Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Şəmil 
Sadiq
57
ğa dikən və ya buna rəhbərliyi tərəfindən məcbur edilən, 
şagirdinin bütün nazı ilə oynayıb, gələcəyini böyük ümid-
lə gözlədiyi, amma sonradan atılmışlar kimi heç zaman xa-
tırlanmayan müəllimlərini “tanımırlar”.
Əziz valideynlər, müəllimlər də insandır, onların da 
qəlbi var. Olmazmı ki, onlar da uzun illər görmədiyi şa-
girdindən  təbrik  ismarıcı  alsın,  ona  təqdim  edilən  gül 
dəstəsini ürəklə, həvəslə qəbul etsin? Yoxsa ki, utana-uta-
na, qısıla-qısıla valideynin onun cibinə qoyduğu 20 manatı 
götürsün, ya da ki, makler sinif rəhbərlərinin sinifdən  ma-
nat-manat toplayıb paylaşdırdığı pulu alsın?!
Dərd təkcə bu Müəllimlər günü və bu günün məcburi 
hədiyyələşmə  günü  olması  deyil...  Dərd  odur  ki,  kiməsə 
“sənin üçün müəllimlik peşəsi nədir?” sualını verəsən. Di 
gəl, pafoslu, boğazdan yuxarı deyilən sözlərə bax da onda. 
Özünüz təsəvvür edə bilirsiniz deyə təsirini azaltmaq istə-
mirəm. Amma di gəl, sualı başqa cür qoysan, başqa cavab 
alarsan. Məsələn, belə: uşaqlar necədir? Dərsə gedirlərmi? 
Məktəbdə vəziyyətləri necədir? Fısqırıq burasındadır eee. 
Mücərrəd mənada olan “müəllimlik” sözünü ağız dolusu 
tərifləyən  bu  şəxs  indi  deyəcək  ki,  əşşi  biabırçılıq,  müəl-
limlər yola verir, gündə pul yığır, uşağı hazırlığa çağırır, 
dövlətin  ayırdığı  milyardları  basıb  yeyən  bu  müəllimlər, 
bir dəfə də olsun düz-əməlli dərs keçmirlər. 10-cu sinifdən 
çıxarıb adını yazdıracam qaçqın məktəbinə, özünü də qo-
yacam repetitor yanına.
Hələ mən demirəm ki, həmin valideynə sual verəsiniz 
ki, uşağa hansı ixtisası seçmisiniz? Qətiyyən “müəllimlik” 
deməyəcəyinə əmin olun.
Amma yenə də istənilən halda müəllimlik çox böyük, 
həm də şərəfli bir peşədir. Sadəcə bu ada layiq olub-olma-
yanlar var.
Unutmayın ki, müəllimin ağzından nalayiq kəlmələr 
çıxmaz. O öz şagirdlərinə doğma övladları kimi yanaşma-
lı,  təəssüblərini  çəkməlidir.  Özündən  balacalara  da,  bö-
yüklərə də hörmət etmək, onları başa düşmək müəllimin 
borcudur. Hətta o heç vaxt müxalif düşünə bilməz, hətta 
dərsliklərə belə... Əgər bir müəllif dərslikdə yazsa ki, Şah 
İsmayıl bizim qəhrəmanımızdır, məhz belə də tədris etmə-


Şəmil 
Sadiq
58
lidir. Yox, əgər bir neçə ildən sonra başqa bir müəllif yazsa 
ki, Şah İsmayıl bizim düşmənimizdir, olduğu kimi də təd-
ris etməlidir. Və ya bir müəllifin hegemonluğu dövründə 
kitaba salınsa idi ki, “balaca” sifətin azaltma dərəcəsində-
dir, eləcə də tədris etməli, sonralar başqa bir müəllif yazsa 
ki, yox çoxaltma dərəcəsindədir, çoxaltma kimi də tədris 
etməlidir.
İndi  cəmiyyətin  bütün  günahlarına  səbəbkar  müəl-
limdir.  Ən  az  maaş  alan  da  müəllim,  hər  gün  hər  yerdə 
haqqında danışılan da müəllim, bütün hücumlara məruz 
qalan da müəllim.
Müəllim şagirdi başa düşməlidir, çünki şagird uşaq-
dır.  Əlindəki  gündəliyi  az  qala  müəllimin  gözünə  soxan 
valideyni də başa düşməlidir, çünki valideyn savadsız ola 
bilər. Müəllim ona həvalə edilmiş işləri yerinə yetirməli-
dir, çünki bu onun vəzifə borcudur. Direktorun haqsızlı-
ğını da başa düşməlidir, çünki dərs bölgüsünə və cədvələ 
o nəzarət edir. Müəllim  hətta “çətin adam” hesab etdiyi  
qonşusunun bütün kaprizlərinə təmkinli olmalıdır. Axı o, 
müəllimdir. Böyük və şərəfli peşənin sahibidir müəllim!
Müəllim həmişə hər yerdə işimizə yarayan ən üzüyola 
varlıqlardır:
1. Toylarımızda tamada yoxdursa, müəllimə nə gəlib?!
2. Toylarımızda pulu yazmağa adam yoxdursa, müəl-
limə nə gəlib?!
3.  Elçiliyə  gediriksə,  danışa  biləcək  adam  yoxdursa, 
müəllimə nə gəlib?!
4. Ərizə yazmalıyıqsa, şikayət etməliyiksə, bunu baca-
ran adam yoxdursa, müəllimə nə gəlib?!
5. Arvadımıza, qızımıza iş yeri tapa bilmiriksə, müəl-
limə nə gəlib?!
6.  İnək  əbədəyə  düşübsə,  onu  çıxarmağa  gücümüz 
çatmırsa, savadlı adam lazımdırsa, müəllimə nə gəlib?!
Bir sözlə, yatanda da, duranda da, batanda da, çıxan-
da da işimizə yarayan müəllimlərin bayramıdır, gəlin on-
ları təbrik edək!
Axı müəllimlik şərəfli peşədir!
2016-cı il


Şəmil 
Sadiq
59
“CƏHALƏT” DOĞRU CAVAB İMİŞ
2006-cı ildə Təhsil Nazirliyində kurikulum üzrə milli 
məsləhətçi idim. Elə o ərəfələrdə beynəlxalq qiymətləndir-
mə sistemi olan PİSA-nın Azərbaycanda 6-cı sinif şagird-
ləri arasında keçirdiyi sorğunun yoxlama komissiyasının 
üzvü oldum. Öncə bu barədə bizim üçün seminar keçdilər. 
Sonra şagirdlərin yazdığı tapşırıqları yoxladıq. Azərbayca-
nın  oxu  üzrə  nəticəsi  riyaziyyatdan  dəfələrlə  aşağı  oldu. 
Dünya ölkələri arasında təxminən 60-cı yer. Bu nəticənin 
səbəbini  elə bil hardasa bizə yoxlamanı necə keçirəcəyimiz 
üçün  verilən  seminarda  anlamışdım.  Tapşırıqların  içində 
Ezopdan bir təmsil vardı. Təmsilin mahiyyəti belə idi: Bir 
gün bir şahın oğlu olur. Münəccimlər xeyir-dua verəndə 
şaha deyirlər ki, oğlunu şirdən qoru. Çünki onun ölümü 
şirdən olacaq. Oğlan  güclü bir igid kimi böyüyür. Amma 
tərs kimi onun da xobbisi şir ovlamaq olur. Şahın yadına 
bir zamanlar münəccimlərin dediyi fikir düşür və qorxur. 
Ona görə oğlu üçün böyük bir mağara tikdirir. Bu mağara-
da bütün heyvanların müqəvvası canlandırılır. Sonra oğ-
lunu  bu  qəfəsə  saldırır  ki,  bir  daha  o,  şirlə  rastlaşmasın. 
Axı onun ölümü şirdən olacaqdı. Atası oğlunun şirə olan 
sevgisini nəzərə alıb mağaraya bir dənə şir müqəvvası da 
qoydurur.
Bir  neçə  müddət  bu  sıxıcı  mağarada  yaşayan  oğlan 
bir gün şirin müqəvvasının  qarşısında durub “səni lənətə 
gələsən, şir” deyib onu yumruqla vurur. Bu zaman divar-
dan  bir  talaşa  bunun  barmağına  batır  və  beləcə  qanına 
mikrop keçir  və oğlan bundan zəhərlənib ölür.
Təqribən mətn belə idi. Aşağıda uşaqlara verilən sual 
isə bu cür idi: “Sizcə, oğlanın ölüm səbəbi nə idi? Fikrinizi 
əsaslandırın”. Açıq test olduğundan bir neçə cavab var idi:
1.  Cəhalət
2.  Təsadüf
3.  Alın yazısı
4.  Atası
5.  Tibbin inkişaf etməməsi
6.  ....
Seminardan  sonra  bizə  mətni  oxutdurub  doğru  ca-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə