

yağış yağmayacaq.

18

Misirlilər nəsli Yerusəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb



onlara da Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə verdiyi cəzanı

verəcək.


19

Misirlilərə və Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə getməyən bütün millətlərə

belə cəza veriləcək.

20

O gün atların zınqırovları üzərinə “Rəbbə həsr edilmiş” sözləri yazılacaq. Rəbbin evindəki



qazanlar da qurbangahın önündəki ləyənlər kimi olacaq.

21

Yerusəlim və Yəhudada hər qazan Ordular



Rəbbinə həsr olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini bişirmək

üçün istifadə edəcək. O gün Ordular Rəbbinin evində artıq Kənanlı † qalmayacaq».

*

14:8 Yez. 47:1; Y



ə

h. 7:38; Vəhy 22:1 *

14:8 Ş

ə

rq dənizi – Ölü dəniz, Qərb dənizi – Aralıq dənizi. *



14:11

V

ə



hy 22:3 †

14:21 K


ə

nanlı – yaxud tacir.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   411   412   413   414   415   416   417   418   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə