Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor


II FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN



Yüklə 2,22 Mb.
səhifə23/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   141
II FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN ÜMUMİ QİYMƏTLƏNDİRİLMƏSİ

    1. Maliyyə vəziyyəti haqqında ümumi anlayış

Müəssisənin maliyyə vəziyyəti iqtisadi kateqoriya olub kapitalın dövr etməsi prosesində onun vəziyyətini əks etdirir. Maliyyə vəziyyəti dedikdə müəssisənin öz fəaliyyətini maliyyələşdirmək qabiliyyəti başa düşülür. O, müəssisənin normal fəaliyyət göstərməsi üçün maliyyə resursları ilə təmin olunması, onların məqsədli yerləşdirilməsi və səmərəli istifadəsi, digər hüquqi və fiziki şəxslərlə maliyyə baxımından qarşılıqlı əlaqəsi, ödəmə qabiliyyəti və maliyyə sabitliyi ilə səciyyələndirir.

Təhcizat, istehsal, satış və maliyyə fəaliyyəti prosesində kapitalın fasiləsiz dövranı prosesi baş verir, vəsaitlərin strukturu və onların mənbələri, maliyyə resurslarının həcmi və onlara tələbat dəyişir ki, nəticədə müəssisənin maliyyə vəziyyəti də dəyişir.

Bazar münasibətləri şəraitində maliyyə təhlilində maliyyə vəziyyətinin təhlili haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, kommersiya krediti verən hüquqi və fiziki şəxsləri yalnız müəssisənin likvidliyi maraqlandırır. Çünki kommersiya kreditləri qısamüddətlidir və bu kreditin qısa müddətdə qaytarılacağı təşkilatın likvidliyinin təhlili vasitəsi ilə müəyyən edilir.

İstiqraz alanlar isə istiqraz buraxanların likvidlik səviyyəsi ilə, yəni istiqrazlar üzrə əsas borcun və faiz məbləğlərinin qaytarıla bilməsi ilə maraqlanırlar, istiqraz sahibləri istiqraz buraxan şirkətin kapitalının strukturunu, fondların əsas mənbələri və istifadəsini, uzun bir dövr ərzində şirkətin taktiki rentabelliyini və gələcəkdə rentabelliyin proqnoz səviyyəsini təhlil etməklə onların maliyyə vəziyyətini öyrənirlər. Adi səhmləri alan və səhmləri saxlayanlar isə cari və gələcək dövr üçün səhmləri yayan firma və şirkətlərin rentabelliyini təhlil etməklə müəssi- səemitentin maliyyə vəziyyəti haqqında dəqiq bilgilər əldə edirlər.

Müəssisənin maliyyə vəziyyəti sabit, qeyri-sabit və böhranlı ola bilər. Müəssisənin öhdəliklərini vaxtında ödəmək, geniş əsasda öz fəaliyyətini maliyyələşdirmək və əlverişsiz şəraitdə öz ödəmə qabiliyyətini saxlamaq imkanları onun maliyyə vəziyyətinin sabit olduğunu göstərir.

Maliyyə sabitliyini təmin etmək üçün müəssisədə kapitalın çevik strukturunun yaradılması, onun ödəmə qabiliyyətinin saxlanması, özü-


nümaliyyələşdirmə üçün şərait yaratmaq məqsədilə gəlirlərin xərclərdən daima üstün artımı və bu aspektdə maliyyə resurslarının səmərəli idarə olunması bacarığı təmin olunmalıdır. Deməli, müəssisənin maliyyə sabitliyi təsərrüfat subyektinin fəaliyyət göstərmək, inkişaf etmək, dəyişən daxili və xarici mühitdə daimi ödəmə qabiliyyətini və mümkün risk səviyyəsinin məqbul hesab olunan çərçivəsində investisiya cəlbediciliyini təmin edən aktiv və passivlərinin tarazlığını saxlamaq qabiliyyətini xarakterizə edir.

Müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi onun istehsal, kommersiya və maliyyə fəaliyyətinin nəticələrindən asılıdır. Fasiləsiz keyfiyyətli məhsul buraxılışı və satışı müəssisənin maliyyə vəziyyətinə müsbət təsir göstərir. İstehsal prosesində fasilələr, məhsulun keyfiyyətinin aşağı düşməsi, onun satışı ilə bağlı çətinliklər müəssisənin hesabına daxil olan vəsaitlərin azalmasına və nəticədə onun ödəmə qabiliyyətinin pisləşməsinə səbəb olacaqdır. Burada əks əlaqə də mövcuddur. Belə ki, pul vəsaitlərinin kifayət qədər olmaması material resursları ilə təmin olunmada fasilələrə gətirib çıxarır ki, nəticədə, istehsal prosesində boşdayanmalar baş verir.

Müəssisələrin iş təcrübəsində bəzən elə hallara rast gəlinir ki, hətta yaxşı işləyən müəssisə maliyyə çətinliyi ilə üzləşir. Bu, mövcud maliyyə resurslarının qeyri səmərəli yerləşdirilməsi və istifadəsi ilə bağlıdır. Buna görə də müəssisənin maliyyə fəaliyyətinin təşkili maliyyə resurslarının sistematik olaraq daxil olması və səmərəli istifadəsinə, hesablaşma və kredit intizamının gözlənilməsinə, xüsusi və borc vəsaitlərinin səmərəli nisbətinin saxlanmasına, maliyyə sabitliyinin təmin edilməsinə yönəldilməlidir.

Bazar münasibətləri şəraitində istənilən müəssisədə həyata keçirilən hər bir əməliyyat sahibkar üçün riskli hesab olunur. Sahibkar tərəfindən avans edilən kapitalın müddət və nəticə (mənfəət və ya zərər) etibarı ilə geri qayıdacağını qabaqcadan təyin etmək mümkün deyildir. Bazar iqtisadiyyatı şəraitində sahibkar gözlənilmədən müflisləşə bilər, yəni maliyyə çətinliyinə düşə bilər. Buna görə də nəinki maliyyə vəziyyəti çətin olan, maliyyə resursları çatışmayan müəssisələrdə, eyni zamanda kifayət qədər pul vəsaiti olan, tədiyyə öhdəliklərini vaxth-vaxtında yerinə yetirən təsərrüfat subyektlərində də maliyyə vəziyyətini təhlil etməklə yaxın və ya uzaq gələcəkdə gözlənilən maliyyə vəziyyətini təyin etmək tələb olunur.

IT3r[I
Beləliklə, müəssisənin maliyyə fəaliyyəti bir əsas strateji məqsədə - müəssisənin aktivlərinin artırılmasına xidmət edir. Bunun üçün müəssisənin ödəmə qabiliyyəti və rentabelliyi, eləcə də balansın aktiv və passivinin optimal strukturu daima təmin olunmalıdır.

Müəssisənin sabit maliyyə vəziyyətinin əldə edilməsində maliyyə təhlil mühüm rol oynayır. Bu sahədə aparılan təhlilin əsas məqsədi müəssisənin maliyyə fəaliyyətində çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq, müəssisənin maliyyə vəziyyətinin və onun ödəmə qabiliyyətinin yaxşılaşdırılması ehtiyatlarını müəyyən etməkdir. Bu zaman aşağıdakı vəzifələr həll edilməlidir:



  1. İstehsal, kommersiya və maliyyə fəaliyyətinin müxtəlif göstəriciləri arasında qarşılıqlı əlaqənin öyrənilməsi əsasında müəssisənin ma- liy-yə vəziyyətinin yaxşılaşdırılması baxımından maliyyə resurslarının daxil olması və istifadəsi üzrə proqnozların icrası səviyyəsini qiymətləndirmək;

  2. Təsərrüfat fəaliyyətinin real şəraiti, xüsusi və borc vəsaitlərinin mövcudluğu və resurslardan istifadənin müxtəlif variantları üzrə hazırlanmış maliyyə vəziyyəti modelləri əsasında mümkün maliyyə nəticələrini, rentabelliyi proqnozlaşdırmaq;

  3. Maliyyə resurslarından səmərəli istifadə olunmasına və müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsinə yönəldilmiş konkret tədbirlər hazırlamaq.

Müəssisənin maliyyə vəziyyətinin, onun sabitliyinin qiymətləndirilməsi üçün aşağıdakı məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğun hesab edilir:

    • kapitalın mövcudluğu yerləşdirilməsi və ondan istifadənin intensivliyi;

    • müəssisənin passivlərinin strukturunun optimallığı, onun maliyyə müstəqilliyi və maliyyə riskinin dərəcəsi;

    • müəssisənin aktivlərinin strukturunun optimallığı və istehsal riskinin dərəcəsi;

    • dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinin strukturunun optimallığı;

    • müəssisənin ödəmə qabiliyyəti və investisiya cəlbediciliyinin səviyyəsi;

    • təsərrüfat subyektinin müflisləşməsi riski;


inrB





    • müəssisənin maliyyə sabitliyi ehtiyatı (satışın zərərsizlik həcmi zonası).

Müəssisənin maliyyə vəziyyəti nisbi göstəricilər əsasında təhlil edilir. Çünki inflyasiya şəraitində balansın mütləq göstəricilərini müqayisə olunan səviyyəyə gətirmək çətindir. Təhlil zamanı nisbi göstəricilər aşağıdakı göstəricilərlə müqayisə olunur:

        • müflisləşmə ehtimalı riskinin dərəcəsinin və müflisləşmə ehtimalının proqnozunun qiymətləndirilməsi üçün ümumi qəbul edilmiş «normalarla»;

        • digər müəssisələrin oxşar göstəriciləri ilə (müəssisənin güclü və zəif tərəflərini və onun imkanlarını müəyyən etmək məqsədi ilə);

        • müəssisənin maliyyə vəziyyyətinin yaxşılaşması və ya pisləşməsi meylini öyrənmək üçün ötən illərin müvafiq göstəriciləri ilə;

Maliyyə vəziyyətinin təhlili ilə yalnız müəssisənin rəhbərliyi və müvafiq şöbələri deyil, eləcə də resursların səmərəli istifadə olunmasında marağı olan təsisçilər, investorlar, banklar (kreditləşdirmə şərtlərinin qiymətləndirilməsi və risk dərəcəsinin müəyyən edilməsi üçün), malg- öndərənlər (ödəmələri vaxtında almaq üçün), vergi orqanları (büdcəyə vəsaitlərin vaxtında köçürülməsinə nəzarət üçün) və i.a. məşğul olur. Buna müvafiq olaraq təhlil daxili xarici təhlil olmaqla iki yerə bölünür.

Müəssisənin müvafiq şöbələri tərəfindən aparılan daxili təhlilin məqsədi pul vəsaitlərinin planauyğun daxil olmasını və maksimum mənfəəti təmin etmək üçün xüsusi və borc vəsaitlərini düzgün yerləşdirmək və inflyasiya ehtimalını sıfra endirməkdən ibarətdir.

Nəşr edilən maliyyə hesabatları əsasında müxtəlif investorlar, müəssisəni material və maliyyə resursları ilə təmin edənlər və nəzarət orqanları tərəfindən aparılan xarici təbiilin əsas məqsədi maksimum mənfəət əldə edilməsi və itkilərin aradan qaldırılması üçün vəsait qoyuluşunun səmərəli istiqamətlərini müəyyənləşdirməkdir. Xarici təhlilin aşağıdakı xüsusiyyətləri vardır:



        • çoxsaylı təhlil subyektlərinin - müəssisənin fəaliyyəti haqqında informasiyalardan istifadə edənlərin mövcudluğu;

        • təhlilin subyektlərinin məqsədləri və maraqlarının müxtəlifliyi;

        • uçot və hesabatın nümunəvi metodikalarının, standartlarının mövcud olması;

        • təhlilin yalnız açıq nəşr olunmuş maliyyə hesabatlarına əsaslan



ması;

ITjrri



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə