Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə117/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   141
İstiqrazm nominal qiyməti onun üzərində göstərilmişdir və faizlərin hesablanması üçün baza hesab olunur.

İstiqrazm alış qiyməti- borcun müddəti ərzində emitentin istiqrazının satın alınması zamanı tətbiq olunan qiymətdir. Həmin qiymət istiqrazm nominal qiyməti ilə eyni ola bilər və borcun şərtlərinə görə müəyyən olunur

İstiqrazm bazar (kurs) qiyməti bazarın konyukturası ilə müəyyən edilir. Faiz ifadəsində istiqrazın bazar qiymətinin onun nominal qiymətinə nisbəti istiqrazın kursu adlanır.

İstiqrazlar üzrə faizlərin dövrü olaraq ödənilməsi kuponlar üzrə - kəsilmiş, üzərində rəqəmlə kupon dərəcəsi yazılmış talonla həyata keçirilir. Gəlirin ödənilməsi faktı istiqraza əlavə olunan kuponun götürülməsi ilə müşayət olunur. Gəlirin ödənilməsi qaydasına görə istiqrazların aşağıdakı növləri vardır:






  • sürüşkən kupon dərəcəsi ilə;

  • bərabər artan kupon dərəcəsi ilə;

  • sıfır kuponlu (istiqrazın emissiya kursu onun nominal dəyərindən aşağı müəyyən olunur; istiqrazın ödənilməsi zamanı onlar arasındakı fərq investorun gəlirini təşkil edir; istiqrazlar üzrə faizlər ödənilmir);

  • seçim üzrə ödənilən (investorun arzusu ilə kupon gəliri yeni buraxılmış istiqrazlara dəyişilə bilər);

  • qarışıq növ (müəyyən dövr ərzində gəlirin ödənilməsi təsbit olunmuş dərəcə ilə, sonra sürüşkən dərəcə ilə həyata keçirilir).

Təmin olunması üsuluna görə istiqrazları aşağıdakı kimi qruplaşdırmaq

olar:


  • əmlak girovlu (məslən, «qızıl» istiqrazlar qızıl-valyuta aktivləri ilə

təmin olunmuşdur);

  • gələcək beh daxilolmaları formasında beh ilə. (xeyriyyəçilik və ictimai fondların istiqrazları, bələdiyyə istiqrazları və i.a.);

  • müəyyən zəmanətli öhdəliklərlə;

  • təmin olunmamış (şikətin maliyyə aktivlərinin həcmi kifayət qədər olmadıqda buraxıla bilər və ya yüksək imicə malik şirkət borc ala bildiyindən öz istiqrazlarını əmlak və maliyyə aktivləri ilə təmin etməyə cəhd göstərmir). Dövretmə xarakterinə görə istiqrazlar adi və dönərli istiqrazlara bölünür. Sonuncu xüsusi və borc kapitalı arasında keçid forması olub onun sahibinə müəyyən şərtlərlə həmin emitentin səhmlərinə dəyişmək hüququ

verir.

İstiqrazlar üzrə gəlir səhmlər üzrə gəlirdən aşağı olsa da, bazarın konyukturasmın dəyişmələrinə az həssasdır. Burada gəlirin həcmi etibarlılıq dərəcəsi kimi qəbul edilir. Buna görə də yalnız gəlirlilik haqqında deyil, öz əmanətlərinin etibarlılığı haqqında düşünən kommersiya bankları əsas investisiya obyekti hesab olunur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə etibarlılıq dərəcəsinə görə korporativ istiqrazların təsnifləşdirilməsi ilə məşğul olan müstəqil kommersiya agentlikləri fəaliyyət göstərir.



Emitentin istiqrazlarının daxili təhlili aşağıdakı ardıcıllıqla aparılır:

  • istiqraz borcunun ümumi məbləğinin və istiqrazların məcmu nominal dəyərinin səhmdar cəmiyyətin nizamnamə kapitalına müvafıqliy- inin müəyyən edilməsi;




  • buraxılmış və yerləşdirilmiş istiqrazların ümumi sayının və onların nominal dəyərinin müəyyən edilməsi;

  • yerləşdirilmiş istiqrazların tərkibində diskontlaşdırılmış (nominal qiymətindən aşağı satılan), kuponlu (fazlər hesablanmaqla nominal qiymətlə satılan və ya nominaldan aşağı qiymətlə satılan kuponlu istiqrazlar) istiqrazların sayının müəyyən olunması;

  • yerləşdirilmiş diskontlaşdırılmış və kuponlu istiqrazların tərkibində diskontun məcmu dəyərinin və gələcək kuponlu ödəmələrin ümumi məbləğinin, vaxtından əvvəl ödənilmə hüquqlu istiqrazların miqdarının, ödənmə məbləğinin və müddətinin müəyyən olunması.

İstiqrazlar müəyyən keyfiyyət parametrlərinə malikdir ki, həmin parametrlərin müəyyən olunması onların nominal dəyəri ilə bağlıdır. İstiqrazların əldə olunması və ödənilməsi qiymətləri arasında fərqlə yanaşı istiqraz sahiblərinin gəlirlərini kupon ödəmələri və ya istiqrazlar üzrə kupon gəlirləri təşkil edir.

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə