nəyi əldə rəhbər tuturlar?Nə üçün onlar hər şey alırlar?Öz həyatlarını
nəyə sərf edirlər?Onlar hər şeyi şüursuz edirlər- onlar sadəcə olaraq
lunatikdirlər,açıq
gözlə
yatırlar.Onları
aldatmaq
asandır:siyasətçilər,din xadimləri bu işlə məşğuldurlar-şüursuz
olsalar da adamlar deyilənləri göstəriş,nonna kimi qəbul
edirlər.Yalnız yetkin adam itaətə,istismara razı olmur.Yalnız dərk
edən,dünyanı anlayanlar həqiqətəndə yaşayırlar,yalnız bu cür
adamlar sakit ölürlər,onlar rahatdırlar,ölümü dodaqlarında təbəssüm
qəbul edirlər. Gülümsəyərək ölənlər üçün ölüm mövcud
deyildir,çünki daxilən hiss edirlər ki,bu yalnız fiziki bədənin
ölümüdür.Həyat həmişə olub,var və olacaqdır.Qəm-qüssəyə,kədərə
bürünən insan mahnı oxumalı,dua etməli,rəqs etməlidir.Nə
bacarırsansa et və tezliklə qara metal qızıla çevriləcəkdir.Bu sirri
bilməklə sən həyatı dərk edə biləcəksən-öz açarınla istənilən qapını
aça bilərsən.Həyatın əsas qaydasını unutmaıən xırda şeylərə belə
sevinməyi bacar.
Siz gülən eşşək və ya zarafatı götürən kəl gönnüsü- nüz?Yalnız
insan zarafatdan həzz alır,gülə bilir.Bir çoxları zarafat
etməyə,gülməyə pis baxırlar,onlar böyük dəyərlərdən məhrum
olmuşlar.Gülüşsüz insan,çiçəksiz ağaca bənzəyir.Bu gün cəmiyyətə
daha çox ciddi olan adamlar lazımdır-müəyyən mövqe tutmaq üçün
ciddi olmaq tələb olunur-istəyirlər ki,bu adamlar maşın kimi
olsunlar.Yumor hissi ağıllılığın tərkib hissəsidir;yumor hissini itirən
adam ağlını itinniş olur-insanda yumor nə qədər çox olarsa, o, bir o
qədər ağıllıdır.Yumor hissi həmişə insanla birlikdə olur-sadəcə
valideyinlərinizin qurduğu qayaları yerindən tərpədin,maneəni dəf
edin.Qəribədir tələb edirlər ki,siz böyüklərdən, müəllimlərdən,din
xadimlərindən əvvəl gülməyin-məsciddə gülmək olmaz.
Xristianlıqda
deyilir
ki,İsa
peyğəmbər
heç
vaxt
gülməmişdir.Mən buna inanmıram-axı o ən böyük,dahi,ağıllı
insanlardan biri olmuşdur.Yer üzərində ya.‘?amışdır.O gülmə- li,bu
həyatdan zövq almalı idi.O hətta Buddadan da çox Yerə
134
bağlı olan peyğəmbər olmuşdur.O olduqca ehtiraslı və gərgin həyat
yaşamışdır,qadınlarla söhbətdən zövq almışdır,gözəl qadınlar onun
tələbələri olmuşlar-həmin dövrün məşhur faişəsi Mariya Maqdalina
da onun şagirdi olmuşdur.O yeməyi,içməyi xoşlayırdı.O yeganə
peyğəmbər idi ki,şərabı xoşlayırdı.O kef etməyi,şənlənməyi
xoşlayırdı.Hər gecə qonaqlıq təşkil edərdi.İsa böyük insan idi.O
“Mən Allahın oğluyam” deməklə yanaşı tez-tez “Mən insan
oğluyam” da deyirdi.İsa səmadan çox Yerə bağlı olmuşdur,o
şənlənməyi,gülməyi xoşlayırdı.
Ölüm yoxdur,çünki hər bir ölüm yeni qapı açır-bu
başlanğıcdır.Həyat tükənməzdir,başlanğıc üçün həmişə yer
var,dirilməyə həmişə yer var.Kədəri sevinclə dəyişməklə insan
ölümü dirilmə ilə əvəz edə bilər.Qara metalı qızıla çevirməyin
sirrlərini öyrənənə qədər insan ölümü yaxma buraxmamalı- dır.Heç
bir xüsusi səbəb olmadan sevinə bilən insan ölümü
gülüşlə,sevinclə,təbəssümlə qarşılaya bilər. Şənlənə bilən adama
ölüm heç nə edə bilmir-insan mütləq qalib gələcəkdir.
Görəsən ölümün varlığını hiss edən adam rahatlana bilərmi?İlk
növbədə ölümün varığma əmin olduqdan sonra rahatlanmaq olar.Nə
qədər ki,bizə heç nə aydın deyildir,biz rahat ola bilmərik.Əgər insan
bilsə ki,mütləq bu gün öləcək,onda ölüm qorxusu dərhal yox
olacaqdır.Boş yerə vaxt itirməyə dəyər?Sənin yalnız bir günün
qalır.Onu maksimum səmərəli yaşamaq lazımdır-tam həyata
atılmaq,ondan hər şeyi almaq lazımdır.Buna oxşar bir hadisə bir
nəfərin başına gəlmişdir.Həkimlər ona demişdirlər: “Sizin altı ay
ömrünüz qalıb,bir gün də aıtıq yaşaya bilməyəcəksiniz.Nəyi isə
tamamlamaq istəyirsinizsə tamamlayın.Nə isə etmək istəyirsinizsə
edin”Bu adam çox varlı olmuşdur.O həmişə bütün dünyanı
gəzmək,planetin ən gözəl yerlərində olmağı arzulamışdır,ancaq
həmişə iş çox olduğundan hər dəfə də bu səyahəti sonraya
saxlamışdır.İndi təxirə salmağa imkan yox idi.O ən bahalı paıtar
sifariş verdi.Onun bu qədər bədxərclik etməsini heç kəs
xatırlamırdı.O ən bahalı restoranda yemək
135
yeyirdi.Şəhərdə olan ən gözəl evi aldı,özünün bütün
kompaniyalarını bağladı.İndi bunlar kimə lazım idi?Qabaqda altı ay
var-kifayət qədər vaxtdır- o şah kimi yaşaya bilərdi.O bütün dünyanı
gəzdi;gözəl yerlərdə yaxşı insanlarla tanış oldu- ölümü tamam
unutdu.Evə qayıdan da altı ay çoxdan keçmişdir.O həkimlərə
minnətdarlığını bildirməyə yollandı. “Siz hələ sağsınız?”-deyə
həkim təəccüblə soruşdu.”Buna necə nail olmusunuz?Sizin
xəstəliyiniz o qədər ciddi idi ki,siz altı aydan artıq yaşaya
bilməzdiniz”.
-Mən öləcəyimi eşidəndə ölüm mənim üçün problem
yox,reallıq oldu.Mənim altı ayım var idi və qərara aldım ki,bu
günləri normal yaşayım.Başım həyata qarışdığından görünür təyin
olunan saatda ölməyi unutdum.
Həkimlərin müayinəsindən sonra aydın oldu ki,xəstəlikdən
əsər-əlamət qalmamışdır.Altı aylıq rahatlıq, ləzzət,sevinc.sakit həyat
tərzi xəstəliyi yox etmişdir.Ölümün labüdlüyü-ən xoşbəxt
hadisələrdən biridir.Ölüm bəşəriyyət üçün bu qədər real,bu qədər
aydın olmamışdır.Adamlar təcili sürətdə kütləvi qırğın silahlarının
istehsalını dayandırmalıdırlar.Qonşularla müharibə aparmaq əvəzinə
onlarla birlikdə oxumaq,şənlənmək lazımdır.Insanların vaxtı
azdır-onların müharibə etməyə vaxtları yoxdur.Adamlar bütün dini
fərqləri unutmalıdırlar, ölkələri kommunist,kapitalist və ya faşist
bölgüləri ilə ayırmaq lazım deyildir.Adamların vaxtı olsaydı bu
bölgülər yaxşı idi,ancaq onların vaxtı yoxdur. Müsəlman-
lar,xristianlar,yəhudilər arasında fərqlər qoymağa imkan vermək
olmaz.Sadəcə olaraq vaxt çatışmamazlığı,qlobal miqyasda ölüm
təhlükəsi transformasiyaya səbəb ola bilər.Bəlkə də sən nə vaxtsa
həkimlərin ölümünə altı ay qalmasını bildirdikləri xəstənin yerində
ola bilərsən və dünyanın millətlərə bölünməsinə,ayrı-ayrı dini
ayrıseçkiliyə yol verilməsinə son qoyulardı,daha müharibələr
olmazdı və hamı birlikdə ilk dəfə olaraq dünya nemətlərindən zövq
alardı.Ölüm həyatdan ləzzət alıb yaşayanlara yaxın
136
Dostları ilə paylaş: |