hərəkətsiz atom yoxdur. Bu qüvvəyə malik olmayan canlı varlıq
yaşaya bilməz, o dağılacaq, xırda hissələrə bölünəcəkdir. Ətrafda
olan hər şey-qalibiyyətli dinamizmdir. Kosmik dinamizin dünyanı
idarə edir-Nyuton onu “cazibə qüvvəsi”adlandırmışdır. Ancaq bu
dəqiq verilən tərif deyildir. Əgər Kainatda yalnız cazibə təzahür
etsəydi, onda bütün ulduzlar bir tam halda birləşərdilər. Ancaq bu
olmadı, belə ki, daha bir güclü amil-hərəkət mövcuddur. Görünməz,
düşünən güc olan Kainat dünyaların və atomların üzərində
hökmranlıq edir-materiya isə itaətkarcasma ona tabe olur. Bütün
şeyləri təhlil edərkən onların hamısında görünməz ruhun təzahür
etməsi qənaətinə gəlmək olur. Bu universal ruh hər bir atomda,
molekulda, hiss olunmayan, görünməyən olducda kiçik olan hər
şeydə hiss olunur, bu ruh - məhvedilmez və əbədidir. Materializm
tam olmayan, yetkin olmayan təlim olduğundan ruhla bağlı
məsələnin aydmiaşdırılmasmda çətinlik çəkir. O təsdiq edir ki,
müəyyən xassələrə malik olan materiya elmi təhlil olunması
mümkün olmayan fərziyyədir. Pozitivistlər də səhvə yol verirlər,
belə ki, bu cür fərziyyənin həqiqətə yaxın olduğunu sübut edən
dəlillər var. Özünü elmi nəzəriyyə kimi təsdiq edən materializm çox
şeyləri təhlil etmək istəmir, bununla da özünün acizliyini göstərir.
Materializm psixi fiziologiyanı qəbul etmək istəmir, onu reallığa
zidd kimi qələmə verir. Axı insanda molekullardan başqa kimyəvi
proseslərdə iştirak edən daha nə isə var, qeyri-maddi, mənəvi
ünsürlər göz qabağındadır. Bütün məlum faktların qərəzsis təhlili
buna bizi əmin edir və biz insanın fiziki duyğularından asılı
olmayaraq fəaliyyət göstərən mənəvi prinsplərin olmasını sübut edə
bilərik.
Bəşəriyyətin müdrik insanları dünyanın mənəvi tərəfini
görmüş, Allahın varlığım və ruhun ölməzliyinə inanmışlar. Qədim
dövrün bütün filosofları, o cümlədən Platon və Sokrat ölməzliyə
inanmışlar. Platon yazırdı ki, “insanın ruhu ölməzdir. Onun bütün
ümidləri və cəhdləri o biri dünyaya keçirilmişdir.
147
Həqiqi müdrik ölümü yeni həyatın başlanğıcı kimi arzulayır”.
Nyuton, Qaliley, Paskal, Paster, Eynşteyn, bir çox görkəmli
Azərbaycan mütəfəkkirləri inamlı insanlar olmuşlar.Tolstoy yazırdı
ki, “ölüm haqqında ciddi düşünməyən insanlar ruhun ölməzliyinə
inanmırlar”. Sadə zəhmətkeş həyatı yaşayanlar, təbiətə daha yaxın
olanlar Allahın varlığını instinktiv hiss etmişlər. Müdrik insanlar bu
hissi öz bilikləri ilə təsdiq etmişlər. Adətən ortada olanlar-birindən
çıxan,ancaq hələ o birinə çatmayanlar-hiss etmir və inanmırlar.
İngilislər deyirlər ki, “səthi bilik çox təhlükəkli olur”. Bu düzgün
deyimdir-adətən ciddi fikirləşməyi bacarmayanlar hiss etmir və
inanmırlar. Əgər insan gündəlik həyatın mənasız qayğıları arxasınca
qaçmasa Allahın həyatımızdakı varlığını hiss edə bilər. Adamlar
sadəcə olaraq düşünmədiklərinə görə, buna vaxtları olmadığına görə
inanmırlar. Çoxlarına yalnız gözə dəyən, real hiss olunanları
duymaq xasdır. Görünməyənlər, ancaq real olaraq mövcud olanlar
inkar olunur və ya sadəcə olaraq hiss olunmur. İnsan görür ki, can
verən adam artıq hərəkət etmir, nəfəs almır, bəbəkləri
dayanıb-deməli hər şey qurtardı.
Bundan dayanmadan yan keçir,düşünmür,özü üçün nəticə
çıxarmır. Axı siz adamın yanında dayananda aydın şəkildə hiss
edirsiniz ki, nə isə görünməz, dərin və əhəmiyyətli, bizim üçün izah
olmayan bir şey baş verir. Bizə məlum olan çoxlu hadisələr
olmuşdu: qadın və ya kişi gecə yarısı oyanır və onlara elə gəlir ki,
həmin vaxt onlardan xeyli uzaqlıqda yaşayan anası, arvadı, atası
yanında dayanıb-sonra aydın otur ki, həmin insan oyanan adamın
onu yanında hiss etdiyi an dünyasını dəyişmişdir. Artıq çoxdan etiraf
olunur ki, ölüm vaxtı rəhmətə gedənin ruhu istənilən məsafəni qət
edərək özünə doğma olanların yanına gəlmişdir-həmin adamlar
öləni yanlarında görmüş, hiss etmişlər. Heyvanlar çox vaxt
görünməz ruhu insanlardan daha yaxşı hiss edirlər. Pişik belini içəri
əyir, onun tükləri dik dayanır, it ulamağa başlayır. Ruhun həyatını
sübut edən çoxsaylı müşahidələr məlumdur: ruha inam heç vaxt
148
insanları tərk etməmişdir. Son 20-30 ildə ölümdən sonrakı həyata
inam obyektiv təsdiqini tapmışdır-çoxlu kəşflər edilmişdir.
Reanimasiyanın müasir metodları-yenieə ölmüş adamın həyata
qaytarılması-pərdəni qaldırmış və” o biri tərəfə” nəzər salmağa
imkan vennişdir. Məlum olmuşdur ki, bədənin ölümündən sonra
ruhun yaşaması davam edir. Skeptik olan, ruhun mövcudluğuna
inanmayan həkimlər və psixoloqlar öz müşahidələrini aparmaqla bu
məsələ ilə bağlı fikirlərini dəyişməli olmuşlar. Son vaxtlara qədər
ruhun varlığı haqqında danışanlar az olmuşdur-ancaq elm yerində
dayanmır və bu gün ölüm problemini araşdıran alimlər bədənin
ölümündən sonra ruhun yaşamasına şübhə etmirlər. Əsas elmi
nəzəriyyələrə yenidən baxılır, materiyanın birinciliyi inkar olunur.
Materializm artıq keçmişdə qalmışdır. Onun yerinə tamam yeni
dünya anlamı gəlir: Kainat-yalnız materiya deyil, ondan bir az çox
olan...
Elə adamlar var ki,beşikdən qəbrə qədər olan bir həyat
yaşasalar da ölüm haqqında heç vaxt ciddi düşünməmişlər. Onların
fikrincə ölüm-bizim bildiyimiz Yer həyatının sonudur, eyni
zamanda şəxsiyyətin mövcudluğunun yekunudur. Bu heç də belə
deyildir. Bədən ölür, ancaq insanın hansısa hissəsi yaşamaqda
davam edir, o görmək, eşitmək, hiss etmək bacarığını saxlayır.
Əvvəllər ölüm haqqında müxtəlif cür düşünürdülər, 0 biri dünyada
həyatın varlığına şübhə ilə yanaşırdılar, “inanmaq” və ya
“inanmamaq” prinspi mövcud idi: “inanmamaq” daha xoş və
əlverişli idi-adamlar da bu cür edirdilər-onlar fikirləşmir və
inanmırdılar. Lakin indi ölüm haqqında elmin nailiyyətlərindən
qorxmayan və onunla tanış olanların artıq heç bir tərəddüdləri
yoxdur, çünki bu gün nəzəriyyəni yox, faktı görmək və qəbul etmək
lazım gəlir. Son illər elmdə böyük kəşOər olmuşdur. Ölümün
mahiyyət etibarı ilə nə olması, can vermənin necə keçməsi, ölənin nə
hiss etməsi aydın olmuşdur və elm ən əsas məsələ-ölümdən sonra
bizi nə gözləməsi məsələsi üzərindəki pərdəni açmağa başlamışdır.
149
Dostları ilə paylaş: |