Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə416/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   412   413   414   415   416   417   418   419   ...   445

MALAKİ 1:1

934


MALAKİ 2:5

MALAKİ


PEYĞƏMBƏRİN KİTABI

GİRİŞ


«Malaki» Kitabında təsvir olunan hadisələr miladdan əvvəl VI əsrdə Yerusəlimdəki məbədin yenidən

tikilməsindən sonrakı dövrə aiddir. «Malaki» adı ibrani dilində «Mənim elçim» deməkdir.

Peyğəmbərin əsas qayğısı kahinlərin və xalqın Allahla bağladığı əhdə sadiq qalmasıdır. Allah

xalqının həyatında və Allaha ibadətində qüsurlar var idi. Onlar yollarını azmışdı. Kahinlərlə

xalq təqdim və ianələri sidq ürəkdən vermir, Allaha hiyləgərliklə yanaşır və Onun təliminə uyğun

yaşamırdılar. Amma Rəbb, yolunu hazırlamaq və əhdini elan etmək üçün Öz elçisini əvvəlcədən

göndərəcək, sonra Özü xalqını mühakimə və pak etmək üçün gələcək.

Kitabın məzmunu:

1:1–2:16 İsrailin günahları

2:17–4:6 Allahın məhkəməsi və mərhəməti

1

Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.



Rəbbin İsrailə məhəbbəti

2

* * Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab



verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim,

3

Esava isə nifrət etdim. Onun



dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim».

4

Edomlular deyir: «Biz əzildik, amma



yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma

Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq

tanınacaq».

5

Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!»



deyəcəksiniz.

Kahinlərə məzəmmət

6

Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət



göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq

siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz.

7

Qurbangahımın üzərində murdar çörək



təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət

etmək lazım deyil” deməklə belə edirsiniz.

8

* Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi?



Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör

səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi.

9

«İndi bizə lütf etməsi üçün Allaha



yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi.

10

«Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin



qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm»

deyir Ordular Rəbbi.

11

«Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında



ə

zəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər

arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi.

12

«Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın



müqəddəsliyini pozursunuz.

13

Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir



Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul

edəcəyəmmi?» deyə soruşur Rəbb.

14

«Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu



heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər

arasında zəhmlidir» deyir Ordular Rəbbi.

2

1

«İndi, ey kahinlər, bu əmr sizin üçündür».



2

Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız,

adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çe-

virəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.

3

Mən


sizin nəslinizi məzəmmət edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə

çırpacağam, siz onunla birgə atılacaqsınız.

4

* Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım



ə

hdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi.

5

* «Onunla həyat və sülh verən bir



ə

hd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət

*

1:2 Rom. 9:13



*

1:2 Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14

*

1:8 Qanun. 15:21



*

2:4 Say. 3:11-13

*

2:5 Say. 25:12




MALAKİ 2:6

935


MALAKİ 3:17

göstərdi.

6

Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində



Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı.

7

Kahinin ağzı biliyi qorumalı,



insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.

8

Ancaq siz yoldan



azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular

Rəbbi.


9

«Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə

də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».

Yəhuda xalqının xəyanəti

10

Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın



bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik?

11

Yəhuda xalqı xəyanət etdi. İsraildə və



Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi

müqəddəs yeri murdar etdi.

12

Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə



qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.

13

Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurur-



sunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul

etmir.


14

Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında

Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin.

15

Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O



Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi

arvadına xəyanət etməsin.

16

İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən



adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.

Əhd Mələyinin gəlməsi

17

Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs



Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?»

deyərək Onu yordunuz.

3

1

* «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd



qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular

Rəbbi.


2

* «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər?

Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq.

3

O, gümüş əridib təmizləyən adam kimi



rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə

Rəbbə qurbanlar gətirəcəklər.

4

Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş



illərdə olduğu kimi Rəbbə xoş gələcək.

5

Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə,



muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı

tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.



Ondabirləri oğurlayanları məzəmmət

6

«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları!



7

Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf

dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz.

8

İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?”



deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız.

9

Siz böyük lənətə düçar oldunuz.



Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız.

10

* Bütün ondabirlərinizi anbara gətirin ki,



məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin

pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam.

11

Çəyirtkələri



* əkinləriniziyeməyəqoymayacağam, tarladameynənizməhsulsuzqalmayacaq»deyirOrdularRəbbi.

12

«Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi.



13

«Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə

soruşursunuz.

14

Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə



yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu?

15

İndi biz məğrurları



bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».

16

O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən



qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı.

17

Ordular Rəbbi deyir:



*

3:1 Mat. 11:10; Mark 1:2; Luka 1:76-77; 7:27

*

3:2 V


ə

hy 6:17 *

3:10 Lev. 27:30; Say. 18:21-24; Qanun. 12:6; 14:22-29; Neh.

13:12


*

3:11 Ç


ə

yirtkələri – yaxud yeyənləri.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə