Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə124/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   141
Sahibkarlıq riski - şirkətin fəaliyyəti zamanı yaranan, biznesin xarakterindən irəli gələn riskdir. Risksiz biznes mümkün deyildir. Risklərin bəzi növlərini müvafiq müqavilə bağlamaqla sığorta şirkətlərinə keçirmək olar. Lakin risklərin böyük hissəsi (menecerin səhvi, qiymətlərin dəyişməsi, düzgün seçilməyən layihə, tələb və s.) tamamilə sahibkarın üzərinə düşür. Amerika təcrübəsi sübut edir ki, sahibkarlıq risksiz mümkün deyil. Hadisələri proqnozlaşdırmağı, riskləri qiymətləndirməyi öyrənmək lazımdır. Sahibkarlıq riskinin əsas növlərinə istehsal, kommersiya və maliyyə risklərini aid etmək olar.

İstehsal riski - istehsal fəaliyyətinin hər hansı növünü həyata keçi- rərəkən məhsul istehsalı, iş yerinə yetirilməsi və xidmət göstərilməsi ilə
Xr276“B
əlaqədar olan riskdir. Nəzərdə tutulan istehsalın həcminin mümkün azalması, material məsrəflərinin artımı, menecerin səhvləri, yüksəldilmiş ayırmaların və verginin ödənilməsi istehsal riskinin əmələ gəlmə səbəb- lərindəndir.

Kommersiya riski - sahibkarlar tərəfindən istehsal edilmiş yaxud satın alm-mış malların satışı və xidmətlərin göstərilməsi prosesində baş verir. Məhsul satışının həcminin azalması, material resurslarının satın alma qiymətinin yüksəlməsi, iqtisadi tərəddüdlər, müştərilərin zövqünün (meylinin) dəyişməsi və rəqabətin tə-siri kommersiya riskinin səbəbi hesab edilə bilər.

Maliyyə (kredit) riski- müəssisə ilə bank və digər maliyyə institutlarının mü-nasibətləri sferasında baş verir. Xüsusi və cəlb edilmiş vəsaitlərin həcminin yüksək nisbətləri, kreditorlardan asılılıq, kapitalın pas- sivliyi, inflyasiya meylləri, nəzərdə tutulan bank tarifinin artımı, qiymətli kağızların dəyərinin aşağı düşməsi, eyni zamanda bir layihədə böyük vəsaitin yerləşdirilməsi maliyyə riskinin səbəbləridir.

Maliyyə menecerini birinci növbədə sahibkarlıq riski maraqlandırır. Ona görə də, həmin müəssisənin maliyyə bazarında peşəkar iştirakçı olub olmamasından çox şey asılıdır.

Xalis (sadə) və spekulyativ (nəzəri təcrübəyə əsaslanmayan) sahibkarlıq riskini nəzərdən keçirək. Zərərlər yaxud «sıfır» nəticələr alınması imkanının müəyyən edilməsini xalis risk adlandırırlar. Belə risk yalnız uğursuzluğa hesablanır. Spekulyativ risk həm müsbət, həm də mənfi nəticələr əldə olunması imkanlarını ifadə edir.

Pul məsrəfləri, zərərlər və itkilər hər şeydən əvvəl, maliyyə sahibkarlığının (maliyyə bazarında sahibkarlıq) nəticəsi hesab olunur. Beləliklə, maliyyə sahibkarlığı həm də kommersiya sahibkarlığıdır, lakin bu zaman pul vəsaitləri əmtəə kimi çıxış edir. Ona görə də, maliyyə riski spekulyativ risk hesab olunur.

Əsas fəaliyyəti maliyyə bazarı ilə bağlı olmayan müəssisələr üçün maliyyə riski sahibkarlıq riskinin dəyişilmiş formasıdır və ümumiyyətlə, pul itkisinin təhlükəsini ifadə edir. Obyektin növünə görə onların maliyyə riski əmlak riskinə və öhdəliklərlə əlaqədar risklərə bölünür. Əmlak riski dedikdə, xüsusi əmlakın hər hansı hissəsinin itirilməsi təhlükəsi başa düşülür (bu zaman bütün itkilər dəyər ifadəsində hesablanır). Şirkətin işçiləri tərəfindən hüquqi yaxud fiziki şəxsə zərər vurulan öhdəliklərlə bağlı olan risklər maliyyə riski hesab olunur.
27TT2
Kredit bazarının peşəkar iştirakçısı olan müəssisələr üçün maliyyə riski müvafiq olaraq bank, sığorta riskinin dəyişilmiş bir formasıdır, yaxud da investisiya riskidir (birjalar, investisiya fondları üçün və s.). Məsələn, bank riski bank əməliyyatlarının özünəməxsus xüsusiyyətindən irəli gələn itki təhlükəsini əks etdirir. Bu risklər kifayət qədər mürəkkəb quruluşa malikdir və bir qayda olaraq xarici və daxili riskə bölünür.

Müəssisələrin kredit bazarı bir sıra xüsusi amillərin nəzərə alınmasını tələb edir. Belə ki, maliyyə riski müştərilərin ödəmə qabiliyyətində olmaması

, kreditin qaytarılmaması qorxusu və müştərilərin maliyyə vəziyyətinin ümumi pisləşməsini əhatə edir.

Beləliklə, maliyyə riski dedikdə, borc kapitalı bazarının iştirakçılarının ümumi risklərində elə müxtəlif dəyişikiliklər forması nəzərdə tutulur ki, burada müştərilərin öhdəliklərinin yerinə yetirilməməsi qorxusu ilə bagiı onların öz borclarını ödəyə bilməməsi başa düşülür.

İstehsalat və ticarət fəaliyyəti ilə məşğul olan müəssisələrin maliyyə riskinin təsnifatını hərtərəfli nəzərdən keçirək. Onların maliyyə riskinin aşağıda əks etdirilən müxtəlifliyini fərqləndirmək lazımdır: kredit riski, fiziki risk, valyuta riski, əldən verilmiş faydalılıq riski, investisiya riski, vergi riski.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə