Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə125/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   141
Kredit riski - müəssisənin əsas borcunu və həmin borca olan faizi ödəyə bilməməsi təhlükəsidir.

Fiziki risk - kreditin dəyərinin artımı ilə əlaqədar olan itki qorxusudur.

Valyuta riski - valyuta məzənnəsinin dəyişilməsi qorxusunu özündə əks etdirir. Bu da müxt əlif növlü xarici iqtisadi əlaqələr zamanı real itkilərə gətirib çıxarır.

Əldən verilmiş faydalılıq riski - dolayı ilkinin yaxınlaşması ehtimalı yaxud bu və ya digər tədbirlərin həyata keçirilməməsi nəticəsində yaxud təsərrüfat fəaliyyətinin dayandırılması nəticəsində mənfəətin əldə olunmamasıdır.

Vergi riski aşağıdakı təhlükə ilə bağlıdır: vergi qanunverciliyinin dəyişdirilməsi, müəyyən güzəştlərdən istifadənin mümkünlüyü haqqında vergi xidməti işçilərinin fərdi qərarların yaxud konkret sanksiyaların tətbiq edilməsi.

İqtisadi ədəbiyyatda investisiya maliyyə portfelinin qiymətdən düşməsi ilə əmələ gələn riski, həmçinin investisiya riskini və valyutanın




2T278T2
bazar faizi dərəcəsinin tərəddüdləri imkanları ilə əlaqədar olan riski fərqləndirirlər.

İnvestisiya riski - cari dövriyyədən maliyyə ehtiyatlarının yaymdı- rılmasmm gələcəkdə zərər gətirməsi yaxud gözlənildiyindən az mənfəətə səbəb olması ehtimalıdır. O, praktiki olaraq bütün növ müəssisələrə xasdır və nə qədər ki, müəssisə yığıb saxladığı vəsaitləri investisiyaya qoyur, deməli, aktivinin bu və ya digər növünün alıcısı üçün gələcəkdə müvəffəqiyyəti möhkəmləndirmək ümidi ilə hər hansı bir maddi maraqdan belə imtina edir. İnvestor müəssisə kapital qoyuluşunun vençuru- nu həyata keçirərkən əvvəlcədən bilir ki, iki növ nəticə, yəni gəlir ya zərər mümkündür.

Risklərə sistemli yanaşma mövqeyini sistematik VQ sistematik olmayan

(xüsusi) iki qrupa bölmək olar.

Sistematik olmayan risklərə investisiyaya (layihə, qiymətli kağızlar və s.) yönəldilən və rəqabətlə bağlı olan bütün risk növləri aid edilir. Şirkətlər üçün onların əmələ gəlmə səbəbləri fərqlidir: malgöndərənlərin öz öhdəliklərini yerinə yetirməməsi (malı əldə etmə riski), alıcıların ödəmə qabiliyyətinin vəziyyəti (məhsul satışı riski), rəqabətin təsiri, iri kontraktların alınması ya itirilməsi və s.

Sistematik risk bütün investisiya növləri üçün və makroiqtisadi ba- zann vəziyyətini təyin etmək üçün eyni səciyyəli riskdir. Onun əmələ gəlmə səbəbləri inflyasiya, iqtisadi geriləmələr, faizin yüksək səviyyəsi, hərbi-siyasi toqquşmalar və s. ola bilər.

Riskin təhlil edilməsində məqsəd layihədə iştirak etməyin məqsə- dəuyğunluğuna dair qərar qəbul etmək üçün lazımi məlumatları əldə etmək və onun nəticəsini qiymətləndirməkdən ibarətdir. Bazar iqtisadiyyatı şəraitində hər hansı şirkətin fəaliyyətindəki riskləri beş əsas sahəyə bölmək olar ki, onları qısa şərh edək.



Risksiz sahə - firma əməliyyatları başa çatdırarkən heç nə ilə risk etmir, hər hansı bir itki haqqında məlumatın olmaması, minimum hesablaşma mənfəətinin mövcudluğu kimi məlumatlar olur. Nəzəri cəhətdən layihəni yerinə yetirərkən firmanın mənfəəti məhdudlaşır.

Minimal risk sahəsi - fəaliyyətinin nəticəsi olaraq firma xalis mənfəətin bütün həcminə yaxud da bir hissəsinə risk edir.

Yüksəldilmiş risk sahəsi - firma ən pis halda bütün məsrəfləri örtməyə çalışır, yaxşı halda isə hesablanmış səviyyədən xeyli az mənfəət

2" 279T2
əldə edə bilər. Bu sahədə qısa müddətli kredit hesabına istehsal fəaliyyətinin baş verməsi mümkündür.

Böhranlı risk sahəsi - şirkət təkcə mənfəəti itirməyə risk etmir, o həm də nəzərdə tutulan gəliri ala bilməməsindən qorxur və eləcə də çəkilmiş məsrəflərin öz hesabına ödənilməsi təhlükəsi olduğuna risk edir.

Yolverilməz (faciəli) risk sahəsi - firmanın fəaliyyətinin müflisləşməsinə, investisiyanın itkisinə gətirib çıxarır.

Riski təhlil edən zaman əvvəlcə onun mənbələri və səbəbləri aşkar edilir. Əmələ gəlmə mənbələrinə görə risklər fərqlənirlər: xüsusi təsərrüfat; adaımn şəxsiyyəti ilə bağlı olan, təbii amillərə əsaslanan risklər.

Risklərin təhlili bir-birini tamamlayan iki istiqamət üzrə aparılır: keyfiyyət və kəmiyyət üzrə.

Risklərin keyfiyyət təhlili sadə ola bilər. Onun başlıca vəzifəsi risk amillərini, mərhələlərini və işləri müəyyən etməkdən ibarətdir. Bunların yerinə yetirilməməsi zamanı risklər baş verir. Yəni həmin risklərin potensialı müəyyən olunur, bundan sonra bütün mümkün risklər müəyyən edilir.

Riskin təhlilini apararkən riskin dərəcəsini müəyyən etmək lazımdır. Riskin dərəcəsinə təsir göstərən bütün amillər obyektiv və subyektiv amillərə bölünür. Obyektiv amillərə bilavasitə firmanın özündən asılı olmayan amillər: inflyasiya, rəqabət, siyasi və iqtisadi böhran, ekologiya, vergi və rüsumların dərəcəsi və s. daxil edilir. Subyektiv amillər bilavasitə firma məlumatlarını səciyyələndirir, yəni subyektiv amillərə istehsal potensialı, kadrların tərkibi, təsərrüfat əlaqələri, maliyyə vəziyyəti aid edilir.

Riskin kəmiyyət təhlilinin vəzifəsi maliyyə riskinin ayrı-ayrı yarım növləri və məcmuu üzrə pul itkilərinin konkret həcmini müəyyən etməkdir.

Bəzən keyfiyyət və kəmiyyət təhlili daxili və xarici amillərin təsirinin qiymətləndirilməsi əsasında aparılır, həmin müəssisənin işinə və onun pulla ifadəsinə bu amilərin təsiri elementlərə görə xüsusi çəkinin qiymətləndirilməsi ilə həyata keçirilir.

Təhlilin belə bir metodu kəmiyyətcə təhlil aparmaq baxımından olduqca çox əməktutumludur. Amma keyfiyyət təhlili zamanı bu metod şübhəsiz ki, öz bəhrəsini verir. Bununla yanaşı , maliyyə riskinin kəmiyyət təhlilinin metodunun təsvirinə və bu təhlil üçün bəzi zəruri vərdişlərin qüsursuz tətbiq olunmasına ciddi diqqət yetirilməlidir.


Mütləq ifadədə risk itkilərin fiziki baxımdan mümkün həcmi yaxud dəyər (pul) ifadəsi ilə müəyyən oluna bilər. Nisbi ifadədə risk daha əlverişli hesab olunan formada bəzi mümkün itkilərin həcmi kimi və ya müəssisənin əmlak vəziyyətinə, yaxud sahibkarlıq fəaliyyətinin həmin növ resurslarının ümumi məsrəfinə, yaxud da gözlənilən gəlirə (mənfəətə) görə müəyyən edilir. Bu zaman itkilərin gözlənilən həcminə nisbətən mənfəətin, gəlirin, pul gəlirinin azalmağa doğru kənarlaşması təsadüfi hesab olunur. Sahibkarlıq gəlirinin təsadüfi azalması nəticəsində yaranan itkinin həcmi də məhz risk dərəcəsini səciyyələndirir.

Buradan da riskin təhlilinin hər şeydən əvvəl itkilərin öyrənilməsi ilə bağlı olduğu üzə çıxır. İtkilərin ehtimal olunan həcmindən asılı olaraq onları üç qrupa bölmək məqsədəuyğun sayılır:



  1. İtkinin hesablama mənfəətindən yüksək olmayan həcmini yol verilən adlandırmaq olar.

  2. İtkilərin hesablama mənfəətindən çox olan həcmi böhranlı dərəcəyə aid edilir və bunu isahibkarın cibindən ödəmək lazım gəlir.

  3. Böhranlı risk daha çox təhlükəlidir. Bu zaman sahibkar onun bütün əmlakını ötüb keçən itkiyə uğrayır.

Əgər bu və ya digər üsulla əməliyyatlar üzrə itkini proqnozlaşdırmaq mümkün olarsa, deməli, sahibkann etdiyi riski kəmiyyətcə qiymətləndirmək mümkündür.

Mümkün mütləq itkilərin həcmini proqnozlaşdırılan məsrəflərin həcminə yaxud mənfəətə böldükdə riskin nisbi ifadədə (faizlə) qiymətini alırıq. Deyəndə ki, risk mümkün, ehtimal olunan həcmlə ölçülür, onda belə itkilərin təsadüfi xarakter daşıdığını da nəzərə almaq lazımdır. Ehtimal olunan hadisələrin başlanması obyektiv və subyektiv metodla müəyyən oluna bilər.

Hadisələrin başlanma ehtimalını müəyyən etmək üçün hesablamanın bir-birinə yaxınlığına əsaslanaraq obyektiv metoddan istifadə olunur.

Subyektiv metod - müxtəlif təkliflərə əsaslanaraq obyektiv meyarlardan istifadəyə əsaslanır. Belə təkliflərə qiymətləndirmə mülahizələri, qiymətləndiricinin şəxsi təcrübəsi, reytinqin ekspert qiymətləndirilməsi, məsləhətçi auditorun fikirləri və s. aid edilə bilər.

Beləliklə, subyektiv metod maliyyə riskinin qiymətləndirilməsinə əsaslanaraq müəssisənin müəyyən həcmdə itkiləri və onların əmələ gəlmə ehtimalı arasında olan asılılığın tapılması ilə bağlıdır. Bu asılılıq

H" 28IT2


müəyyən itki səviyyəsində əmələ gələn əyri ehtimalının qurulmasında öz ifadəsini tapır.

Əyri ehtimalının qurulması həddən artıq mürəkkəb vəzifədir. Belə ki, bu maliyyə riski məsələsi ilə məşğul olan mütəxəssisdən kifayətləndi- rici səviyyədə təcrübə və bilik tələb edir. Müəyyən səviyyədə itkilərin əmələ gəlməsi üzrə əyri ehtmahnm qurulması üçün müxtəlif üsullar tətbiq edilir: statistik üsul; məsrəflərin məqsədəuyğunluğunun təhlili üsulu; ekspert qiymətləndirmə metodu; analitik üsul; oxşarlıq üsulu. Bunların arasından üçünü - statistik üsulu, ekspert qiymətləndirmə və analitik üsulu xüsusi olaraq ayırmaq lazımdır.



    1. Risk dərəcəsinin qiymətləndirilməsi

Riskin təhlilinin ən geniş yayılmış metodlarına statistik, məsrəflərin məqsədəuyğunluğunun təhlili, ekspert qiymətləndirmə və oxşar- lıq(analogiyadan istifadə) metodu aid edilir.

Statistik metoddan istifadə etdikdə bu və ya digər oxşar istehsalda baş verən itkilərin və mənfəətin statistikası öyrənilir, onun həcmi, xüsusilə də bu və ya digər iqtisadi faydanın əldə olunması müəyyənləşdirilir və gələcəyə(perspektivə) daha çox ehtimal olunan proqnoz tərtib edilir.

Şübhəsiz ki, risk ehtimal kateqoriyasıdır, bu halda elmi cəhətdən əsaslandırılmış mövqelər səciyyələndirilir və müəyyən itki səviyyəsinin əmələ gəlmə ehtimalları ölçülür. Ehtimalhq müəyyən nəticələrin əldə olunması imkanlarını ifadə edir.

Maliyyə riski statistik məlumatlara əsaslanaraq itkinin baş verməsinin riyazi ifadədə ehtimalının kifayət dərəcədə yüksək dəqiqliklə hesablanmasına şərait yaradır.

Maliyyə riskinin həcmini kəmiyyətcə müəyyən etmək üçün hər hansı ayrı-ayrı fəaliyyətin bütün mümkün nəticəsini və nəticənin özünün ehtimalını bilmək zəruridir.

İqtisadi məsələlərdə ehtimal nəzəriyyəsi metodunun tətbiqi zamanı hadisələrin başlanması ehtimalının qiymətləri toplanır və bu hadisələrin mütləq həcminə bərabər olan riyazi gözləmələrin ən böyük həcmindən asılı olaraq daha münasib olan mümkün hadisələr seçilərək onların başlanma ehtimalına vurulur.

Maliyyə riskinin hesablanması zamanı statistik metodun əsasən iki meyarından istifadə olunur: dispersiya və orta kvadrat kənarlaşma.


2T282T2


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə