Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

lem kimi baxır. Cəmiyyətin tarixi onun ibtidai mərhələlərindən ali 
formalanna qədər inkişafı ilə təbiətlə cəmiyyətin də tarixi vəhdəti 
onların  qarşılıqh  təsir  dairəsinin  daimi  genişləndirilməsi, 
cəmiyyətin  təbiət  üzərində  hökmranhğımn  artması,  formalarınm 
mürəkkəbləşməsi  ilə  səciyyələndirir.  Cəmiyyət  təbii  mühitdə 
mövcud olmaqla, eyni zamanda, onlarm arasında qarşıhqh təsirin 
məhsulu kimi inkişaf edir. Cəmiyyətin inkişafında təbiət istehsal 
üçün  xammal,  bədii  və  təsviri  yaradıcılıq  üçün  ilham  mənbəyi, 
estetik  amil  kimi  çıxış  edir.  Cəmiyyətlə  təbii  mühitin  qarşıhqh 
təsiri istehsalın və cəmiyyətin inkişafı, insanlarm artması, əhalinin 
yaşayış fəaliyyəti, onlarm ətraf mühitə göstərdiyi təsir dairəsində 
formalaşu:  və  hərəkət  edir.  Tarazlı  və  rəqabət  qabiliyyətli 
iqtisadiyyatın  inkişaf  istiqamətlərinə  əsaslanaraq  aşağıdakı 
nəticələrə gəlmək olar; 
a)
 
İstehsahn  özünün  üfüqi  və  şaquli  (ərazi  üzrə)  «istehsal 
sahələri  üzrə»  yerləşməsi  faydah  qazıntılara  əsaslanan  sənaye 
müəssisələrinin inkişafına, təbiətin və onun sərvətlərinə təsir edir. 
Təbiətdən alman təbii sərvətlərin çox hissəsi istifadə vaxtı müxtəlif 
tullantı  hahnda  yenə  onun  özünə  qaytanlu:  ki,  bu  da  təbiətin 
saflığına  mənfi  təsir  göstərir.  Burada  emaledici  sənaye  ilə 
hasiledici  sənaye  sahələrinin  arasındakı  müvazinətli  inkişafın, 
faydah qazıntıların istismar səviyyəsinin də böyük rolu vardır. 
b)
 
Cəmiyyətin  inkişafı  ilə  təbii  mühit  arasındakı  əlaqə 
əhalinin  sayı,  təkrar  istehsah,  miqrasiyası,  əmək  qabiliyyətli 
adamlarm  istehsala  cəlb  edilməsi,  şəhər  və  kənd  əhalisinin 
miqdarı,  kənd  təsərrüfatı  ilə  sənaye  və  nəqliyyat  arasındakı 
əlaqələrin  təkmilləşməsi,  coğrafi  rayonların  məskunlaşma 
səviyyəsi  ilə  də  ifadə  edilir.  Bu  səpkidə  istehsal  sahələri  ilə 
qeyri-istehsal sahələri arasındakı tarazhq mədəni, texniki inkişafda 
mühüm rol oynayır. İnsanlann təbiətə təsiri nəticəsində yaranmış 
mədəni  landşaftlara  suvarma  zonaları,  şəhər  aqlomerasiyası, 
kurort-rekreasiya 
kompleksləri, 
dənizkənarı 
çimərlüdər, 
istehsal-sənaye  kompleksləri  daxildir.  Təbii  resursların,  xüsusilə 
çox  komponenti!  ilkin  və  təkrar  xammal  ehtiyatlanmn  iqtisadi 
qiymətləndirilməsinin əsasım məhdud 
159 


sərvətlər  sərf  edilən,  ictimai  əməkdən  yaranan  və  kompleks 
istifadə şəraitində istehsalın zəmini olan diferensial renta haqqında 
təlim  təşkil  edir.  Hansı  kəmiyyət  və  keyfiyyət,  mülkiyyət 
formalanndan  asdı  olmayaraq,  göstərilən  resursların  istifadəsi  və 
iqtisadi  qiymətləndirilməsi  texniki-iqtisadi  tədbirlərə  əsas-  lamr. 
Bu,  müasir  texnika,  texnoloji  üsulların  tətbiqi  şəraitində  faydah 
qazıntı  və  təkrar  xammal  materiallannm  pul  və  diferensial  renta 
əsaslan, faydah elementlərin iqtisadi qiymətlən- dirüməsi ilə ifadə 
olunur.  Lakin  bu,  özlüyündə  iqtisadi  qiymətləndirməyə  cəlb 
olunan torpaq ehtiyatının səmərəsini ifadə etmir. Belə ki, keyfiyyət 
göstəriciləri  ilə  yanaşı,  asdı  olmayaraq,  təbiəti  mühafizə 
tədbirlərində nəzərə almaqla, ancaq mütərəqqi texnoloji üsulların 
tətbiqi və sərmayə yatınmmın kompleks istifadəsi iqtisadi-ekoloji 
səmərə  əldə  etməyə  imkan  verir.  Əməli  əhəmiyyətli  dağ-mədən, 
metallurgiya, 
kimya-metallurgiya 
xammallarmm 
iqtisadi 
qiymətləndirilməsinin  tətbiqi,  fılcrimizcə  aşağıdakı  tədqiqat 
işlərinin yerinə yetirilməsini tələb edir. 
a)
 
təbii  texniki  parametrlərin  aşkar  edilməsi  də  sərvətlərin 
emalının  və  istifadəsinin  iqtisadi-ekoloji  baxımdan  səmərəli 
təşkdi; 
b)
 
torpaq və su ehtiyatlannm səmərəli istifadəsinə sərf edilən 
xüsusi, orta və son hədd xərclərinin tutduğu yeri
c)
 
göstərilən  sərvətlərin  yerləşdiyi  rayonun  iqtisadi-coğrafi 
şəraiti; 
ç) müəssisənin sənaye istehsalı və texnoloji amilləri (istifadə 
eddən  xammal  ehtiyatına  görə  müəssisənin  istehsal  gücü,  əsas 
fondlann dəyəri, məhsuUarın həcmi və rentabelliyi); 
d)
 
təbiəti mühafizə tədbirlərinə aynlan və ya ayrılması zəruri 
olan xərclər; 
e)
 
istehlak  rayonlarının  iqtisadi  və  nəqliyyat  baxımından 
seçilməsi; 
ə)  istehsal  proseslərindən  çıxan  tullantdann  kəmiyyət  və 
keyfiyyət baxımından qruplaşdırılması; 
f)
 
tullantıların azaldılmasına və onlann emalına dair tədbirlər 
sisteminin hazırlanması; 
160 


g)
 
sərmayə qoyuluşunun və s. istehsal xərclərinin səmərəliliyi 
və müəssisənin rentabelliyi. 
Dünyamn  ayrı-ayrı  ölkələrində  təbii  sərvətlərdən  istifadə 
zamanı  ətraf  mühitin  mühafizəsi,  təbiətdə  ekoloji  müvazinətin 
saxlanılması, təbiətdən səmərəli istifadə tədbirləri tətbiq edilir. 
Faydah  qazıntılarm  istisman,  saflaşdırdması,  son  emalı 
proseslərində  baş  verən  neqativ  hallara  qarşı  qadağa  qoyulması, 
bəzən isə bu və ya digər müəssisənin fəaliyyətinin dayandırılması 
zəruri tədbir kimi qəbul edilir. 
Təcrübə  göstərir  ki,  müəssisələrə  qarşı  mübarizə  tədbirləri 
istehsal  proseslərində  baş  verən  pozuntulann,  nəzarət 
xidmətlərinin,  təmizləyici  qurğuların  səmərəsiz  fəaliyyətinin 
qarşısım ala bilmir. Ətraf mühiti çirkləndirən, xammaldan alınan 
faydah elementlərin əmsalmı, əmək məhsuldarhğım, müəssisənin 
rentabelliyini  aşağı  salan,  nəhayət,  ətraf  mühitin  çirklənməsinin 
mənbəyi olan tullantılara görə tətbiq edilən əsas tədbirlər - cərimə 
üsulu, inzibati cəza, bəzi hallarda hüquqi  sanksiyalardan istifadə 
edilməsi  hesab  olunur.  Uzun  müddət  davam  edən  belə  neqativ 
hallan  törədən  şəxslər,  təbiətə  müdaxilə  edən  səbəbkarlar  aşkar 
edilir, cəzalandmhr. İndi bir çox ölkələr belə vəziyyətin qarşısmm 
alınması  məqsədilə  bir  sıra  tədbirlər  həyata  keçirir  və  onun 
bəhrəsini  görür.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 
Respublikasında  bu  sahədə  ciddi  çətinliklər  və  məhdudiyyətlər 
mövcuddur.  Bunu  yaradan  səbəblər  ondan  ibarətdir  ki,  keçmiş 
Sovet  İttifaqı  dövründə  təbii  sərvətlərin  mənimsənilməsi, 
istifadəsi,  ətraf  mühitin  mühafizəsi  dövlət  mülkiyyəti  şəklində 
mərkəzləşdirilmiş  halda  aparılırdısa,  indi  istehsal  vasitələri 
üzərində  xüsusi,  fərdi  mülkiyyət  münasibətləri,  müxtəlif 
mülkiyyət  formalan  şəraitində  təbii  sərvətlərdən  kompleks 
istifadə,  ətraf  mühitin  mühafizəsi,  təbiəti  çirkləndi-  rənlərə  qarşı 
mübarizə tədbirlərinin aparılması çox hallarda dövlət nəzarətindən 
kənarda qalır. Belə olduqda sahibkarlar törətdikləri neqativ hallara 
qarşı mübarizə tədbirlərinə vəsait sərf etməkdən boyun qaçırırlar. 
Bazar  münasibətləri  və  istehsal  sahələrinin  özəlləşdirilməsi 
dövründə ətraf mühitə dəyən antropogen, texnogen təsirlərin 
161 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə