Rəyçilər: Yeganə Qəhrəmanova


Başını buladı, gözündən güldü



Yüklə 1,52 Mb.
səhifə45/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   41   42   43   44   45   46   47   48   ...   113
R y il r Yegan Q hr manova

Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

İşarəvi jestlər məzmun planına malik olur və informasiya bildirir. Bu jestlər işarə əvəzlikləri ilə ifadə olunur və (o, bu, onu, bunu) dil vahidləri ilə müşayiət olunduqda başa düşülə bilər. Belə jestlərə işarə jestləri, təsviri və simvolik jestlər aiddir. Məsələn: M.Müşfiqin “Yenə o bağ olaydı” adlı şeiri buna nümunə ola bilər.


Təsviri jestlər. Bu jestlərin portotipi olur və onun səciyyəvi cəhətləri ön plana çəkilir, təsvir imkanları da bir-birindən fərqlənir. Bu jestlərdə hansısa dil ünsürü hərəkətin nümayəndəsi olur. Təsviri jestlər konkret xarici əlamətləri əks etdirir. Məsələn, ağzı açıla qalmaq: başqa sözlə təəccüblənmək. Bu adət irsən keçir, insanın bütün həyatı boyu davam edir və beləliklə də, qorxu və təəccüb zamanı təzahür edən səciyyəvi bir reaksiya kimi özünü göstərir.
Konkret xarici əlamətləri əks etdirən təsviri jestlərdə bir çox emosiyalar asanlıqla insan bədəni vasitəsi ilə maddiləşir. Məsələn: “Sümsüyünü sallamaq” məcazi mənada küsmək, incimək, narazılığını bildirmək, pərt olmaq və s. kimi anlayışları bildirir. Sümsü//səmsə//samsa sözü qədim türk dillərində burun mənasına gəlir və müasir dilimiz üçün tam arxaikləşmişdir. Bu ifadə müxtəlif variantlarda da sımsırığını sallamaq// mısmırığını sallamaq//qaş-qabağını sallamaq//üzünü sallamaq və s. kimi formalarda da işlənir. Şəxsin xarici əlaməti ilə yanaşı, onun daxili psixoloji vəziyyətini də əks etdirir.
Simvolik jestlər. Simvolik jestlər digər jestlərdən fərqli işarəvilik xüsusiyyətinə malik olur. Yəni işarələnən ilə işarələyən arasında şərti əlaqə mövcud olur. Simvolik jestlər həmçinin mücərrəd məzmun da kəsb edir və mücərrəd məzmun hansısa xalqın, tayfanın daxilində müvafiq jest ilə əlaqələndirilmiş olur. Simvolik jestlərdən daha çox diqqəti cəlb edəni görüşmə və vidalaşma zamanı işlənən jestlərdir. Belə jestlərin bəziləri dövrümüzdə arxaikləşmişdir. Rusiyada və Avropada işlənən jestlərdən azərbaycanlılar da istifadə edirlər. Əvvəllər görüş zamanı baş əyirdilərsə, indi əl uzadıb görüşürlər. Belə görüşün də bir neçə növü, yəni sadəcə olaraq baş əyib keçmək, əl-ələ tutub görüşmək, əl-ələ tutub əlləri sağa-sola, yuxarı-aşağı yelləmək, ikiəlli görüşmək, bəzən də görüş zamanı qucaqlaşmaq, öpüşmək və s. Bunlar görüşənlərin dünyanın siyasi və ictimai hadisələrinə baxışı ilə əlaqədar ortaya çıxa bilir. Bu görüş xüsusiyyətləri onların jestlərinin ifadəsində də müəyyən qədər səciyyələnir.
Tipoloji cəhətdən müxtəlif olan dillərdə jestlər də bir-birindən fərqlənir.
Sözsüz ünsiyyətin ünsürləri daxilində çoxlu məlumatlar var, bunlar arasında aşağıdakılar da özünü göstərir.
1. Pozalar, jestlər, üz ifadələri. Ümumiyyətlə, bədənin müxtəlif hissələrinin (əllər – jestlər, üzlər – üz ifadələri, duruşlar – pantomima) ümumi hərəkətliliyi kimi qəbul edilir. Bu ümumi hərəkətlilik insanın emosional reaksiyalarını əks etdirir. Ayaqları kilidləmək və dayanmaq yalnız təhlükəli deyil, həm də narahatedicidir. Belə bir vəziyyət auditoriyanı da narahat edir. Belə bir vəziyyətdə qan ayaqlarda toplanmağa başlayır və heç bir hərəkət etmədən qanın ürəyə təkrarlanması çətinləşir. Ayaqların hərəkətlərindən düzgün istifadə etməyi bacarmaq lazımdır. İzləyiciyə bir açıqlama vermək istəyəndə bir addım irəli atmaq lazımdır. Təəccüblü bir ifadədən sonra düşünmək üçün yer vermək istəyəndə geri addım atmaq lazımdır. Bunların hamısında bir tarazlıq var. Səhnəni tək bir təyyarə kimi düşünmək gərəkdir. Hər yerdən görünə biləcək şəkildə hərəkət etmək işin xeyrinədir. Bu xüsusiyyətlərə kinetika deyilir.
2. Paralinqvistika və ya prosodika – tələffüz xüsusiyyətləri, səs tembri, səs tempi, sözlər, ifadələr, qəhqəhə, ağlama, ah çəkmək, nitq səhvləri, təşkilatlanma və əlaqə xüsusiyyətləri. Paralinqvistik və ekstralinqvistik sistemlər şifahi ünsiyyətə "əlavədir". Paralinqvistika bir səsin keyfiyyətləri, çeşidi, tonudur. Ekstra dilçilik fasilələrin, öskürəyin, gülüşün, həmçinin danışma tempinin daxil edilməsidir.
3. Proksemimika (ingilis dilində proximi– yaxınlıq). E. Xoll bunu məkan psixolo­giyası adlandırmışdır.
4. Vizual rabitə – göz təması.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə