Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə123/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   141
Risldn mahiyyəti, növləri onlann təhlilinin ümumi prinsipləri

Maliyyə təhlilində risk və gəlirlilik anlayışları qarşılıqlı əlaqədə olaraq ayrı-ayrı maliyyə aktivləri, eləcə də onların müxtəlif kombinasiyaları ilə sıx surətdə bağlıdır. Ümumiyyətlə, «risk» anlayışının mahiyyətinə yanaşmada müxtəlif baxışlar mövcuddur. Ən geniş mənada risk - proqnozlaşdırılan variantla müqayisədə gəlirlərin əldə edilməməsi və zərərlərin (itkilərin) yaranması ehtimalı kimi başa düşülür. Risk mürəkkəb və çoxşaxəli iqtisadi kateqoriyadar. Təsadüfi deyil ki, iqtisadi ədəbiyyatda risklərin çoxlu sayda növləri (valyuta, investisiya, siyasi və s.) göstərilir.

Bu zaman əsas təsnifat əlaməti kimi risklilik səviyyəsi proqnozlaşdırılan və təhlil edilən obyekt qəbul edilir. Çox zaman risk anlayışı maliyyə aktivləri baxımından təhlil edilir və qiymətləndirilir. Lakin müəssisənin fəaliyyətinin idarə edilməsi ilə əlaqədar riskin başqa növləri də müqayisə edilməlidir.

Maliyyə aktivləri baxımından riskin aşağıda göstərilən növləri və ölçülərindən istifadə olunur.

Aktivlərin risklilik dərəcəsi, aktivlərə malik olmaq nəticəsində əldə edilən gəlirin variasiya etmə dərəcəsi ilə səciyyələnir. Belə ki, təcrübədə dövlət istiqrazları ən aşağı riskli maliyyə aktivləri hesab edilir, çünki həmin qiymətli kağızlar üzrə dividend və faizlər sabitdir, gəlirlərin variasiyası sıfra bərabərdir. Əksinə, hər hansı xüsusi şirkət və ya səhmdar cəmiyyətinin adi səhmləri riskli maliyyə aktivi kimi qəbul edilir, çünki həmin səhmlər üzrə gəlirlərin variasiyası yüksəkdir.

Hər hansı aktivin gətirdiyi gəlir iki komponentdən ibarətdir: əldə olunan dividend və aktivin dəyərinin dəyişməsindən əldə edilən gəlir. Beləliklə, aktivin ilkin dəyərinə görə faizlə hesablanmış gəlir həmin aktivin gəlirliliyi və ya mənfəət norması adlanır. Deməli gəlir - zaman və məkan daxilində cəbri surətdə toplana bilən mütləq göstəricidir. Gəlirlilik isə nisbi göstərici hesab edilir. Hər bir sahibkar öz fəaliyyəti zamanı risk dərəcəsini müəyyən etməyə çalışır. Belə riskə meyllilik dərəcəsindən asılı olaraq, sahibkarın müxtəlif davranış variantı mövcuddur. Ümumi halda risk və gəlirliliyin mütənasib olaraq dəyişdiyi qəbul edilir.

Yr 275TS
Aydındır ki, risk - ehtimal qiymətləndirilməsi olduğundan onun kəmiyyətinin ölçülməsi birmənalı və standart ola bilməz. Riskin kəmiyyəti gəlir və gəlirliliyin dəyişmə, variasiya dərəcəsini səciyyələndirən bir göstəricidir. Beləliklə, bu məqsədlə müxtəlif statistik əmsallardan: variasiya, dispersiya, orta kvadratik kənarlaşma əmsallarından istifadə edilə bilər.

Sahibkarlığın məqsədi konkret rəqabət şəraitində minimum məsrəflərlə maksimum gəlir əldə etməkdən ibarətdir. Göstərilən məqsədin gerçəkləşdirilməsi istehsalat-ticarət fəaliyyətinə qoyulmuş kapitalın və bu fəaliyyətin maliyyə nəticələrinin müqayisə edilə bilən həcmdə olmasını tələb edir.

Bazar, iqtisadiyyatında şirkətin fəaliyyətinə təsir göstərən risk amilləri kəskin surətdə güclənir. Risk hər hansı arzu olunmayan hadisənin başlanması imkanlanm göstərir. Risk dedikdə, fəaliyyətin həyata keçirilməsi prosesində gəlirlərin alına bilməməsi, əlavə xərclərin ortaya çıxması, müəssisənin öz resurslarının müəyyən hissəsini itirməsi ehtimalı başa düşülməlidir. Başqa sözlə desək, risk planlaşdırılan gəlirlərin, mənfəətin əldə olunmama, itkilərin, zərərlərin baş vermə ehtimalıdır.

Sahibkarlıq fəaliyyətində olan itkiləri maddi, əmək və maliyyə itkilərinə bölmək olar.

Pul itkiləri riskinin təsnifatını müxtəlif əlamətlərə görə aparmaq

olar.


Təsərrüfat fəaliyyətinin növündən asılı olaraq risklər sahibkarlıq

(istehsal, kommersiya, maliyyə) və istehlakçı risklərinə bölünür. Meydana çıxma əlamətinə görə risklər spekulyativ (bazara əsaslanmayan) və sadə (xalis) risklərə bölünür. Maliyyə vasitəçiliyinin növündən asılı olaraq risklər investisiya, sığorta bankrisklərinəhöXxmüı.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə