Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə417/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   413   414   415   416   417   418   419   420   ...   445

MALAKİ 3:18

936


MALAKİ 4:6

«Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə

rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm.

18

O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə



etməyən arasındakı fərqi yenə görəcəksiniz».

4

Rəbbin günü

1

Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman



kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq.

2

Ancaq adıma



hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar

kimi oynayacaqsınız.

3

Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın



altında kül olacaq» deyir Ordular Rəbbi.

4

«Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və



hökmləri yadda saxlayın.

5

* Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin



yanınıza göndərəcəyəm.

6

O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf



döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».

*

4:5 Mat. 11:14; 17:10-13; Mark 9:11-13; Luka 1:17; Y



ə

h. 1:21



MATTA 1:1

937


MATTA 1:21

MATTANIN


NƏQL ETDİYİ MÜJDƏ

GİRİŞ


«Mattanın nəql etdiyi Müjdə»də İsa Məsihin vəd edilmiş Xilaskar olduğu barədə danışılır. Burada Onun

vasitəsilə Allahın Əhdi-Ətiqdə Öz xalqına verdiyi vədlərin yerinə yetməsi vurğulanır. Bu Müjdə yalnız

aralarında İsanın böyüyüb başa çatdığı Yəhudi xalqı üçün deyil, bütün dünya üçündür.

Mattanın nəql etdiyi Müjdə səlis ardıcıllıqla yazılıb. Bu kitab İsanın doğuluşu, vəftizi və sınağa

çəkilməsindən başlayır. Sonra müəllif İsanın vəzləri, təlimləri və Qalileyada şəfa verməsi barədə

danışır. Müjdə İsanın Qalileyadan Yerusəlimə səyahəti, Onun həyatında son həftə ərzində baş vermiş

hadisələr, çarmıxa çəkilməsi və dirilməsi ilə bitir.

«Mattanın nəql etdiyi Müjdə» İsanı Qanunu izah etmək və Allahın Padşahlığı haqqında təlim vermək

səlahiyyətinə malik olan böyük Müəllim kimi təqdim edir. Onun insanlara həyat verən təlimləri bu

kitabda yazılmışdır.

Kitabın məzmunu:

1:1–2:23 İsa Məsihin nəsil şəcərəsi və doğulması

3:1-12 Vəftizçi Yəhyanın vəzi

3:13-17 İsa Məsihin vəftiz olunması

4:1-11 İsanın sınağa çəkilməsi

4:12–18:35 İsanın Qalileyada ictimai xidməti

19:1–20:34 Qalileyadan Yerusəlimə

21:1–27:66 İsanın Yerusəlimdəki son günləri

28:1-20 İsanın dirilməsi



İsa Məsihin nəsil şəcərəsi

(Luka 3:23-38)

1

Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:



2

İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi.

3

Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram



törədi.

4

Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.



5

Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey

törədi.

6

Yesseydən padşah Davud törədi.



Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi.

7

Süleymandan Rexavam törədi. Rex-



avamdan Aviya törədi. Aviyadan Asa törədi.

8

Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi.



Yehoramdan Uzziya törədi.

9

Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi.



10

Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi.

11

*Babil sürgünü



zamanı Yoşiyadan Yekonya* və onun qardaşları törədi.

12

Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi.



Şealtieldən Zerubbabil törədi.

13

Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi.



14

Azurdan


Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi.

15

Elihuddan Eleazar törədi. Eleazardan



Mattan törədi. Mattandan Yaqub törədi.

16

Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də



Məsih adlanan İsa doğuldu.

17

Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil



sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.

İsa Məsihin doğulması

(Luka 2:1-7)

18

*İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə



olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu.

19

Onun nişanlısı Yusif



saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə

düşdü.


20

Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu

Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır.

21

*Məryəm bir Oğul doğacaq və Onun adını İsa† qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».



*

1:11 2Pad. 24:14-15; 2Saln. 36:10; Yer. 27:20

*

1:11 Yekonya – başqa adı Yehoyakin.



*

1:18 Luka 1:26-27

*

1:21 Luka 1:31



1:21 İsa – ibrani dilind

ə

Rəbb xilas edir.




MATTA 1:22

938


MATTA 2:23

22

*Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:



23

«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar».

«İmmanuel» «Allah bizimlədir» deməkdir.

24

Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi.



25

*Amma


Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.

2

Müdrik adamların ziyarəti

1

İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik



adamlar* şərqdən Yerusəlimə gəlib

2

*dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə



Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».

3

Padşah Hirod bunu eşitdikdə özü və bütün



Yerusəlim xalqı təlaşa düşdü.

4

Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq



onlardan Məsihin harada doğulduğunu soruşdu.

5

«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər.



«Çünki peyğəmbər vasitəsilə belə yazılıb:

6

*“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən



Yəhuda hökmdarları arasında ən kiçik deyilsən,

Çünki xalqım İsrailə çoban olan

Hökmdar səndən çıxacaq”».

7

Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi.



8

«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım»

deyərək onları Bet-Lexemə göndərdi.

9

Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə



gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı.

10

Onlar



ulduzu gördükləri vaxt çox sevindilər.

11

Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə



qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim

etdilər.


12

Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz

ölkələrinə getdilər.

Misirə qaçış

13

Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx,



Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni

öldürmək üçün axtarmağa başlayır».

14

Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb



Misirə yollandı.

15

*Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz



yerinə yetsin deyə baş verdi:

«Öz Oğlumu Misirdən çağırdım».

16

Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O,



müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı

körpə oğlan uşaqlarını öldürtdü.

17

Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə



yetdi:

18

*«Ramada bir səs eşidildi,



Ağlaşma† və böyük fəryad səsləri!

Rəhilə uşaqları üçün ağlayır,

Təsəlli istəmir.

Çünki onlar daha yoxdur».



Misirdən Nazaretə dönüş

19

Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb



20

dedi: «Qalx, Körpə ilə

anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü».

21

Yusif qalxdı,



Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı.

22

Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya



padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə

getdi.


23

Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona

Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.

*

1:22 Yeş. 7:14



*

1:25 Luka 2:21

*

2:1 Müdrik adamlar – h



ə

rfi tərcümədə mağlar, yəni şərq ölkələrindən olan

din və elm adamları. *

2:2 Say. 24:17; Yer. 23:5; Z

ə

k. 9:9; Mark 15:2; Yəh. 1:49 *



2:6 2Şam. 5:2; 1Saln. 11:2; Mik.

5:2


*

2:15 Huş


ə

11:1 *


2:18 Yer. 31:15

2:18 Ağlaşma – b



ə

zi əlyazmalarda Mərsiyə, ağlaşma.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   413   414   415   416   417   418   419   420   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə