və ona hazırlaşmırıq. Çoxları “no fikirləşmək lazımdır? nəyə
hazırlaşmaq vacibdir? Bizdən heç nə asılı deyil, vaxI gələcək və biz
öləcəyik” deyirlər. Bununla belə hər kəsin beyninə bəzən belə bir
llkir də gəlir”: Bəlkə bu belə deyil? Bəlkə ölüm heç də son deyildir,
bəlkə bədənin ölümündən sonra in.san tamamilə yeni bir şəraitə
düşəcək, burada da görmə, eşitmə, hissetmə qabiliyyətini
saxlayacaqdır?” Ən-əsası bəlkə o biri dünyadakı vəziyyətimiz bizim
bu həyatda necə yaşamağımızdan, ölüm darvazasını necə
keçməyimizdən asılı olacaqdır? Hər kəs bu həddi aşacaq və orada
heç vaxt gözləmədikləri, fikirləşmədikləri hadisələrlə üzləşəcəklər.
Çoxları ölümdən sonrakı həyatın varlığım qəbul etmir. Kimin
inanmağından və ya inanmamağından yox, məsələni məntiqi -
nöqteyi-nəzərdən təhlil etmək daha məqsədə uyğundur.
Dərhal gözümüzə həqiqətə uyğun olmayan, ağla batmayan bir
şey sataşır. İnsanda ağıl var; bu və ya digər problemlə üzləşəndə o
bütün imkanları götür-qoy edir. Hətta problem sadə olsa da ağıllı
adam mütləq bir neçə imkan düşünür. Bəs nə üçün bu ciddi problemi
nəzərdən keçirəndə çoxları başqa cür hərəkət edirlər? Ölüm
labüddür və ondan sonra məntiqi olaraq iki variant var-ya tam heç
nə,ya da necəsə mövcudluğun davam etməsi. Biz əvvəllər ölümdən
sonrakı mövcudluğun, mümkünlüyü haqqında danışırdıq, indi isə
tibbin və elmin bir sıra kəşfiərindən sonra artıq bu həyatın
olduğundan əminliklə danışnıağa başlamışıq. Bununla belə ölümdən
sonrakı taleyimi/.!., bağlı məsələ öz təhlilini tələb edən vacib
məsələdir. Ölümdən sonra həyatın varlığına inamsızlıq necə
yaranmışdır- axı həmişə belə olmamışdır. Bütün böyük dinlərə görə
insanın yalnız bədəni deyil, həm də ruhu var: ölüm vaxtı ruh bədəni
tərk edir və yeni şəraitdə yaşamaqda davam edir. Tutaq ki,
xristianlığın artıq iki min ildən artıq yaşı var və onun ideyaları ilə
Avropa sivilizasiyası böyümüş və yaşamışdır. Onun tarixində
inamsızlıq dövrləri də olmuşdur və həmişə bu vaxtlar olduqca
hərc-mərclik dövrü olmuşdur. Bu vaxt əxlaqsızlıqla,
141
sakitliyin və rahatlığın pozulması isə səciyyələnirdi. Müharibələr,
daxili çəkişmələr, yoluxucu xəstəliklər, aclıq daha çox özünü
göstərirdi. Sanki hansısa həyatverici, ruhlandırıcı qüvvə xalqı tərk
edirdi. Bu qarışıqlıq dövrünü sadə təsadüf kimi izah etmək düz
olmazdı. Fransız tarixçisi Ten yazırdı ki, insanlarda dini inam
unudulanda gözümüzün qabağında savadlı adamların və bütöv
siniflərin vəhşiləşməsi baş verirdi. Din-insanı özündən yüksəklərə
qaldırmaq üçün zəruri olan bir cüt qanaddır-hər dəfə bu qanad
zəifləyəndə və ya onu qıranda ictimai əxlaq xeyli aşağı düşürdü.
Yalnız həqiqət əbədidir, yalanın ömrü isə uzun olmur. Bütün dinlər,
hətta ibtidai bütpərəstlər, vəhşilər də bu və ya digər fomıada axirət
dünyasının varlığına və mövcudluğun ölümlə başa çatmağına
inanmışlar. Ruhun varlığına inam bəşəriyyət yaranan gündən
yaranmış və bu günə kimi yaşamaqdadır.
Allahın və ruhlar aləminin inkar olunması son 150 ildə inkişaf
etmişdir- o materialist fəlsəfədən inkişaf etmişdir. Bu fəlsəfə yalnız
hiss orqanları ilə qəbul olunanların varlığını təsdiq edirdi. Marksist
fəlsəfə hal-hazırda öz elmi əhəmiyyətini itirməkdədir, onun nəzəri
və praktiki nəticələri iOasa uğramışdır. O artıq bir təlim kimi tarix
səhnəsindən gedir. Çoxlarımız materialist ideyalar üzərində tərbiyə
almışıq. Materializm yalnız elmdə və incəsənətdə deyil, eyni
zamanda
məktəblərdə,
universitetlərdə,mətbuatda,
insanlar
arasındakı münasibətdə, bir sözlə hər yerdə hökmranlıq edirdi.
Onların fikrincə axirət dünyası-can verənlərə təsəlli vermək üçün
uyudurulmuş nağıl idi. Materialistlərə görə insan materiyadan təşkil
olunub. Həyat-orqanizmdə gedən kimyəvi və molekulyar proseslərin
axınıdır; hətta fikir belə-beyin hüceyrələrinin sekresiyasıdır.
Materiyanın ölümü ilə insan beyni dağılır və bir şəxsiyyət kimi onun
mövcudluğu dayanır. Materialist fəlsəfə elə budur-onlar üçün hər
şey sadə və aydındır. Onlar bunların necə olması və həyatın mənası
suallarını vermirlər. Bu suallara onlarda cavab yoxdur. Mənəvi həyat
təzahürlərini onlar rədd edir, onu lağa
142
qoyurlar. İnsanın güclü hissetmə qabiliyyətini, peyğəmbərcəsinə
olan yuxuları və görmələri, bəsirətliyi, aydın görmə və aydın
eşitməni, ekstrasensliyi onlar inkar edirdilər.Yunqun və digər
psixoloqların ruhun həyatı ilə bağlı fikirlərini təkzib edə
bilmədiklərindən susmağa üstünlük verirdilər. Müasir materializmin
elmi metodla heç bir əlaqəsi olmadığı halda siyasi məqsədlər üçün o
hələ də istifadə olunur. Bir sıra ölkələrdə materializm dövlət
fəlsəfəsi səviyyəsinə qaldırılmışdır, bu ölkələrin başçıları materialist
fəlsəfəni müdafiə edirlər, belə ki, mənəvi dəyərlərdən ayrı düşən
əhalini idarə etmək asan olur. Dövlət başçıları gözəl bilirlər ki.
Kainat materiya ilə məhdudlaşmır və bundan praktiki nəticə
çıxarırdılar. Belə ki, bədəndən kənarda olan həyat və digər
transendental
problemlər
xüsusi
dövlət
institutlarında
öyrənilir-buradakı tədqiqatlar gizli aparılır və əhalinin onun
nəticələrindən xəbəri olmur. Bu da aydındır, belə ki, əyani şəkildə
sübut olunmuşdur ki, insanın hansısa hissəsi bədəni tərk etdikdən
sonra materiya ilə heç bir əlaqəsi olmadan yaşaya bilir. Dünya
təsadüfi yox, ağılla qurulmuşdur. Bunu hiss etməmək üçün ən azı
hər addımda gözlərimizi yummalıyıq.
Bütün dünya xalqlqrının dili göstərir ki, dünyada maddi və
mənəvi anlayışlar var. Elə şeylər var ki, onu ölçmək və çəkmək
mümkündür, bir və bir neçə hiss orqanları ilə onu görmək, eşitmək,
qavramaq olur. Eyni zamanda başqa anlayışlar da var: məhəbbət,
nifrət, paxıllıq, əzab, arzu, vicdan və s. onları ölçnək, çəkmək
mümkün deyildir, ancaq onlar da maddi aləmdə olan şeylər kimi real
mövcuddur. Materiya deyərkən hiss üzvlərimizlə duyduğumuz,
gördüyümüz, toxuna biləcəyimiz, çəkisi olan hər şeydir. Bundan
başqa insanlarda həm də gömıə, duyma, toxunma hissləri ilə yanaşı
maddi hisslərdən asılı olmayan, müəyyən xassəyə malik olan mental
psixi mərkəz var-o fikirləşir, hərəkət edir, müəyyən məsafədən
arzuları ifadə edir, gözsüz görür, qulaqsız eşidir, hələ mövcud
olmayan gələcəyini onun köməyi ilə müəyyən edir, özü üçün
143
Dostları ilə paylaş: |