Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 1,52 Mb.
səhifə44/113
tarix23.12.2023
ölçüsü1,52 Mb.
#155305
1   ...   40   41   42   43   44   45   46   47   ...   113
R y il r Yegan Q hr manova

Jestlərin təzahürü. Ş.Balli yazır: “Jest əslində insan emosiyaları üçün maddi dayaq nöqtəsidir”.
Jestlər işarəviqeyri-işarəvi olmaqla iki cür təzahür edir. Ritmik və qeyri-işarəvi jestlərdə jest, əsasən, intonasiya funksiyasını ifadə edir, müəyyən nitq sintaqmlarını fərqləndirir, sintaktik hüdudları müəyyənləşdirir, məntiqi vurğunu nəzərə çarpdırır. Danışıqda cümlələrin tələffüzü ritmə tabe olur. Ritm özlüyündə eynitipli intonemlərin təkrarlanması və əvəz edilməsi nəticəsində eynitipli jestlərin təkrarlanması və əvəz edilməsi əsasında yaranır. Nəticədə danışıqda sürətlənmə və ləngimə, güclənmə və zəifləmədən ibarət bir vəziyyət yaranır. Ritmin monoton səciyyəsi daha aydın əks olunur. Cümlə növləri sadalama yolu ilə dərk olunur. Sadalama intonasiya baxımından həmcins nitq parçalarının təkrarlanmasıdır. Danışan şəxs nitq parçalarındakı bütün əlamətləri jestlər vasitəsilə təzahür etdirir. Buna nümunə kimi S.Vurğunun “Azərbaycan” şeirini göstərmək olar.
Emosional jestlər. Bu jestlər müvafiq intonasion vahidlərin funksiyasını yerinə yetirir. Hər hansı bir emosional vəziyyəti yalnız jestlə ifa etmək mümkün deyildir. Dil vahidlərinin köməyi ilə təzahür edən jest intonasiyalı ekspressivliyi daha da qüvvətləndirir. Ş.Balli göstərir ki, tərkibdə hissin rolu çoxaldıqda sözün rolu azalır. Jest, həqiqətən, insan emosiyaları üçün dayaq nöqtəsidir. O, danışanın ifadə olunan fikrə münasibətini (təəccübünü, təəssüfünü, acığını, sevincini, kədərini və s.) ifadə edə bilir.


Gah gedir fikrə, bərəldir gözünü,
Məhv olur, öylə ki, bilmir özünü.
Sübh olunca gecələr darğa kimi
Yatmayır qır-qır edir qarğa kimi.

Emosional jestlər üzün mimikasını və nitqin intonasiyasını əks etdirir. Bu jestlərdən istifadə fərdi xüsusiyyət daşıyır. Sabit səciyyəli jestlər frazeologizmlər formasında mövcud olur. Məsələn:




İşarət eylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə