Əvvəllər yalnız dinin bildiklərini və təsdiq etdiklərini bu gün elm də
təsdiq edir. Son elmi kəşflər-xüsusən də inamı olmayanlar üçün
olduqca gözlənilməz oldu və heç də hamı üçün tam aydın deyildir.
Ölüm haqqında müasir elm tibbin cavan sahəsi olsa da olduqca
sürətlə inkişaf' edir. Məşhur alimlər bu sahədə böyük işlər görürlər.
Müşahidələr və tədqiqatlar elmi-tibbi institutlarda və böyük
xəstəxanalarda aparıhr-ciddi elmi əsərlər nəşr olunmuşdur. Bu
sahədə yeni üfıqlər, müşahidələr, təcrübələr, sonra isə reanimasiya
təcrübəsi ilə, yəni ölən adamın dirilməsi praktikası ilə açılır.
Hal-hazırda ölümün iki mərhələsi-klinik ölüm, adətən bu elə ölüm
adlandırılır və orqanik ölüm-orqanizmin toxumalarında struktur
dəyişikliyi ilə müşahidə olunan ölüm-fərqləndirilir. Toxumalar
dağılana qədər dirilmə mümkündür, yəni adam ölmüş olsa da onun
toxumaları dağılmayıbsa onun dirilmə ehtimalı var-toxuma
dağıldıqdan sonra heç bir reanimasiya kömək edə bilməz. Ölmüş və
artıq ölü elan olunmuş adamların heç bir kənar kömək olmadan
dirilməsi ilə bağlı çoxlu məlumatlar məlumdur. Ona görə də adamlar
yenicə dünyasını dəyişən adamı qaytannağa cəhdlər edirlər. Ən
qədim cəhd olduqca primitiv olmuşdur-canım yenicə tapşıran
adamın qarnını qızdırmışlar və onun bədənini gicitkənlə
döyəcləmişlər, ciyərinə hava vurmuşlar,ata otuzdunnuşlar və
düşünmüşlər ki, atın silkələnməsi ilə öləni həyata qaytarmaq
mümkün olar. Bu gün də elektrik şoku verməklə düşünürlər ki, güclü
titrəmə ürəyin yenidən fəaliyyətə başlamasına kömək edə bilər.
Əlbəttə bütün bu cəhdlər çox az hallarda uğurlu olmuşdur-bununla
belə insanlar həmişə ümid edirlər ki, bu yolla öləni geri qaytarmaq
mümkün olacaqdır-alimlər isə yalnız ümid etmir, həm də problem
üzərində çalışırlar.
Son vaxtlara qədər insanın həyat əhəmiyyətli orqanlarının
fəaliyyəti dayanan kimi o ölürdü. Məsələn,ürəyin dayanması ölüm
hesab olunurdu və bununla heç nə edə bilmirdilər. Lakin tibb
alimləri dirilmənin yeni metodunu işləyib hazırladılar: süni
150
nəfəs vermə,qan köçürmə, adrcnalinin ürəyə yeridilməsi, yeni
dərman percparatları. Yeni kəşf olunan cihazla dayanan ürəyi
elektrik cərəyanı vasitəsilə hərəkətə gətimıək mümkün olur. Əgər
ölüm vəziyyəti uzun sürmürsə və orqanizmdə toxumalar dağılmırsa
dayanan ürəyi yenidən işləməyə məcbur etmək mümkündür,
hərəkətsiz qan yenidən dövran etməyə, beyni və digər orqanları
oksigen,qlükoza və digər həyat əhəmiyyətli materiallarla
qidalandırmağa başlayır. Yenicə ölən insanı bəzən diriltmək
mümkün olur. Müvəqqəti ölüm vəziyyətini yaşayan adamlar
sonradan “o biri dünyada” olarkən keçirdikləri həyəcanı
danışmışlar. Onlar ətrafda baş verənləri hiss etməkdə davam
etmişlər; məsələn, kənardan öz ölmüş bədənlərini,həkimlərin və tibb
bacılarının onu həyata qaytannaq üçün göstərdikləri cəhdləri
müşahidə etmiş, onların söhbətlərini eşitmiş və başa düşmüşlər.
Beləliklə, həyata qayıdan adam baş verənləri yadda saxlayır və
bədənləri ölü olarkən gördüklərini və eşitdiklərini danışa bilmişlər.
Ruh bədənlə eyni vaxtda ölmür, bədəndən asılı olmayaraq
yaşamaqda davam edir. Əgər öləni diriltmək mümkün olursa, onda
ruh bədənə qayıdır. Tibbin bu yeni sahəsinin pionerlərindən biri
Reymond Mudi olmuşdur. 1975-ci ildə onun “Ölümdən sonra həyat”
kitabı “Bədənin ölümündən sonra həyatın davam etməsi
fenomeninin tədqiqi” başlığı altında nəşr olundu. 1977-ci ildə
“Həyatdan sonra həyat haqqında düşüncələr” kitabı çapdan çıxdı.
Mudi 150 hadisə qeydə ahnışdır-o xəstələrin keçirdiyi xəstəliyi və
bunun nəticəsində yaranan klinik ölümü,ölümün xarakterini və
reanimasiya metodlarını, o cümlədən pasientlərin danışığını qələmə
almışdır.Mudi yazır ki,ilk dəfə 1965-ci ildə tələbə olarkən
psixiatriya professorunun mühazirəsində onun söhbətini eşitmişdir;
professor iki dəfə ölmüş, ancaq yenidən həyata qaytarılmışdır, o ölü
olarkən keçirdiyi hissləri danışmışdır. Professorun fantastik görünən
bu söhbəti Mudini maraqlandırmışdır, aneaq şəxsi təcrübəsi
olmadığından heç nə
151
edə bilməmişdir. Bir neçə il sonra buna oxşar bir hadisə ilə yenidən
rastlaşır və onu təəccübləndirən o olur ki, yaşlı, savadsız qadın da
professor kimi eyni şeyləri təsvir etmişdir. Bundan sonra Mudi
bədənin ölümündən sonra həyatın davam etməsi fenomeni ilə ciddi
məşğul olmağa başladı. Kitabda çoxlu hadisələr verilir.Onlardan biri
ürək ağrıları ilə xəstəxanaya qəbul olunan qadının danışıqlarıdır.
Qadın xəstəxana çarpayısında uzanmışdır.Bu vaxt sinəsində bərk
ağrı başlayır və qadın tibb bacısını çağırmaq üçün düyməni zorla
basa bilir. Onlar gəlir və nə isə etməyə başlayırlar. Arxası üstə
uzanmaq onun üçün narahat olduğundan qadın böyrü üstə çevrilir və
birdən nəfəsi dayanır və ürəyinin vurmadığını hiss edir. Qadın tibb
bacısının qışqırmağını eşidir və hiss edir ki, bədəni tərk edir və aşağı,
döşəməyə düşür,çarpayının altından keçib sonra yavaşca yuxarı
qalxmağa başlayır. Qadın başqa bir tibb bacısını və onu müalicə
edən həkimin otağa gəldiyini görür. “O niyə buradadır? O burada nə
edir?” deyə təəccüblənir. O tavandan asılan lampanın yanına qalxır
və onları tam aydın görür. “Mən sanki üfürməklə doldurulan kağız
parçası kimi tavana qalxmışdım”. O tavanın yanında üzür və aşağı
baxırdı; “Məni diriltməyə göstərilən cəhdləri yaxşı görürdüm.
Bədənim aşağıda çarpayının üstünə sərilmişdir. Onu aydın
görürdüm,hamı onun ətrafına toplaşmışdır. Mən tibb bacısının
birinin “Ay Allah, o, ölüdür!”deməsini eşitdim. O biri tibb bacısı
ölünün üstünə əyilib süni nəfəs verməyə başladı. Mən onun
boynunun dalına baxırdım. Mən onun qısa vurulmuş saçlarını
xatırlayıram. Sonra palataya elektrik şoku vermək üçün cihaz
gətirdilər və elektrodları mənim sinəmə düzdülər. Cihazı
qoşdular,mənim bədənim yuxarı atıldı,hətta sümüklərimin səsini də
eşitdim.Bu dəhşətli idi. Onların mənim sinəmi döyəcləməklərinə,
ayaqlarımı və əllərimi sürtməklərinə yuxarıdan baxdıqca “nə üçün
onlar məni narahat ediıiər?Mən özümü yaxşı hiss edirəm-“deyə
düşündüm”.
152
Dostları ilə paylaş: |