Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə42/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   38   39   40   41   42   43   44   45   ...   119

Məntiq ____________________________________________________________  

yalruz  zehindədir.  Bu  məfhumlara 



məntiqi 

məfhumlar  deyilir. 

Məsələn: fərdilik, ümumilik, cins, növ və  s. Cins, növ məfhumları 

ilə  gələn  dərslərdə  tamş  olacaqsımz.  Göründüyü  kimi,  xarici 

aləmdə nə fərdilik var, nə də ümumilik və s. 

Üçüncü qrup məfhumlar isə 



fəlsəfi 

məfhumlar adlamr. Belə ki, 

bu  məfhumlar  əvvəlki  iki  məfhumun  hər  birinin  xüsusiyyətlərinə 

malikdir.  Fəlsəfi  məfhumlarm  da  xarici  aləmdə  pred-  metləri 

olmur,  amma  məntiqi  məfhumlardan  fərqli  olaraq  fəlsəfi 

məfhumları  xarici  əşyalara,  predmetlərə  hökm  etmək  olur.  Yəni 

məntiqi  məfhumlar  haqqmda,  məsələn,  demək  oknaz  ki,  insan 

predmeti  olan  mən,  sən  və  yaxud  Kamil  "fərdi"dir.  Amma  fəlsəfi 

məfhumlar haqqmda belə hökm etmək olur. Məsələn, tutaq ki, bir 

daş  parçası  şüşəni  smdırır.  Burada  daş  şüşənin  sınmasıran 

"səbəb"idir.  "Səbəb"  məfhumu  fəlsəfi  məfhumdur.  Doğrudur, 

məntiqi məfhumlar kimi "səbəb" məfhumu da xarici aləmdə sərbəst 

şəkildə  mövcud  deyü.  Yəni  daşm  zatmda  daşlıq  xüsusiyyətiudən 

başqa  "səbəb"  xüsusiyyəti  yoxdur.  Amma  burada,  məntiqi 

məfhumlardan  fərqli  olaraq,  xarici  aləmdəki  predmet  olan  daşa 

"Daş  səbəbdir"  hökmünü  verə  bilirik.  Daş  xarici  aləmdə  sərbəst 

mövcud olan bir əşyadır və göründüyü kimi, fəlsəfi məfhum olan 

"səbəb"  məfhumunu  daşa  hökm  edə  bilirik.  Amma  məntiqi 

məfhumlarda  belə  bir  xüsusiyyət  yox  idi.  Başqa  sözlə,  bu  üç 

məfhumım 

bir-birindən 

fərqi 


aşağıdakılardır: 

Mahiyyət 

məfhumlarmm xarici aləmdə zehindən asılı olmadan predmeti var 

və bu məfhumu həmin predmetə hökm edə bilirik, məsələn, "Aqil 

insandır". Məntiqi məfhumlarm xarici aləmdə predmeti yoxdur və 

belə  məfhumları,  yalnız  zehindəki  məfhumlara  hökm  edə  bilirik, 

məsələn,  "İnsan  ümumidir",  "Bakı  fərdidir"  və  s.  Fəlsəfi 

məfhumlarm  isə  xarici  aləmdə  mahiyyət  məfhumları  kimi  sırf 

predmetlərə 

malik 


olmasa 

da, 


bu 

məfhumlar 

məntiqi 

məfhumlardan  fərqli  olaraq  xarici  predmetlərə  hökm  ediHr, 

məsələn, "Çay torpağm yuyubnasırun səbəbidir" və s. 

150 



Zehin və Məntiq 

SUALLAR: 

1.

 

Aşağıdakı cümləyə diqqət edin: 



"Quran fərdidir" cümləsi fərdidir. 

2.

 



Altmdan xətt çəkilmiş sözlərin ümumi və ya fərdi olduğunu 

müəyyənləşdirin: 

Hafiz Quran hafizi idi, Abdulla yalan danışmır. 

3.

 



Aşağıdakı məfhumlarm ümumi və ya fərdi olub-olmadı- ğmı 

aydmiaşdırm. 

İlahi, yaşıl (rəng), yaşıl (söz), su, Allah, mən, İslamm mərkəzi, 

sevgi, ölüm. 

4.

 

"Ümumi" və "fərdi" məfhumları ümumidir, yoxsa fərdi? 



5.

 

"Bu" və "o" işarə əvəzlikləri ilə işlənən məfhumlar haqda nə 



deyə bilərsiniz? 

6.

 



Hissi  və  xəyali  surətlərin  ümumi  və  ya  fərdi  olduğunu 

müəyyənləşdirin. 

7.

 

Hüzuri idrakla yaranan bilik ümumidir, yoxsa fərdi? 



8.

 

Hər  hansı  hüzuri  idrakımız  haqqmda  zehnimizdə 



formalaşan hüsuli bilik ümumidir, yoxsa fərdi? 

9.

 



"Yer Günəş ətrafma fırlanır" hökmü ümumidir, yoxsa fərdi? 

"İnsan ziyan içindədir!"^ ayəsi necə? 

10.


 

Aşağıdakılarm 

dərəcəli, 

yaxud 


dərəcəsiz 

məfhum 


olduğunu müəyyən edin. 

Katib, qələm, alim, ədalət, ədalətli, nur, mədən, həyat, gözəllik, 

bitki, qara, qaralıq, su, isti, qüdrət, söz, qüvvə, işıq, işıqlı, miqdar, 

ədəd. 


11.

 

50  il  bundan  qabaqkı  avtomobilə  nisbətən  müasir 



avtomobillər  təkmilləşdirilmişdir.  Elə  isə  müasir  avtomobillər 

dərəcəli deyilmi? 

12.

 

"İnsan",  "dördayaqlı  canlılar"a  nisbətən  daha  da  canlı 



deyilmi? 

« əl-Əsr, 2 

151 



Məntiq ____________________________________________________________  

13.


 

Vacib, imkan, mümkün, qeyri-mümkün, böyük, kiçik hansı 

növ məfhumlardır? 

14.


 

"Yalan", "təfəkkür" və "məntiq" hansı növ məfhumdur? 

15.

 

Kəbə  evini  müşahidə  zamanı  onun  zahiri  surəti,  hissi 



idrakla  sizin  zehninizdə  əks  olimur.  Məlumdur  ki,  zehindəki  bu 

hissi, yaxud xəyali bilik fərdidir. Çünki onun yalmzca bir nümunəsi 

var  və  o  da  Məkkədədir.  İndi  siz,  mücərrədləşdirmə  ilə  bir  dəfə 

ümumi, bir dəfə də fərdi olan "Kəbə" məfhumu ya- radm. 

152 



3-

 

CU DƏRS 

DÖRD NİSBƏT 

Biz iki məfhumu həcminə görə müqayisə etsək, üç hal almır. 

Birinci  hal:  Bəzən  iki  fərdi  məfhumu  bir-biri  ilə  müqayisə 

edirik.  Məsələn,  "Allah"  -  "Abdullah  (şəxs)".  Bu  zaman  bu  iki 

məfhum tamamilə bir-birindən fərqlərürlər. 

İkinci  hal:  Bəzən  bir  ümumi  məfhumu  bir  fərdi  məfhumla 

müqayisə  edirik.  Görəsən,  bu  ümumi  məfhum  fərdi  məfhumun 

predmetini əhatə edirmi, ona hökm edilirmi? Bu zaman iki hal ola 

bilər.  Ya  ümumi  məfhum  fərdi  məfhumu  əhatə  etmir  (məsələn, 

"kitab" və "Kəbə"), ya da əhatə edir (məsələn, "insan" və "İbn Sina"). 



Üçüncü  hal:  Bəzən  isə  iki  ümumi  məfhumu  müqayisə 

edirik,  bu  zaman  onların  bir-birinin  predmetlərini  əhatə 

edib-et- məməsinə görə dörd hal almır: 

1)

 



Çarpazlaşmayan 

məfhumlar  -  Bir-birinin  predmetlərini 

əhatə etməyən iki ümumi məfhumdan ibarətdir. 

Məsələn, insan // ağac.® 

 

“  "//"  işarəsi  insanla  ağac  məfhumlarının  predmetlər  silsiləsində  kəsişmədiyini,  bu  da 

onların heç bir ortaq predmetləri olmadığını ifadə edir. 

153 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə