Rəyçilər Ə. A. Sadıqov T.Ə. Sadıqov


  721  saylı  «lnzibati  xərclər»  hesabının  krediti  Məsrəflərin  və  nəticələrin



Yüklə 4,8 Mb.
Pdf görüntüsü
səhifə314/323
tarix23.09.2018
ölçüsü4,8 Mb.
#70258
1   ...   310   311   312   313   314   315   316   317   ...   323

662 

721  saylı  «lnzibati  xərclər»  hesabının  krediti  Məsrəflərin  və  nəticələrin 

uçotunun  ikinci  variantı  demək  olar  ki,  «direkt-kostinq»in  əsas  ideyasını  ümumi 

məsrəflərin onların istehsalla qarşılıqlı əlaqələrinin və bu əsasla məsrəf daşıyıcıları 

üzrə  tam  olmayan,  məhdud  maya  dəyərinin  kalkulyasiya  edilməsi  əlaməti  üzrə 

bölüşdürülməsinin təcrübədə tətbiq olunmasını nəzərdə tutur. Ölkə uçotu tarixində 

ilk  dəfə  bir  müddət  məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyərinin  əmələ 

gəlməsinə  ənənəvi  yanaşma  ilə  müqayisədə  başqasına  rəsmi  olaraq  icazə 

verilmişdir. 

Bizim ədəbiyyatlarda istehsalata məsrəflərin uçotunun iki variantı haqqında 

hazırda  danışılmasma  baxmayaraq,  ikinci  variantın  tətbiq  edilməsi  praktiki 

istehsalata  məsrəflərin  uçotu  sistemində  prinsipial  dəyişiklik  edilməmişdir.  Bu 

kalkulyasiya,  uçot  və  maliyyə  nəticələrinin  hesablanmasının,  xüsusilə  də 

məhsulların  (işlərin,  xidmətlərin)  satışından  əsas  maliyyə  nəticələrinin  ölkə 

konsepsiyasını köklü surətdə dəyişir. 

VI

 

FƏSİL. NORMATİV UÇOTUN VƏ «STANDART- 

KOSTİNQ» SİSTEMİNİN XÜSUSİYYƏTLƏRİ 

6.1.

 

Standart kost sistemi üzrə maya dəyərinin 

kalkulyasiya edilməsi 

Məhsulun  qiymətinin,  əməliyyat  (cari)  xərclərinin  qnıplaşdırıl-  ması  və 

onlara nəzarət mənfəətin nəzərdə tutulan kəmiyyətinin müəyyən edilməsi istənilən 

təşkilat  üçün  vacibdir.  Bu  baxımdan  «standart-kost»  sistemi  xərclərin 

tənzimlənməsi  və  onlar  üzərində  nəzarət  etmək  üçün  idarəetmə  alətidir.  Ondan 

maya dəyərinin kalkulyasiya edilməsinin həm sifariş, həm də mərhələ metodunda 

istifadə  edilə  bilər.  Təşkilat  «standart-kost»  sistemini  qəbul  edirsə,  ehtiyatlar  və 

satılmış  malların  maya  dəyəri  hesabına  təsir  edən  bütün  xərcləri  faktiki  deyil, 

normativ (standart) və ya əvvəlcədən müəyyən edilmiş xərclər kimi çıxış edir. Bu 

halda normativ xərclər uçot sistemində büdcə (smeta) üzərində nəzarətin əsaslılığını 

təmin edir. 


663 

Normativ  (standart)  xərcbr  sistemi  ayrı-ayrı  işçilərin  və  bütövlükdə 

təşkilatın  (kampaniyanın)  fəaliyyətinin  qiymətləndirilməsinə,  büdcənin  və 

proqnozların  hazırlanmasına  xidmət  edir,  real  qiymət  qoyulması  haqqında  qərar 

qəbul  edilməsinə  kömək  edir.  Bu  sistem  bütün  dünyada,  faktiki  olaraq  bütün 

istehsal kompaniyalarında geniş istifadə edilir. 

Əməyin  və istehsalın  idarəedilməsinin  təşkili  probleminin  həllinin  obyektiv 

meylləri 20-ci illərin əvvəlində ABŞ-da istehsalat məsrəfləri uçotunun tətbiq edilən 

metodlarının başqa cür dərk edilməsinə ilkin şərait yaratmağa səbəb oldu. Məhsul 

vahidinin  maya  dəyərini  hesablamaq,  qiymətləri  müəyyən  etmək,  operativ  idarə 

etmək  və  əmək  məsrəflərinin  normativlərinin  işlənib  hazırlanmasına  və  istifadə 

edilməsinə  başlandı.  Uçotda  istehsalat  məsrəflərinin  əks  etdirilməsi  qaydasından 

asılı  olaraq  tətbiq  edilən  metodları  iki  əsas  qrupa:  keçmiş  məsrəflərin  uçotu  və 

standartlandırılmış məsrəflərin uçotu və onlardan kənarlaşmaya bölünməsi nəzərdə 

tutulurdu.  İstehsalata  məsrəflərin  uçotunun  kalkulyasiya  metodları  sistemində, 

standart məsrəflərin uçotu sisteminə onun həm sifariş və həm də prosesli uçotunda 

istifadə edilməsini zənn edirik, ona müstəqil və tək kimi baxmırlar. 

Norma-standartların  işlənib  hazırlanması,  istehsala  başlayana  qədər 

standart  kalkulyasiyalarm  tətbiq  edilməsi  və  standartlardan  kənarlaşmanı 

ayırmaqla  faktiki  məsrəflərin  uçotu  sistemləşdirilmiş  bir  yekun  kimi 

«standart-kostinq» sistemləri adını aldılar. 

«Standart»  -  məhsul  vahidinin  istehsalı  uçün  lazım  olan  material  və  əmək 

məsrəflərinin  və  ya  məhsulların,  işlərin,  xidmətlərin  hər  vahidinin  istehsalına 

əvvəlcədən hesablanmış material və əmək məsrəflərinin miqdarı deməkdir. «Kost» - 

bu  məhsul  vahidinin  hazırlanmasına  pul  ifadəsində  çəkilən  istehsal  məsrəfləri 

deməkdir. 

Amerika  ədəbiyyatında  standart  kost  sisteminə  müxtəlif  tərif  verirlər,  bu 

anlayışa  müxtəlif  tərkib  daxil  edilir.  Lakin  bütün  hallarda  bu  sistem  müstəqim 

istehsal xərclərinin nizamlanmasına yönəldilmiş nəzarət kimi şərh edilir. 

Bəzi  oxşar  cəhətlərinə  baxmayaraq  norma  üzrə  material  məsrəflərinin 

uçotunu,  normativ  üzrə  üstəlik  xərclərin  uçotundan  fərqləndirmək  lazımdır. 

Normativ  xərclər  mühəndis  qiymətləndirilməsi  və  hesablanmasına,  tələbat 

haqqında proqnoz göstəricilərinə, iş prosesinin öyrənilməsinə əsaslanmaqla istifadə 

olunan  materialların  tərkibi  və  keyfiyyətindən  asılıdır.  Üstəlik  xərclərin 

normativləri daha sadə təxminlərə - keçmiş dövrün xərcləri haqqında göstəricilər 


Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:
1   ...   310   311   312   313   314   315   316   317   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə