Redaksiya heyəti: Editorial staff



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix01.02.2018
ölçüsü3 Mb.
#23258
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

72

Qəbələ Antik şəhər ərazisi 

(e.ə. IV – b.e. I əsrləri)   

The Ancient settlement, Gabala 

(4th century BC-1st century AD)

SE

BA

nəzarətçilər üçün idi (Şək. 4).

2005-ci ilə qədər güman edilirdi ki, bu bina-

lar eyni vaxtda istifadə olunmuşlar. Ona görə 

də  bir-birinə  çox  yaxın  məsafədə  yerləşən 

eyni  tip  binaların  eyni  vaxtda  istifadə  olun-

ması təəccüb doğururdu. İndi isə məlum olur 

ki, əvvəlki illərdə aşkar olunan böyük həcmli 

oval  planlı  bina  2005-ci  ildə  qalıqları  aşkar 

edilmiş nisbətən kiçik planlı oval bina dağı-

landan sonra tikilmişdir. Bu bina əvvəlki da-

ğılmış binadan bir neçə dəfə böyük olmuşdur. 

Çox güman ki, bu tikililər dövlət əhəmiyyətli 

(dünyəvi və dini) yığıncaqlar keçirmək və ya 

tamaşalar  göstərmək  üçün  nəzərdə  tutul-

muşdur.


Qazıntılar zamanı çox az hallarda kirəmit 

parçalarına rast gəlinsə də, bu binaların üstü 

kirəmitlə  örtülməyib.  Görünür,  onların  üstü 

qamış,  köşən,  keçə  və  s.  kimi  materiallarla 

örtülmüşdür.

Oval  planlı  binanın  divarları  bütün  peri-

metr  boyu  izlənildikdən  və  onun  döşəməsi 

təmizləndikdən  sonra  bu  sahədə  mədəni 

təbəqənin  stratiqrafiyası  və  qalınlığını 

müəyyənləşdirmək  məqsədi  ilə  1,3  x  1,5  m 

ölçüdə kiçik bir sahə xam torpağa qədər qa-

zıldı. Oval planlı binanın döşəməsindən altda 

mədəni təbəqə daha 1,4 m qalınlığında davam 

edir. Burada ən alt qatda ilk Tunc dövrü üçün 

səciyyəvi olan maddi mədəniyyət qalıqlarına 

rast gəlinir. Belə qalıqlar antik şəhər yerində 

birinci qazıntı sahəsində də aşkar edilmişdi. 

2005-ci ildə antik şəhər yerində aparılan qa-

zıntılar 5-18-ci şəkillərdə göstərilir. 

 

were made for the overseers to stand there 



and examine those who entered the building 

(Fig.4). 

Till  2005,  it  had  been  supposed  that  the 

buildings  were  being  used  at  the  same  time. 

That’s why the use of the buildings simultane-

ously, which were of the same type and situat-

ed at a very close distance to each other arose 

surprise. Now it has become obvious that the 

large oval planned building that was revealed 

in the previous years was built after the small-

er  one  had  collapsed  and  whose  remainders 

were found in 2005. That building was several 

times  bigger  than  the  previous  one  that  had 

collapsed. The buildings were probably meant 

for  conducting  meetings  of  state  significance 

(world and religious) or showing performanc-

es.

Though we seldom encountered tile piec-



es during the excavations, the tops of these 

buildings were not covered with tiles. They 

were probably overlaid with such materials 

as cane, thatch, felt, etc. 

After the walls of the oval planned build-

ing  had  been  tracked  in  all  the  perimeters 

and its floor had been cleared, a small area 

of 1.3 x 1.5 m size was dug down to the virgin 

soil to identify the stratigraphy and thickness 

of the civilized stratum in this area. The civi-

lized stratum goes down 1.4 m more under 

the floor of the oval planned building. Here, 

in the lowest layer, you can come across the 

remainders  of  material  culture  characteris-

tic of the early Bronze Age. Such remainders 

had been found in the first excavation site of 

the ancient urban place as well. The excava-

tions carried out in the ancient urban site in 

2005 are stated in figures 5-18. 



73

Qəbələ Arxeoloji 

Ekspedisiyasının Hesabatları 

2005-2010

Reports of the Gabala 

Archaeological Expedition

2005-2010

SE

BA

2. Bum kəndində 

yeraltı tunel

2004-cü  ildə  Qəbələ  rayonunda  olarkən 

Qəbələnin  Bum  kəndində  yeraltı  tunelin  ol-

ması  haqqında  məlumat  alınmışdı.  Lakin  o 

zaman  qazıntı  işləri  aparmaq  üçün  maliyyə 

vəsaiti olmadığından burada işləmək növbəti 

ilə  planlaşdırıldı.  Ona  görə  də  2005-ci  ildə 

antik  şəhər  yerində  geniş  qazıntı  işlərinə 

başlayana qədər Bum kəndində aşkar edilən 

tunelin tədqiqi ilə məşğul olundu.

Tunel aşkar olunan yerə baxılarkən çökən 

hissə  yenidən  dolmuşdu.  Çökən  yer  kiçik 

çuxur kimi izlənirdi (Şək. 19). 

Çökən yerdəki töküntülər təmizləndi və 

nəticədə  tunelə  giriş  açıldı.  Tunelin  eni 

təxminən  1,2  m,  hündürlüyü  1,8  m-dir. 

Yuxarısı  tağvaridir  (Şək.  20).  Üstündəki 

qat  müxtəlif  ölçülü  çay  daşları  və  tor-

paqdan ibarət süxur təxminən 1,5 m qalın-

lığındadır.  Tunel  şimal  istiqamətində  uza-

nır.  Orada,  dağın  dibində  bulaqlar  vardır. 

Burada dağın ətəyi boyu uzanan kiçik çay 

yatağı  da  vardır.  Yağmurlu  vaxtlarda  bu 

çay yatağından sel axır. Tunel bu bulaqla-

ra doğru uzanır. Deşik açılan nöqtədən 13 

m  məsafədə  tunel  dairəvi  şəkildə  enlənir. 

Bu dairənin eni 2,5 m-dir. Dairəvi hissədən 

şimala  və  şərqə  doğru  diametrləri  20-30 

sm olan deşiklər açılır.

Tunelin  nə  məqsədlə  qazılmasını  qəti 

müəyyənləşdirmək  üçün  orada  xeyli  qazın-

tı  işi  aparılmalıdır.  Lakin  çox  güman  ki,  o, 

su  təchizatı  ilə  əlaqədardır.  Hazırda  Bum 

kəndinin  çox  hissəsi  içməli  su  kimi  bu  bu-

lağın  suyundan  istifadə  edir.  Yerli  əhalinin 

2. underground Tunnel 

in the village Bum

In 2004, when we were in Gabala we re-

ceived  information  about  the  underground 

tunnel in the village Bum in Gabala. But as 

there were no financial sources for excava-

tions,  we  planned  to  work  there  next  year. 

That’s why we were busy with the explora-

tion  of  the  tunnel  revealed  in  the  Bum  till  

2005  when  we  would  begin  the  excavation 

work in the ancient urban site. 

When  we  viewed  the  place  where  the 

tunnel had been revealed, the sunken place 

had been filled again. The sunken place was 

tracked as a small cavity (Fig.19).      

Garbage in the sunken place was cleaned 

and the entrance to the tunnel was opened. 

The  tunnel  is  1.2  m  in  width  and  1.8  m  in 

height.  Its  top  is  arched  (Fig.20).  Rock  on 

it  consisted  of  multiple  sizing  pebbles  and 

soil is about 1.5 m thickness. The tunnel lies 

northward. There are springs in the foothill. 

Along the foothill, there is also a small riv-

er-bed. On rainy days, there flows a stream 

from this river bed. The tunnel lies towards 

these  springs.  At  13  m  distance  from  the 

drilled point, the tunnel widens in a circular 

shape. It has 2.5 m width. In the round part, 

there  are  holes  to  the  northward  and  east-

ward with the diameters 20-30 cm. 

In  order  to  define  the  exact  reason  why 

the  tunnel  was  drilled,  a  large  amount  of 

excavations should be carried out. But very 

probably, it is connected with the water sup-

ply.  Now  in  most  parts  of  the  village  Bum 

this  spring  is  used  as  drinkable  water.  Ac-



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə