Rəy verən: f.ü. f d. dos. Fazil Rüstəmov


Yaşar Əhmədov Azər Hətəmov



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə112/144
tarix30.10.2018
ölçüsü2,71 Mb.
#76105
1   ...   108   109   110   111   112   113   114   115   ...   144

Yaşar Əhmədov Azər Hətəmov 

*  bu  xalqların  ədəbiyyat,  mədəniyyət,  dil,  tarix,  adət  - 

ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi 

zəmin yaradıldı. 

-

 



Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, 

üstünlüyümüzdür. 

-

 

Dövlət,  ölkə  nə  qədər  çox  xalqı  birləşdirsə,  bir  o  qədər 



zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və 

sivilizasiyasına öz töhfəsini verir. 

-

 

Ulu  Öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan 



xalqının  multikultural  ənənələrinin  qorunması  sahəsində  həyata 

keçirilən  siyasi  istiqamət  hazırda  Prezident  İlham  Əliyev 

tərəfindən uğurla davam və inkişaf etdirilir. 

-

 



Multikulturalizm  siyasəti  ölkənin  demokratik  inkişafının, 

insanların  hüquq  və  azadlıqlannın  müdafiə  olunmasının  tərkib 

hissəsidir. 

-

 



Bir  neçə  Qərb  ölkəsinin  dövlət  başçılarının  multikultu- 

ralizmin  iflasa  uğradığını  qeyd  etdiyi  bir  dövrdə  Azərbaycan 

Respublikası multikulturalizmi özünün dövlət siyasəti olduğunu 

bəyan etmişdir. 

-

 

Azərbaycan  Respublikası  bu  məsələyə  ölkənin  ümumi 



inkişafının  mühüm  məqsədlərindən  biri  olan  demokratik 

inkişafın, insanların hüquq və azadlıqlarının müdafiə olunmasının 

tərkib hissəsi kimi yanaşır. 

-

 



Multikulturalizm  -  ölkədə  etnik  -  mədəni  dəyərlərin 

qorunmasına və inkişaf etdirilməsinə yönələn bir siyasətdir. 

-

 

Multikulturalizm  dövlət  siyasətinin  əsas  məqsədi  ölkədə 



yaşayan bütün xalqlann etnik-mədəni dəyərlərinin qorunmasına, 

inkişafına və cəmiyyət daxilində bu xalqların inteqrasiyasına nail 

olmaqdır. 

-

 



Azərbaycanın  ərazisində  yaşayan  bütün  xalqlann,  o 

cümlədən  milli  azlıqların  etnik  -mədəni  dəyərlərinin  qorunması 

və  inkişafı  məsələsinə  Azərbaycan  Respublikası  özünün  dövlət 

siyasətinin  həm  məqsədi,  həm  də  vasitəsi  kimi  yanaşır; 



mədəniyyət, siyasi, iqtisadi, sosial sahə. 

336 



Multikutturalizm - fəlsəfi lüğət 

-

 



Elm  v3  tBhsil  sahəsi  -multikulturalizm  dövlət  siyasətinin 

mədəni,  siyasi,  iqtisadi  və  sosial  sahələrdə  uğurla  həyata 

keçirilməsinin  əsas  şərtlərindən  biri  bu  siyasətin  elmi 

araşdırmalara  əsaslanması  və  bu  araşdırmalann  nəticəsində  əldə 

olunan elmi biliklərin əhaliyə çatdırılmasıdır: 

*

 



qeyd  olunanlan  nəzərə  alaraq  Azərbaycan  Respublikası 

multikulturalizmin elmi cəhətdən təhlil olunmasına və onun ali və 

orta- ixtisas  təhsil  müəssisələrində tədris edilməsinə xüsusi fikir 

verir. 


-

 

Azərbaycan  Respublikası  multikulturalizm  siyasətinin 



həyata  keçirilməsində  BMT,  ATƏT,  Avropa  Şurası,  Avropa 

ittifaqı,  İslam  Əməkdaşlıq  Təşkilatı  və  bu  kimi  digər  nüfuzlu 

beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir: 

*

 



bu təşkilatlann fəaliyyətlərinin mühüm bir istiqaməti insan 

hüquqlanmn beynəlxalq müdafiəsi ilə bağlıdır; 

*

 

milli  və  dini  azlıqların  hüquq  və  azadlıqlanmn  müdafiəsi 



isə  insan  hüquqlarının  beynəlxalq  müdafiəsinin  aynimaz  tərkib 

hissəsidir; 

*

 

Azərbaycan  Respublikasımn  beynəlxalq  təşkilatlarla 



əməkdaşlığı  onun  beynəlxalq  aləmdə  imicinin  yüksəlməsinə 

səbəb olur. 

-

 

Azərbaycan  Respublikası  BMT,  ATƏT,  Avropa  Şurası, 



Avropa  İttifaqı,  İslam  Əməkdaşlıq  Təşkilatı  və  bu  kimi  digər 

beynəlxalq  təşkilatlann  milli  və  dini  azlıqlann  hüquq  və 

azadlıqlarının,  o  cümlədən  onlann  etnik  -mədəni  dəyərlərinin 

müdafiəsi sahəsində qəbul etdiyi qərarlan dəstəkləyir. 

-

 

Azərbaycan  Respublikası  bu  beynəlxalq  təşkilatlann  milli 



və  dini  azlıqların  hüquq  və  azadlıqlanmn  müdafiəsi  sahəsində 

qəbul etdiyi konvensiyalara qoşulmuşdur: 

*

 

məsələn,  Avropa  Şurasmın  “Milli  azlıqların  müdafiəsi 



haqqında”  Çərçivə  Konvensiya  1  fevral  1995-ci  il  tarixində 

Azərbaycan hökuməti tərəfindən imzalanmış və 16 iyun 2000- ci 

il tarixli Qanunla ratifikasiya edilmişdir

337 



Yaşar Əhmədov AzərHatəmov 

*

 



Azərbaycan  Respublikası  26  noyabr  2009-cu  ü  tarixli 

Qanunla  UNESKO-nun  “Mədəni  özünüifadə  müxtəlifliyin 

qorunması  və  təşviqinə  dair”  Konvensiyasına  qoşulmuşdur  -  bu 

Konvensiya ölkəmizdə 15 may 2010-cu ildə qüvvəyə minmişdir. 

-

 

Bəşəriyyətin siyasi problemləri bütövlükdə üç məsələlərin 



həllində  kəsişir  -  iqtisadi  səmərəlilik,  sosial  ədalət,  şəxsiyyət 

azadlığı: 

*bu məsələlərin regionlar üzrə müxtəlif səviyyədə gərginliyi 

bir  sıra  çağırışlann  əmələ  gəlməsinə  şərait  yaradaraq  onla-  nn 

tədricən qlobal miqyasa keçməsinə səbəb ola bilər -bu baxımdan 

hər bir ölkə tərəfindən yaranan çağınşlara qarşı müvafiq siyasətin 

yeridilməsi həddən dərəcə vacib hesab olunur. 

-

 

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin 



layiqli  davamçısı  olaraq  Prezident  İlham  Əliyevin  uğurlu  daxili 

siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün 

etnik qruplann vahid ideyasına çevrilmişdir. 

-

 



İlham 

Əliyev 


multikulturalizmi 

cəmiyyətlərimizin 

içərisində  ehtiyac  duyduğumuz  bir  sosial  möhür  hesab  edir  və 

bunu dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə 

vasitəsi kimi təqdim edir. 

-

 



İlham Əliyev belə bir fikri xüsusilə vurğulayır ki, “dialoq 

təkcə ideologiya deyil, həmçinin müəyyən siyasi  kontekstlərdən 

irəli gələn süni yanaşmalar üçün bir reseptdir”. 

-

 



İlham  Əliyevin  qənaətinə  görə,  biz  müxtəlifliyin 

dəyərləndiriləcəyinə,  müxtəlif  fərdlərin  bir-biri  ilə  ümumi 

ünsiyyət  qura  biləcəklərinə  və  insanlann  dialoq  aparmaq  üçün 

imkanlarının olacağına əmin olsaq və buna şərait yarada bilsək, o 

zaman gələcək nəsillərin qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik 

şəraitində yaşamalarına da təminat vermiş olanq. 

-

 

Prezident  İlham  Əliyevin  apardığı  davamlı  siyasət 



nəticəsində multikulturalizm Azərbaycan Respublikasının dövlət 

siyasəti, xalqımızın həyat tərzinə çevrilmişdir. 



338 


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə