Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə424/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   420   421   422   423   424   425   426   427   ...   445

MATTA 13:23

951


MATTA 13:55

arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı

boğur və kəlam barsız olur.

23

Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan



da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».

Dəlicə və buğda məsəli

24

İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama



bənzəyir.

25

Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi.



26

Buğda


böyüyüb bəhrə verəndə dəlicələr də göründü.

27

Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən



tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?”

28

O isə qullara dedi: “Bunu



düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?”

29

O dedi: “Yox, çünki



dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız.

30

Qoy biçinə qədər hər ikisi birlikdə



böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün

onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”».



Xardal toxumu və maya məsəlləri

(Mark 4:30-34; Luka 13:18-21)

31

İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında



səpdiyi xardal toxumuna bənzəyir.

32

Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə



bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun

budaqlarında yuva qurur».

33

İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu



götürüb üç kisə* una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».

34

İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki,



35

*peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin:

«Ağzımı məsəllərlə açacağam,

Dünya yaranandan bəri

Gizli qalan şeyləri bəyan edəcəyəm».

Dəlicə və buğda məsəlinin izahı

36

O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr



məsəlini bizə izah et».

37

Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur.



38

Tarla isə

dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır.

39

Dəlicələri səpmiş



olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir.

40

Dəlicələr toplanıb alovla



yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq.

41

Bəşər Oğlu mələklərini göndərəcək, onlar da



pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq

42

və onları



odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq.

43

O zaman salehlər özlərinin Atasının



Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!

Dəfinə və mirvari məsəlləri

44

Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə



gedib bütün varını satdı və o tarlanı satın aldı.

45

Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.



46

O, çox dəyərli olan bir

mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.

Tor məsəli

47

Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.



48

Tor dolduğu

zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar.

49

Bu dövrün



sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər.

50

Sonra onları



odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».

51

İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.



52

İsa da


onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və

köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».



İsa Öz yurdunda rədd edilir

(Mark 6:1-6; Luka 4:16-30)

53

İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.



54

Öz yurduna gələrək oradakı sinaqoqda xalqı

öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan

qüdrət haradandır?

55

Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon



*

13:33 Kis

ə

– yunan mətnində saton, təqribən 37 litr. *



13:35 Z

ə

b. 78:2




MATTA 13:56

952


MATTA 14:36

və Yəhuda Onun qardaşları deyilmi?

56

Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama



bütün bu şeylər haradandır?»

57

*Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə



öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar».

58

İsa onların imansızlığı üzündən



orada çox möcüzə yaratmadı.

14

Yəhyanın edamı



(Mark 6:14-29; Luka 9:7-9)

1

*O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi.



2

Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır.

O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».

3

*Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana



saldırmışdı.

4

*Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».



5

Hirod Yəhyanı

öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.

6

Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun



xoşuna gəldi.

7

O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək.



8

Qız isə anasının təhriki ilə

dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver».

9

Padşahı kədər bürüdü, amma



içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər.

10

Beləliklə, zindanda Yəhyanın



boynunu vurdurdu.

11

Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı.



12

Yəhyanın


şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.

İsa beş min nəfəri doydurur

(Mark 6:30-44; Luka 9:10-17; Yəh. 6:1-14)

13

İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat



şəhərlərdən piyada Onun ardınca getdi.

14

İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi



gəldi və xəstələrinə şəfa verdi.

15

Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı



burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».

16

Amma İsa onlara dedi: «Getməklərinə



ehtiyac yoxdur. Onlara yeməyi siz verin».

17

Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan



başqa bir şeyimiz yoxdur».

18

İsa «onları buraya, Mənə gətirin» dedi.



19

Camaata əmr etdi ki, otların

üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi

bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.

20

Hamı yeyib-doydu. Artıq qalan hissələrdən



on iki dolu zənbil yığdılar.

21

Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min



nəfərə yaxın idi.

İsa suyun üstü ilə yeriyir

(Mark 6:45-53; Yəh. 6:15-21)

22

Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa



minib Özündən əvvəl o biri sahilə keçsinlər.

23

İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-



tənha dağa çıxdı. Axşam olanda orada tək idi.

24

Qayıq isə artıq qurudan çox stadi uzaqda* idi və külək



onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi.

25

Gecənin dördüncü növbəsi† İsa gölün



üstü ilə yeriyərək onların yanına gəldi.

26

Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu



bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar.

27

Lakin bu anda İsa onlara müraciət



edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»

28

Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə,



mənə əmr et ki, suların üstü ilə yanına gəlim».

29

İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü



ilə yeridi və İsaya tərəf getdi.

30

Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı.



«Ya Rəbb, məni xilas et!» deyə qışqırdı.

31

İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan



adam, nə üçün şübhə etdin?»

32

Onlar qayığa mindikləri zaman külək sakitləşdi.



33

Qayıqda olanlar

«Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.

İsa Ginesarda xəstələrə şəfa verir

(Mark 6:53-56)

34

İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar.



35

O yerin adamları İsanı tanıdıqları zaman

ə

trafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər.



36

Xəstələr heç olmasa

İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.

*

13:57 Y



ə

h. 4:44 *

14:1 Mat. 16:13-14; Mark 6:14-15; Luka 9:7-8

*

14:3 Luka 3:19-20



*

14:4 Lev. 18:16; 20:21

*

14:24


Qurudan çox stadi uzaqda – bir stadi 200 metr

ə

yaxındır; bəzi əlyazmalarda gölün ortasında (Mark 6:47). †



14:25

Gec


ə

nin dördüncü növbəsi – hazırkı vaxtla səhər saat üç ilə altı arası.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə