Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə423/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   419   420   421   422   423   424   425   426   ...   445

MATTA 12:7

949


MATTA 12:39

7

*Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri



məhkum etməzdiniz.

8

Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».



Əli qurumuş adamın şəfası

(Mark 3:1-6; Luka 6:6-11)

9

İsa oradan ayrılıb onların sinaqoquna girdi.



10

Budur, orada əli qurumuş bir adam var idi. Bəzi

adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.

11

*İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə,



onu tutub çıxartmaz?

12

İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş



görməyə icazə var».

13

Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb



o biri əli kimi sağlam oldu.

14

Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.



Allahın seçdiyi Qul

15

İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına



şəfa verdi.

16

Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.



17

*Bu, Yeşaya peyğəmbər

vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:

18

«Budur, Mənim seçdiyim Qulum!



Mənə sevimlidir, könlüm Ondan razıdır.

Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.

O, millətlərə ədalət elan edəcək.

19

O nə mübahisə, nə də fəryad edəcək.



Küçələrdə heç kim Onun səsini eşitməyəcək.

20

Ədaləti zəfərə çatdırana qədər



Əzilmiş qamışı qırmayacaq,

Tüstülənən piltəni söndürməyəcək.

21

Millətlər Onun adına ümid bağlayacaq».



İsa və Baal-Zevul

(Mark 3:20-30; Luka 6:43-45; 11:14-23)

22

Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi.



Beləcə o danışmağa və görməyə başladı.

23

Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı.



24

*Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə

cinləri qovur».

25

Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq



viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz.

26

Əgər Şeytan Şeytanı



qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər?

27

Əgər



Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə

də onlar sizin hakimləriniz olacaq.

28

Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın



Padşahlığı üzərinizə gəlib.

29

Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan



onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.

30

*Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.



31

*Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı

küfr bağışlanmayacaq.

32

Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs



Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə.

33

*Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac



bəhrəsindən tanınır.

34

*Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz?



Çünki ürək doluluğundan ağız danışar.

35

Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis



adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.

36

Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz



üçün qiyamət günü* hesab verəcəklər.

37

Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə



görə məhkum olunacaqsan».

Yunus peyğəmbərin əlaməti

(Mat. 16:1-4; Mark 8:11-12; Luka 11:24-26,29-32)

38

*O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək



istəyirik».

39

İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus



*

12:7 Huş


ə

6:6; Mat. 9:13 *

12:11 Luka 14:5

*

12:17 Yeş. 42:1-4



*

12:24 Mat. 9:34; 10:25

*

12:30 Mark 9:40



*

12:31 Luka 12:10

*

12:33 Mat. 7:20



*

12:34 Mat. 3:7; 15:18; 23:33; Luka 3:7

*

12:36 Qiyam



ə

t günü – hərfi tərcümədə

mühakimə günü. *

12:38 Luka 11:16




MATTA 12:40

950


MATTA 13:22

peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək.

40

*ÇünkiYunusüçgün-üçgecənəhəng



balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.

41

*Nineva



xalqı qiyamət günündə† bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə

görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.

42

*Cənub mələkəsi‡ qiyamət



günündə§ bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini

dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.

43

Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz.



44

O

zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində



görər.

45

Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib



məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».

İsanın anası və qardaşları kimdir?

(Mark 3:31-35; Luka 8:19-21)

46

İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər.



47

Bir


nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər».

48

Amma



İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?»

49

Əlini şagirdlərinə



doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.

50

Çünki kim göylərdə olan Atamın



iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

13

Səpilən toxum məsəli



(Mark 4:1-20; Luka 8:4-15)

1

O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu.



2

*Yanına elə böyük izdiham toplaşdı ki, Özü

bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu.

3

İsa onlara məsəllərlə bir çox şey öyrədərək



dedi: «Bir əkinçi toxum səpməyə çıxdı.

4

Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və



quşlar gəlib onları dənlədi.

5

Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin



olmadığına görə tez cücərdi.

6

Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu.



7

Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu.

8

Başqaları isə münbit torpağa düşdü.



Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi.

9

Qulağı olan eşitsin!»



10

Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?»

11

O isə onlara



belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara

verilməmişdir.

12

*Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma



kimin yoxudursa, əlində olan da ondan alınacaq.

13

*Mənim onlarla məsəllərlə danışmağımın



məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”.

14

Yeşaya



peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir:

“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,

Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.

15

Çünki bu xalqın ürəyi kütləşdi,



Qulaqları ağır eşitdi,

Gözlərini yumdular ki,

Gözləri ilə görməsinlər,

Qulaqları ilə eşitməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönməsinlər ki,

Mən onlara şəfa verim”.

16

*Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir!



17

Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi

arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər.

18

İndi əkinçi barədə məsəlin izahını dinləyin:



19

kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib

anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur.

20

Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir.



21

Lakin onda kök

olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır.

22

Tikanlar



*

12:40 Yun. 1:17

*

12:41 Yun. 3:5



12:41 Qiyam

ə

t günündə – hərfi tərcümədə mühakimədə. *



12:42

1Pad. 10:1-13; 2Saln. 9:1-12

12:42 C


ə

nub mələkəsi – yəni Süleymanın yanına gələn Səba mələkəsi. §

12:42

Qiyam


ə

t günündə – hərfi tərcümədə mühakimədə. *

13:2 Luka 5:1-3

*

13:12 Mat. 25:29; Mark 4:25; Luka 8:18;



19:26

*

13:13 Yeş. 6:9-10; Y



ə

h. 12:39-40; Həv. 28:26-27 *

13:16 Luka 10:23-24



Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə