Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   38   39   40   41   42   43   44   45   ...   65

Əkinə  yararlı  torpaqların  səmərəli  istifadə  edilməsi, 
məhsuldarlığın  süni  və  təbii  yolla  bərpası,  torpaq  strukturunun 
mühafizəsi  min  illər  torpaq  becərən,  ondan  bərəkət  nemətlərini 
alan  ata-babalarımızm,  əcdadlarımızm  müqəddəs  peşəsi,  vəzifəsi 
olmuşdur.  Təəssüf  ki,  indi  vəziyyət  hər  yerdə  belə  deyildir, 
indi-indi  aydm  olur  ki,  torpaq  üzərində  uzun  müddət 
ictimai-kollektiv  məsuliyyət  münasibəti  buna  şərait  yaradan  amil 
olmuşdur. 
Müasir  texnikaya,  enerji  qüvvəsinə,  kimya,  aqrotexnika 
elminin  nailiyyətlərinə  malik  olan  insanlann  torpağa,  suya,  yerin 
təkinə, meşə sərvətlərinə intensiv təsiri suda, quruda və torpaqda 
bioloji  kütlənin,  enerji  balansınm  azalmasına,  ekoloji  mühitdə 
gedən  nizamlı  əlaqələrin,  təbii  proseslərin  pozulmasına  səbəb 
olmuşdur.  Keçmişdə  respublika  ərazisində  geniş  yayılmış  meşə 
sahələrinin elektrik enerjisi, yanacaq qıtlığına görə məhv edilməsi 
üzvi  gübrələrin  məhdudluğu şəraitində torpağın  məhsuldarlığının 
xeyli aşağı düşməsi, kiçik çaylar və göllərin quruması,  yeraltı su 
ehtiyatlarımn  azalması  ekoloji  mühitdə  gedən  əlaqəli  inkişafa 
mənfi təsir göstərir. 
Regionlann tarazlı və iqtisadi baxımdan rəqabət qabiliyyətli 
ərazilərində  uzun  müddət  əkin,  otlaq  sahəsi  kimi  istifadə  edilən, 
fasiləsiz  olaraq  monokultura  (əsasən  pambıq)  bitkiləri  altında 
suvarılan  torpaqların  65-70  %-i  bu  və  ya  digər  dərəcədə 
şoranlaşmaya, eroziyaya məruz qalmış, neftçıxarma mədənlərində 
neft  məhsulları  ilə  çirklənmiş,  faydah  qazıntı,  daş,  qum 
karxanalarından  çıxanhmş  tikinti  materiallarmm  istehsalı  zamam 
bu  torpaqlar  qazılıb  alt-üst  edilmişdir.  Şoran  torpaqlarm 
meliorasiyası nəticəsində duzlu suların yenidən şirin su mənbələri 
olan çaylara axıdılması da su, bioloji-ekoloji mühitin pozulmasına 
səbəb  olmuşdur.  Belə  şəraitdə  tərkibi  müxtəlif  kimyəvi 
maddələrlə,  duzlarla  zəngin  çirkli  suların  su  mənbələrinə 
axıdılması  onlarda  yaşayan  bioloji  ehtiyatın  inkişafını  zəiflədir, 
ekoloji mühiti pozur. 
1995-ci  ildə  Milli  Məclis  tərəfindən  yeni  mülkiyyət 
münasibətlərinə  uyğun  «Aqrar  islahatların  əsaslan  haqqında»  və 
bir qədər sonra torpaq islahatlarının həyata keçirilməsinin hüquqi 
129 


əsasları və qaydalarım müəyyən edən «Torpaq islahatı haqqında» 
qanunlar  qəbul  edildi,  ölkədə  kənd  təsərrüfatmm  in-  Idşafmda 
aqrar islahatların həyata  keçirilməsində ən zəruri ilkin  şərtlərdən 
biri olaraq torpaqla bağh müvafiq sahələrdə maddi-texniki bazanm 
yaradılması  problemi  də  mühüm  dövlət  tədbiri  kimi 
qiymətləndirilir.  «Torpaq  islahatı  haqqında»  qanun  qüvvəyə 
mindikdən  sonra  respublikanm  torpaq  fondunun  aşağıdakı  üç 
mülkiyyət formasında istifadəsi təmin olunmağa başladı: 
•dövlət mülkiyyətinə 42,5 % (3,7 mln. hektar); 
•bələdiyyə mülkiyyətinə 31,2 % (2,7 mln. hektar); 
•xüsusi mülkiyyətə 26,4 % (2,3 mln. hektar); 
Mövcud mülkiyyət formaları, kapitalist istehsal münasibətləri 
fonunda  yuxarıdakı  bölgülərə  istinadən  aparılmış  torpaq 
islahatlarına  əsaslanaraq,  torpaqdan  istifadə  edilməsinin 
vəziyyətini elmi-praktiki cəhətdən təhlil etmədən və bundan irəli 
gələn  nəticələri  nəzərə  almadan  daxili  imkanlar  hesabına  ərzaq 
bolluğu  yaratmaq  mümkün  deyildir.  Fikri-  mizcə,  bu  sahədə 
mövcud torpaq bölgülərinə uyğun olaraq tədqiqatların aparılması 
ilə yanaşı, iqtisadi, aqrotexniki, təbiəti mühafizə cəhətdən bir sıra 
problemlərin həlli də zəruri hesab edilməlidir. Yuxarıda deyildiyi 
kimi,  respublika  torpaqlarının  3,7  mln.  hektarı  (42,5  %)  dövlət 
səlahiyyətində saxlanı- hb. 
İqtisadi təhlil göstərir ki, bu qədər torpaq sahəsinin heç onda 
bir hissəsi də əkinçiliyə, meyvəçiliyə cəlb edilməmişdir. 
Dövlət fonduna daxil olan yay və qış otlaqları, eləcə də meşə 
fondu  torpaqları  ümumi  dövlət  torpaqlannm  75  %-ni  (2846  min 
hektar) təşkil edir. Uzun müddət səmərəsiz istifadə nəticəsində bu 
torpaqlann yarısından çoxu ayn-ayrı yerlərdə sürüşməyə, xüsusDə, 
mal-qaranın 
otarılmasmda 
aqrotexniki 
qaydalara 
riayət 
edilmədiyindən  torpaq  eroziyasına  məruz  qalmış,  məhsuldarlığı 
xeyli  aşağı  düşmüşdür.  Yay  və  qış  ot-  laqlannda  aqrotexniki 
qaydalara  əməl  edilməməsi  aşağıdakı  tədbirlərin  həyata 
keçirilməsini tələb edir: 
130 


•mülkiyyət 
münasibətlərindən, 
təsərrüfat-istehsal 
məqsədlərindən,  eləcə  də  təbii  məhsuldarhğından  asılı  olaraq 
otlaqla-  nn  bölüşdürülməsi,  mal-qaranın  sayı  nəzərə  ahnmaqla 
otarma  qaydalarına  əməl  edilməsi,  ərazinin  məhsuldarhğmm 
artırılması məqsədilə müvafiq tədbirlər görülməsi və bunun üçün 
dövlət nəzarətinin gücləndirilməsi
•yanacaq qıtbğı səbəbindən artıq 15 ilə yaxın müddətdə meşə 
ağaclanmn  qıniması  nəticəsində  eroziyaya  uğramış  otlaq,  torpaq 
sahəsində meşə-bərpa işlərinin apaniması. 
Ərzaq  məhsullan  istehsah,  xüsusilə,  əkinçilikdə  istifadə 
baxımından  bələdiyyə  torpaqlanmn  vəziyyəti  də  qənaətbəxş 
deyildir. Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 
məlumatına əsasən, 2700 min hektar torpaq sahəsi (ümumi torpaq 
fondunun 31,1 %-i, bələdiyyə torpaqlanmn isə 50-55 %-i) əkinə az 
yararlı  və  ya  şərti  yararsız  hesab  ediHr.  Bu  qədər  torpaqlardan 
əkinçilikdə  və  ya  kənd  təsərrüfatının  digər  sahələrində  istifadə 
edilməsi ilk növbədə onların yararh hala salınmasını tələb edir. 
Xüsusi mülkiyyətə verilmiş 2300 nodn hektar (ümumi torpaq 
fondunun  26,4  %-i)  torpaq  sahələri,  2005-ci  ihn  məlumatına 
əsasən, respubhkada istehsal edilən kənd təsərrüfatı məhsullarının 
90 %-indən çoxunu verir. 
Azərbaycan Respublikasının torpaq sahəsi 86,4 min kvadrat 
kilometrdir.  Dövlətin  xüsusi  mülkiyyətdə  olan  ümumi  torpaq 
sahəsinin  4.913.639  min  hektarı  (58,6%)  837,1  min  ailəyə 
verilmişdir. İqtisadi rayonlar üzrə hər ailəyə düşən torpaq payı üzrə 
xeyli fərq nəzərə çarpır. Ən az torpaq sahəsi Naxçıvan MR (0,59 
hektar),  Abşeron  (0,71  hektar),  ən  çox  isə  Dağlıq  Şirvan  (2,88 
hektar), Kür-Araz (2,25 hektar). Aran rayonlan əhalisinin payına 
düşür.  İstər  respublikada,  istərsə  də  Dağlıq  Şirvan  iqtisadi 
rayonunda  torpaq  islahatlarının  təkmilləşdirilməsi,  torpaqlardan 
səmərəli  istifadə  edilməsi  məqsədi  ilə  bir  sıra  vacib  tədbirlərin 
aparılmasma  ehtiyac  duyulur.  Gəldiyimiz  qənaətə  görə,  bunun 
üçün  aşağıda  göstərilən  tədbirlərin  həyata  keçirilməsinə  ehtiyac 
vardır;  (2013-cü  ilin  Dövlət  Statistika  Komitəsinin  göstəriciləri 
əsasmda); 
131 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə