Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

yaradıcı  qüvvə  sayılan  insanla  bağlı  olan  bu  yeni  ziddiyyət 
təhlükəli  nəticələrə  gətirib  çıxardı.  Cəmiyyətin  təbiətlə  qarşılıqlı 
təsirinin 
ilkin 
mərhələsində 
iqtisadiyyat 
mənimsəməyə 
əsaslandığmdan və sosial həmcinslik hökm sürdüyünə görə, həm 
insanlar, həm də insanla təbiət arasmda mövcud olan münasibətlər 
həmahəng  idi.  İnsanlann  oturaq  həyata  və  əkinçiliyə, 
mənimsəmədən  maddi  nemətlərin  istehsalına  keçməsi  məhsuldar 
qüvvələrin  xeyli  mürəkkəbləşməsinə,  onun  mahiyyət  və  forma 
cəhətdən əsaslı surətdə dəyişməsinə səbəb oldu.  Təbii məhsuldar 
qüvvələri  ictimai  məhsuldar  qüvvələr  əvəz  etdi.  Siosial  həm- 
cinsliyin  aradan  qalxması  cəmiyyətlə  təbiət,  insanla  təbiət 
arasındakı təmas münasibətlərin tip və formalanmn  dəyişməsiylə 
nəticələndi.  Öz  növbəsində  təbiətin  insanlann  iqtisadi  sosial 
həyatına  təsiri  də  getdikcə  qüvvətlənir.  Təbiətlə  cəmiyyətin 
qarşılıqlı təsirinin ziddiyyətli xarakteri özünü onda təzahür etdirir 
ki, maddi istehsalın gedişində insan bir tərəfdən kortəbii qüvvələrin 
hökmranlığından  getdikcə  daha  çox  azad  olur,  digər  tərəfdən  isə 
cəmiyyətin  təbiətlə  sıx  birliyi  qüvvətlənir,  istifadə  etdiyi  təbii 
ehtiyatlarm əhatəsi genişlənir, öz həyat fəaliyyətində eneginin yeni 
növlərindən  daha  çox  intensiv  şəkildə  istifadə  edir.  Təbiəti 
bilavasitə  öz  intensiv  dəyişdirici  fəaliyyətinin  obyektinə  çevirən 
insan  başa  düşə  bilməlidir  ki,  təbiət  üzərində  bir  işğalçı  kimi 
hökmranlıq etmək olmaz. Çünki insan bütün cismani quruluşu ilə 
təbiətə daxildir, omm içərisindədir. 
Qeyd etməliyik ki, təbiət qanunlanm dərk edib, onlara əməl 
etmədən təbiət  üzərində  “ağalıq” etmək olmaz. Təsadüfi deyildir 
ki, təbiət üzərində ilk qələbələri ilə öyünən insan sonralar təbiətin 
qisasma  məruz  qaldı.  Burada  xüsusi  qeyd  etmək  lazimdir  təbiət 
fəaliyyətinin  genişlənməsi  və  təsirin  qüvvətlənməsi  nəticəsində 
ancaq insanm yaşadığı təbii şərait deyil, nəticə etibarilə insan özü 
də  böyük  əzablara  düçar  olur.  Təbiət  qüvvələrindən  nisbətən 
məhdud  halda  istifadə  edildiyi  dövrlərdə  fəaliyyətin  zərərli 
cəhətləri məhəlli, lokal xarakter daşıyır, anomal vəziyyəti təbiətin 
özü aradan qaldınr, insanlann səhvlərini “təshih” edir. Fəaliyyətin 
forma, həcm və istiqamətinin əsaslı surətdə dərinləşib geniş 
168 


lənməsi, hədsiz dərəcədə fayda verdiyi kimi, ətraf mühitə neqativ 
təsir də qüvvətlənir, təbiətin korlanması geniş miqyas alır. Təbiəti 
“zəbt” edən insan özünün həyat fəaliyyətinin təbii əsaslarım xeyli 
dərəcədə  sarsıdır,  yaşayış  şəraiti  ilə  ziddiyyətə  girir,  nəticədə 
təbiətin özünəməxsus tarazlığı pozulur, təbiətlə cəmiyyət arasmda 
dərin  antoqanizm  yaramr  və  insan  qlobal  ekoloji  fəlakətlərlə 
qarşılaşır. 
Hal-haznda  cəmiyyətlə  təbiət  arasmda  mövcud  olan 
konfliktlərin  çoxu  insan  fəaliyyətinin  təbii  qanunauyğunluqlara 
müvafiq gəlməməsi ilə bağlıdır. İnsan təbii qanunlan Öyrənib öz 
fəaliyyətində  onlara  uyğun  hərəkət  etməyi  bacarsaydı,  onda 
mövcud  olan  ziddiyyət  və  çətinliklərin  xeyli  hissəsindən  yaxa 
qurtara bilərdi. 
Müasir  ekoloji  böhranı  əvvəllər  mövcud  olan  məhəlli 
regional vəziyyətin inkişaf edib dərinləşməsinin nəticəsi kimi də 
izah etmək olmaz. Hazırda qlobal ekoloji prosesi ictimai inkişafın 
labüd  nəticəsi,  qərarlaşmaqda  olan  vahid  və  daxilən  ziddiyyətli 
dünyamn  özünün  obyektiv  inkişafından  bilavasitə  irəli  gələn 
zəruri, kardinal hadisələrdir. 
Planetin  tarixində  müasir  ekoloji  böhranlar  və  hadisələr 
dəfələrlə  biosferi  sarsıtmış,  canlı  aləmin  genetik  tərkibini  əsaslı 
surətdə  dəyişdirmişdir.  Bu  faciələr  geoloji  proseslərlə,  daha  çox 
xarici  kosmik  xarakterli  səbəblərlə  bağlı  olmuşdur.  Azehtimallı 
olmasına  baxmayaraq,  bəşəriyyət  gələcəkdə  bu  cür  hadisələrlə 
yenə  qarşılaşa  bilər.  Səciyyəvidir  ki,  bu  gün  bizi,  insanlann 
fəaliyyətinin neqativ cəhətinin nəticəsi kimi əmələ gələn mövcud 
qlobal müasir ekoloji böhran daha çox narahat edir. 
Müasir  ekoloji  böhramn  əmələ  gəlməsi  və  formalaşması 
səbəblərinin araşdmlması göstərir ki, burada kompleks xarakterli 
ümumi  amillər  də  mühüm  rol  oynamışdır.  Dünya  üzrə  ictimai 
həyatın  bütün  sahələrinin  beynəlmiləlləşməsi  prosesinin 
genişlənməsi  və  qüvvətlənməsi,  cəmiyyətlə  təbiət  arasmda 
obyektiv  daimi  ziddiyyətlərin  kəskinləşməsi,  elmi-texniki 
inqilabm  sürətinin  və  qeyri-bərabər  inkişafının  artması,  insamn 
təsərrrüfat  fəaliyyətinin  planetar  xarakter  kəsb  etməsi,  ekstensiv 
istehsal 
169 


üsuluna uzun zaman üstünlük verilməsi, zəhmətsiz gəlirin başlıca 
prinsipinə çevrilməsi, təbiətə praktik münasibətin azğmiığı və s. bu 
qəbildəndir. Bunu da əlavə etmək lazımdır ki, təbii şəraitə, ekoloji 
duruma  nəhəng  zərbə  vurmuş  çoxsaylı  müharibələr,  əhalinin 
sürətli artımı, urbanizasiyanın genişlənib qüvvətlənməsi də prosesə 
təsir göstərmişdir. 
Ekoloji  problemin  indiki  zamanda  daha  da  kəskinləşməsi 
həm  də  bir  sıra  subyektiv  amillərlə  bağhdır.  Sənaye  istehsalımn 
ətraf mühitlə qarşılıqlı münasibətinin düzgün tənzim edilməməsi, 
istehsal obyektlərinin yerləşdirilməsində zərərli nəticələrin nəzərə 
alınmaması, torpağm rekultivasiyası yenidən məhsuldar vəziyyətə 
salınmasına,  suyun  bioloji  yolla  tənzimlənməsinə,  sənaye 
tullantılanndan  düzgün  istifadə  edilməsinə  diqqət  yetirilməməsi 
subyektiv amillərə nümunədir. 
Öz  gərginliyi,  miqyas  və  ciddi  nəticələr  cəhətdən  müasir 
ekoloji böhramn qlobal xarakterli problemlər içərisində müharibə 
və  tərksilah  məsələsindən  sonra  ikinci  yerdə  durur.  Bu,  bir  sıra 
səbəblərlə bağlıdır. 
Birincisi,  insan  fəaliyyətinin  hüdudlan  dünyada  qlobal 
xarakter  almış,  o  ancaq  biosferi  əhatə  etməklə  kifayətlənməmiş, 
hətta  kosmik  məkana  da  geniş  yayılaraq,  məhdud  olmayan 
genişlənmə meylini daha da qüvvətləndirmişdir. 
İkincisi,  biosferin  istehsal  imkam  ilə  ictimai  istehlakm 
artımı  arasında  olan  təbii  tarixi  ziddiyyətlər  indi  elə  bir  kəskin 
xarakter alnuşdır ki, bəşəriyyətin elmi, texniki və istehsal təsərrüfat 
iqtidanmn  daha  böyük  hissəsini  onlarm  həll  edilməsinə  doğru 
istiqamətləndirməyi tələb edir. 
Üçüncüsü,  cəmiyyətin  məskunlaşdığı  ərazidə  təbii  şəraitin 
zəifləşməsi tarixən qərarlaşmış təbii əlaqələrin və münasibətlərin 
pozulmasına  gətirib  çıxarmış  və  dünyada  ekoloji  tarazlığm 
sisteminin sabitliyi üçün real təhlükə yaranmışdır. 
Dördüncüsü,  müasir  mədəniyyətin  üzvü  tərkib  hissəsinə 
çevrilmiş iqtisadi- sosial ekoloji görüşlər, ideya və konsepsiyalar 
insan və cəmiyyətin bütün həyat fəaliyyəti sahələrində mühüm və 
əhəmiyyətli dərəcədə rol oynayu*. 
170 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə