Redaktor: bdu-nin genetika və təkamül təlim kafedrasının biologiya elmləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/65
tarix03.05.2018
ölçüsü2,79 Kb.
#41125
1   ...   52   53   54   55   56   57   58   59   ...   65

Ətraf  mühitin  korlanması  nəticəsində  bəşəriyyəti  müxtəlif 
xarakterli çoxsaylı təhlükələr narahat edir. Atmosfer, su hovuzları 
və torpaqlar neft tullantılan ilə çirklənir, torpaq şoranlaşır, meşə, su 
və  mineral  ehtiyatlar  tükənir.  Atmosferdə  müxtəlif  ziyanlı 
maddələrin fasiləsiz surətdə geniş yayılması, azon qatımn tədricən 
çirklənməsi müşahidə olunur. Dağ-mədən işlərinin düzgün apanl- 
maması  nəticəsində məhsuldar torpaqlarm və meşə ehtiyatlanmn 
xeyli  hissəsi  məhv  edilir,  çoxlu  təbii  canlılar,  o  cümlədən  nadir 
heyvanlarm, bitki növlərinin yoxa çıxmasına gətirib çıxarır, əsəbi 
gərginlik  sabit  xarakter  almış,  insan  genefondunun  korlanması 
üçün  şərait  yaradır.  Bütün  bunlar  təbiətdən  istifadə  edilməsi 
prosesini  rasionallaşdırmağı,  təbiətlə  cəmiyyət,  iqtisadiyyatla 
ekologiyamn qarşılıqlı əlaqəsinin optimal həllini axtanb tapmağa 
şərait yaradır. 
Dünyada  təbiət,  cəmiyyət  və  insan  arasmda  qarşılıqlı 
münasibətlərin bütün tip və formalanm təbii, iqtisadi-sosial, siyasi, 
iqtisadi,  elmi-texniki,  sosial-mədəni  amilləri,  beynəlxalq  hüquqi 
məsələləri  məcmu  halda  ehtiva  edən  ekoloji  böhran  olduqca 
mürəkkəb, çoxşaxəli, müxtəlif istiqamətli, formalaşmış kompleks 
hadisədir.  Bu  hal  onun  həll  yollan  və  vasitələrinin  də 
rəngarəngliyini şərtləndirir. 
Beynəlxalq miqyasda insan fəaliyyətinin təbii sərvətləri və 
məhsuldar  qüvvələrin  tənzimləyicisi  səviyyəsinə  yüksəlməsi, 
insanla təbiətin qarşılıqlı əlaqəsinin yeni ahəngdarlığmın bərqərar 
olması  kimi  problemlərin  reallaşması  prosesində  cəmiyyətlə 
təbiətin  harmonik  inkişafinm  kompleks  müasir  ekoloji  proqramı 
nəzərdə  tutan  iqtisadi-sosial  siyasətin  həyata  keçirilməsi  mühüm 
rol  oynayacaq.  Bu  iqtisadi-sosial  siyasət,  ekoloji  tarazlaşdırma 
strategiyasmın  əsas  məqsədini  insan  qabiliyyətinin  inkişafi  üçün 
ən  əlverişli  sağlam  həyat  şəraitinin  bərqərar  olmasınm  üsul  və 
vasitələrinin müəyyən edilməsini nəzərdə tutmalıdu*. 
Müasir ekoloji problemlərin təsirli həlli yollanndan biri də 
müasir  elmi-texniki  tərəqqinin  sürətli  inkişafı,  ilk  növbədə  onun 
nailiyyətlərindən geniş və hərtərəfli istifadə edilməsinin Ön plana 
çəkilməsi problemlərinə dövlət tərəfindən nəzarət olunmalıdır. 
171 


Yeri gəlmişkən qeyd etməliyik ki, ekoloji böhranm aradan 
qaldmlması məsələsində elmi-texniki tərəqqinin roluna münasibət 
eyni  mənalı  deyildir.  Bəzi  Qərb  və  Şərq  sosioloqları  ekoloji 
böhram elmi texniki inqilabm bilavasitə nəticəsi hesab edirlər və 
dünya  problemlərinin  aradan  qaldmimasında  onun  müsbət,  hətta 
əsas rol oynayacağına inam bəsləyirlər. Bəşəriyyət elmi biliklərdən 
və  texniki  vasitələrdən  istifadə  edərək,  təbiətin  ehtiyatlanm 
intensiv  şəkildə  mənimsəmək  yolu  ilə  öz  inkişaf  şəraitini 
ölçüyəgəlməz  dərəcədə  yaxşılaşdıraraq,  iqtisadi  və  elmi-texniki 
tərəqqinin yüksək mərhələsinə çatmaqdadır. 
Cəmiyyətlə təbiət arasmda indi mövcud olan ahəngsizliyin 
təhlükəli  tərəflərinin  müasir  elmi-texniki  inqilab  və  onun  tətbiqi 
texnologiyası ilə bağlı olduğu danılmazdır. Cəmiyyətin çoxcəhətli 
fəaliyyəti  təbii  şəraitə  ancaq  neqativ  deyil,  eyni  zamanda  ciddi 
müsbət  təsir  göstərir,  iqtisadi  mənafe  naminə  həyata  keçirilən 
təsərrüfat  tədbirləri  planetin  bioloji  ehtiyatlanm  artınr,  ekoloji 
sistemi  yaxşılaşdınr,  təbiəti  nəcibləşdirir,  əsilləşdirir.  Eyni  ilə 
elmi-texniki  inqilabda  təbiətin  ekoloji  tarazlığınm  pozulmasına, 
təbii ehtiyatlann dağılmasma, təbiətlə insan arasında ziddiyyətlərin 
dərinləşməsinə  müsbət  təsir  etməklə  yanaşı,  təbii  nemətlərin 
ənənəvi növlərindən səmərəli şəkildə istifadə etməyə imkan verir, 
istehsal  prosesinə  yeni,  praktik  olaraq  tükənməyən  ehtiyat 
növlərini  və  təbiət  qüvvəllərini  cəlb  etməyə  şərait  yaradır.  Ətraf 
mühitə  təsirin  yeni  səmərəli  üsullannı,  texniki  vasitələrini 
hazurlayıb  tətbiq  etməkdə  insanlara  yaxmdan  kömək  göstərir. 
İnsanm  təbiətlə  münasibətlərinin  elmi  prinsiplər  əsasmda 
qurulması onun fəaliyyətinin idarəedici tərəfini qüvvətləndirməyə 
yardım göstərir, onun nəticəsinin isə daha faydalı olmasım təmin 
edir. Güclü istehsal mədəniyyəti, mükəmməl qənaətçilik üsulu və 
yenilikçilik  psixologiyası  şəraitində  həmişə  kiçik,  keyfiyyətcə 
daha  qiymətli  müasir  avadanlıqlar  istehsal  edən  qabaqcıl  ölkələr 
iqtisadi  inkişafı  sürətləndirmək,  həm  də  yeni  texnologiyamn 
satışmdan faydalanmaq imkam əldə edirlər. 
Məhsuldar  qüvvələrin  təbii  sərvət  kimi  dünyamn  təbii 
ehtiyatlarmdan səmərəli istifadə prosesi bir tərəfdən insanlarm 
172 


artmaqda olan rasional tələbatlanm ödəməyə imkan verməli, digər 
tərəfdən  isə  bu  tələbatlann  ödənilməsinin  mənbəyi  kimi,  onu 
qurmalı  və  yaxşılaşdırmalı,  sənaye  istehsalı  ilə  təbii  mühitin 
bioloji sabitliyi arasında tarazlığı saxlamağı təmin etməlidir. İndi 
təbiətə  tarixən  qərarlaşmış  istehlakçı  mövqeyin  aradan  qaldml- 
ması,  bütün  istehsal  fəaliyyətlərinə  ekoloji  iqtisadi  mövqedən 
yanaşılması eyni dərəcədə zəruri və əhəmiyyətlidir. 
Qapalı  ekoloji  sistemlərdən  fərqli  olaraq,  təsərrüfat 
sistemlərində təbiətin yaratdığı məhsullardan çox istifadə olunur. 
İstehsala cəlb olunmuş təbii materiallann 1,5%-i hazır məhsul kimi 
istifadə olunduğu halda,  təxminən 9$,5%-i  istehsalm tullantısına 
çevrilir. 
Təbiətin  çirklənməsinin  qarşısım  almaq,  neftlə  çirklənmiş 
torpaqlardan  sənaye  tullantılanmn  miqdanm  azaltmaq,  digər 
sahələrdə  görülən  müsbət  işlər  əhəmiyyətli  və  səmərəli  olsa  da, 
əvvələn  onlar  çox  baha  başa  gəlməsinə  baxmayaraq,  şoran 
torpaqlarm meliorasiyası, meşələrin salınması və su hövzələrindən 
səmərəli  istifadəsi  bir  problem  kimi  dövlətin  qarşısma 
qoyulmalıdır. Bundan başqa, başlıca vasitə istehsal proseslərinin 
yeni  üsulla təşkil edilməsinə nail olmaqdan ibarətdir. Bu sahədə 
artıq  xeyli  nailiyyət  qazamimış,  qiymətli  materialdan  yenidən 
istifadə edilməsi, o cümlədən suyun qapalı dövriyyəsinin təşkili və 
s. nəticələr vermişdir. 
Əhali  və  hər  bir  adamın  istehlak  etdiyi  eneıjinin  xüsusi 
çəkisinin artımı proqnozu ənənəvi eneıji mənbələrinin bir çoxunun 
XXI əsrin axırlannda tükənə biləcəyini göstərir. 
Buna  görə  də  strateji  vəzifə  kimi  eneıjini,  onun  praktiki 
olaraq tükənməyən mənbələrindən almağın yeni üsullarım işləyib 
hazırlamaq həyatı tələbata çevrildi. Elmi-texniki tərəqqinin müasir 
inkişaf  səviyyəsinə  uyğun  olaraq,  atom  eneqisi  apancı  yer  tutur. 
Atom elektrik stansiyalanmn üstünlüyü ondadır ki, onlar ənənəvi 
eneqi  ehtiyatlarma  əsaslı  şəkildə  qənaət  etməyə  imkan  verir. 
Burada uranın yaranmasına oksigen sərf olunmur, ətraf mühiti də 
çirkləndirmir. Lakin onlann kəmiyyət və keyfiyyət artımı obyektiv 
olaraq qəzayauğrama təhlükəsini və radioaktiv 
173 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə