Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

gedir.  Məs:  Afrikada  fillərin,  Kalmıkiyada  sayqaklann, 
Qazaxıstanda ceyranların. Xəzərdə nərə balığının və s. məhvi buna 
misal ola bilər. 
Bunlar brakonyerlərin işidir. Onların bu hərəkəti ictimaiyyət 
tərəfindən məzəmmət edilir, cinayət qanunvericiliyi üzrə izlənilir. 
Hərçənd  ki,  brakonyerlərin  fəaliyyəti  öz  miqyasına  görə 
«kiçik» olsa da onlarla müqayisədə müxtəlif nazirlik və idarələrin 
vandalizmi daha qabanq üzə çıxır. Belə ki, onlar tarlalarda, meşə 
və  su  hövzələrində  yaşayan  bütün  canlıları  zəhərləyir,  balıqdan 
ibarət «ölüm» karvammn Volqaya, Volqo- qraddan Xəzərə qədər 
üzməsinə səbəb olurlar. Bütün balıqlar patoloji dəyişikliyə məruz 
qalnuşlar. 
Ona görə də bütün canlıların mühafizəsi, qorunub saxlanması 
problem  kimi  ortaya  çıxır.  Bununla  əlaqədar  bitki  və  heyvanlar 
aləminin qorunması qoruqçuluq işinin əsasını qoymuşdur. 
Qoruqçuluq  dövlət  işidir,  ümumxalq  işidir,  bugünkü  və 
gələcək  nəsillər  naminə  təbii  nemətlərin  mühafizəsi  və  səmərəli 
istifadəsinin uzunömurlu proqramıdır. 
Qoruqların  təşkilinə  1916-cı  ildə  başlanılmış,  1919-cu  ildə 
Astraxan qoruğu yaradılmış, 1920-ci ildə Cənubi Uralda qoruqluq 
sahələri  elan  edilmişdir.  1921-ci  ildə  «Təbiətin  bağ  və  park 
abidələrinin mühafizəsi  haqqında» dekret imzalanmışdır. 1925-ci 
ildə Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı. Hazırda Rusiya 
ərazisində  70  qoruq  fəaüyyət  göstərir  ki,  onlardan  15-i  «biosfer 
qoruqlan»dır.  ABŞ-da  qoruqların  tutduğu  ərazi  10,  Fransa  və 
AFR-də 12, Kanadada isə 13%-dir. 
Qoruqçuluq  işi  inkişaf  etdikcə,  qoruqlara  bütün  sahədə 
heyvan və bitkilərin qiymətli növlərinin qorunma anban kimi deyil, 
həmçinin  təbii  etalonlar  kimi  də  baxırlar.  Qoruq  işi  sahəsində 
formalaşan görüşlər təbii proseslər haqqında elmi məlumatı verir. 
Təbii biomüxtəlifliyin saxlanılmasına kömək göstərir. 
Qoruqlar  arasında  biosfer  qoruqlar  xüsusi  yer  tutur. 
Qoruq-insan tərəfindən dəyişilmiş ətraf landşaftlann təsirinə 
120 


məruz qalmayan geniş təbii sahələrin ciddi mühafizə edilən sahədir 
-  biosfer  qoruqların  ərazisində  təbii  mühitlərin  komponentləri 
balansında  çoxəsrlik  suksessiya  və  təkamül  prosesləri  baş  verir. 
Onlar aşağıdakı vəzifələri yerinə yetirir: a) re- zervatlar; b) təbiət 
etalonlan;  c)  TMMQS  təbii  mühitin  monitorinqinin  qlobal 
sistemdə  monitorinq  məntəqələri.  YUNE-  SKO-nun  «insan  və 
biosfer» (MAB) proqramımn beynəlxalq şöbəsinə qoşulmuşdur. 
Tamamilə  aydındu*  ki,  bitki  və  heyvanlar  aləminin 
qorunması  mənafeyi  ölkənin  məhsuldar  qüvvələrinin  inkişaf 
qayğısı,  iqtisadi  artımın  təbii  potensialı.  Yer  kürəsinin  genetik 
fondunun 
saxlanılması, 
ətraf 
mühitin 
mühafizə 
və 
yaxşılaşdırılması,  cəmiyyət  və  təbiət  arasında  münasibətlərin 
ahəngdarlığı deməkdir. 
Bu  münasibətlə  istehsalata,  onun  texniki  səviyyəsi  və 
strukturuna  ciddi  nəzarət  yetirilməsi,  ölkə  ərazisində  istehsalat 
obyektlərinin ekoloji cəhətdən əsaslandınhb yerləşdirilməsi həyata 
keçirilməli, bir sözlə, təbiətdən istifadənin  bütün  sisteminin elmi 
ifadə olunması vacibdir. 
5.1.
 
«Bumeranq effekti» 
Ekoloji  bumeranq  (»Bumeranq  effekti»)  ekoloji  qanunların 
yarıtmaz  uçotu  ilə  əlaqədar  əmələ  gələn  mürəkkəb  şəraitin  qeyd 
olunması üçün ifadədir. 
Təbii  sistemlər  insan  tərəfindən  nə  qədər  çox  pozularsa, 
bumeranq  effekti  də  o  qədər  qüvvətli  olacaqdır.  Bu  effektə  iki 
formada təzahür edilir: 
a)
 
kəskin  təsiretmə  -  turşu  yağışlar  nəticəsində  meşələrin 
quruması,  ozondağıdıcı  maddələr  təsirindən  ionosferin  nazik- 
ləşməsi, 
monokulturalarm 
geniş 
çoxalması 
nəticəsində 
orqanizmlərin (zərərvericilərin) kütləvi artımı və s; 
b)
 
iqlimin  tədricən  antropogen  dəyişilməsi  tipli  permanent, 
xroniki  proseslər,  Le  Şatelye-Braun  prosesinin  zəifləməsi,  insan 
tərəfindən  bioraüxtəlifliyin  aşağı  salınması  nəticəsində  atomlarm 
biogen miqrasiyası xarakterinin dəyişilməsi. 
Bumeranq effektindən görünür ki, bəşəriyyətin dəyişdir 
121 


diyi  təbiət  insanların  həyatına  xüsusilə  fəal  surətdə  təsir 
göstərməyə başladı. Bu, təbiətin mühafizəsinə və insanı əhatə edən 
həyat mühitinə diqqət yetirməyə məcbur etdi. 
5.2.
 
Davamlı inkişaf konsepsiyası 
Davamlı  inkişaf bəşəriyyətin elə inkişafım nəzərdə tutur ki, 
burada  tələbatın  təminatı  gələcək  nəslə  zərər  yetirmədən  həyata 
keçirilir. 
Davamh  inkişaf  konsepsiyası  bəşəriyyətin  uzunmüddətli 
tərəqqisinin  ilkin  şərti  kimi  nəzərdən  keçirilir.  Bəşəriyyət  üçün 
bütövlükdə  bu  konsepsiya  ekoloji  bilik  və  məlumatların  geniş 
maliyyə  resurslarının  qismən,  məqsədyönlü  keçməsini  nəzərdə 
tutur. 
BMT-nin  Ümumdünya  konfransının  tövsiyələrini  yerinə 
yetirərək,  Rusiya  prezidenti  06.02.94-cü  ildə  «Ətraf  mühitin 
mühafizəsi  və  davamlı  inkişafımn  təminatı  sahəsində  RF-nm 
dövlət strategiyası haqqında» qərar imzaladı. 
Qərarda RF dövlət ekoloji siyasətinin həyata keçirilməsinin 4 
əsas istiqaməti qeyd edilir: ekoloji təhlükəsizliyin təminatı; yaşayış 
mühitinin  mühafizəsi;  ekoloji  cəhətdən  əlverişsiz  rayonlarda 
pozulmuş  ekosistemlərin  sağlamlaş-  dırılması  (bərpası); 
beynəlxalq və qlobal ekoloji problemlərin həllində iştirak. 
1996-cı 
ildə 
RF 
Prezidenti 
(04.04.96) 
«Rusiya 
Federasiyasıma  davamlı  inkişafa  keçid  konsepsiyası  haqqında» 
qərar irnzaladı. 
RF-nin  davamlı  inkişafa  keçidin  əsas  istiqamətləri 
aşağıdakılardır: 
1)
 
davamh inkişafa keçid üçün hüquqi sistemin yaradılması; 
2)
 
təsərrüfat 
fəaliyyətinin 
stimullaşdınima 
sisteminin 
işlənilməsi,  onun  ekoloji  nəticələrinə  məsuliyyət  həddinin  təyin 
edilməsi,  bu  şəraitdə  biosfer  artıq  resurslarm  tədarükçüsü  deyil, 
həm də həyatın fundamentidir; 
3)
 
ölkənin  məhəlli  və  regional  ekosistemlərinin  təsərrüfat 
tutumunun qiymətləndirilməsi
122 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə