Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə26/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   141

mrB


Müslümov S. Y., Kazımov R.N.


  1. Müəssisə vəsaitlərinin mövcud vəziyyətini, strukturunu və tərkibini dinamikada öyrənmək.

  2. Müəssisə vəsaitlərinin və onların yaranma mənbələrinin dəyişilməsinə təsir göstərən amilləri müəyyən etmək və bu amillərin təsir dərəcəsini hesablamaq.

  3. Xüsusi dövriyyə vəsaitindən istifadənin vəziyyətini və buna təsir göstərən amillərin təsir dərəcəsini qiymətləndirmək.

  4. istehsal ehtiyatlarının tələbata uyğunluğunu qiymətləndirmək.

  5. Borc vəsaitlərindən və bank kreditlərindən səmərəli və məqsədli təyinatına görə istifadə edilməsi vəziyyətini öyrənmək və qiymətləndirmək.

  6. Cari aktivlərin istehsal və tədavül sferasında mövcud vəziyyətini, strukturunu və dinamikasını öyrənmək.

  7. Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək.

  8. Müəssisənin ödəmə qabiliyyətini, ona təsir edən amilləri və onlarin təsir dərəcəsini qiymətləndirmək.

  9. Təhlilin nəticələrini ümumiləşdirmək və gələcəkdə maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər proqramı işləyib hazırlamaq.

Müəssisənin maliyyə vəziyyətinin təhlilində aşağıdakı informasiya mənbələrindən istifadə edilir:

  1. Mühasibat balansı;

  2. Mənfəət və zərər haqqında hesabat;

  3. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

  4. Kapitaldakı dəyişikliklər haqqında hesabat;

  5. Uçot siyasəti və izahlı qeydlər.

Bunlardan başqa debitor və kreditor borclarının inventarizasiya siyahılarından, hesabatlara əlavə olunan izahatlardan, müxtəlif normativ sənədlərdən, cari uçot məlumatlarından, mühasibat uçotu registrlərindən, auditor rəylərindən və digər informasiya mənbələrindən istifadə olunur.


    1. Mühasibat balansının iqtisadi oxunuşunun mahiyyəti

Mühasibat hesabatının təhlili - müəssisənin keçmiş və cari vəziyyətinin və fəaliyyətinin nəticələrinin qiymətləndirilməsini təmin

mra
edən prosesdir. Bu zaman əsas məqsəd gələcək fəaliyyət şəraitində müəssisənin maliyyə təsərrüfat fəaliyyətini qiymətləndirməkdir.

Məlum olduğu kimi, iqtisadi təhlil müəssisədək! iqtisadi proseslərin və iqtisadi münasibətlərin tədqiqi üçün istifadə olunur. İqtisadi münasibətlər təkrar istehsalın bütün mərhələlərində, təsərrüfatçılığm bütün səviyyələrində yaranır.

Cəmiyyətdə real istehsal münasibətlərini əks etdirən, obyektiv cizgilərə, özünəməxsus ictimai təyinata malik olan maliyyə iqtisadi kateqoriya kimi çıxış edir. Maliyyə vasitəsi ilə bölüşdürülən və yenidən bölüşdürülən dəyər maliyyə resurslarının hərəkəti ilə müşahidə olunur. Onlar təsərrüfat subyektlərində və dövlətdə müxtəlif növ pul gəlirləri şəklində formalaşır, istehsalın genişləndirilməsində, işçilərin maddi həvəsləndirilməsində, sosial ehtiyacların ödənilməsində və s. istifadə olunur. Müəssisənin təsərrüfat fəaliyyətinin maliyyə modelini nəzərdən keçirək (şəkil 2.1).

Bu model xüsusi və borc kapitalı hesabına yaranmış kapitalın formalaş- masını əks etdirir. Kapital həm əsas, həm də dövriyyə aktivlərinə, əgər artıq olarsa, xarici investisiyalara yönəldilə bilər. Dövriyyə kapitalına çevrilmiş hissə xammal, materialların alınmasına, onlardan hazır məhsul istehsal olunmasına və bu məhsulun satışına yönəldilməklə sonda yenə də pula çevrilir. Debitor «səddi» dövriyyəyə daxil olan pulun qayıtmasını ləngitdiyi kimi, malgöndərənlərə pulun axını da kreditorlar tərəfindən kəsilir. Alınmış materialların son məhsula çevrilməsi prosesində pul vəsaitləri əməyin ödənişinə, binanın icarəsinə, vergilərə, sığortaya, kommunal ödəmələrə və s. sərf olunur. Əsas aktivlərin bəzi hissələri amortizasiya formasında istifadə olunur.

Hazır məhsul və malların satışı birbaşa ödəmələr və ya kreditə satış yolu ilə həyata keçirilə bilər. Son halda debitorlar müəssisəyə pul vəsaitinin axınını ləngidir. Əgər müəssisə pul vəsaitini xarici layihələrə investisiya edibsə, onda vəsait qoyuluşundan faizlər dövriyyə kapitalı «sərhədindən» kənar, satışdankənar fəaliyyətdən gəlir formasında daxil olur. Pul dövriyyəsi istehsal prosesi iştirakçıları arasında münasibətlərin ifadəsidir. Maliyyə fəaliyyəti məhsul istehsalı və satışı, əsas və dövriyyə vəsaitlərinin təkrar istehsalı, gəlirlərin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərini özündə birləşdirir.

Maliyyə təhlilinin bu mərhələsində müəssisənin fəaliyyəti haqqında ilkin təsəvvür formalaşır, onun əmlakının və vəsait mənbələrinin tərkibində dəyişikliklər aşkar edilir, müxtəlif göstəricilər arasında qarşılıqlı



inrH

Miislünıov S. Y., Kazımov R.N.
Xorcbrin

mali>7oləşciirilməsi





İH3 - (Jövriyyo kapitalının dairosi


Şokil 2.1. Müo.ssisonin insorrüfai rnaliyyolinin maliyyo modeli.
əlaqələr müəyyən olunur. Balansın təhlilində əsas üsullardan biri müqayisə üsulu hesab olunduğundan müxtəlif dövrlərə aid göstəricilərin müqayisəsi zamanı maddələrin qiymətləndirilməsi prinsiplərinin və hesabatın tərtib edilməsi qaydalarının eyniliyinə əmin olmaq lazımdır. İnformasiyanın oxunması mərhələsində balansın aktiv və passivinin ayrı-ayrı maddələrinin nisbəti müəyyən edilir, ötən dövrlə müqayisədə hesabat dövründə balansın əsas maddələrinin dəyişməsi müəyyənləşdirilir, ötən dövrlə müqayisədə hesabat dövründə balansın əsas maddələrinin strukturunda baş vermiş kənarlaşma məbləği hesablanır.

Hazırda mühasib tərəfindən illik hesabat təqdim edilərkən hazırlanan və idarəetmə fəaliyyətində istifadə edilən məlumatlar 5 əsas maliyyə hesabatında əks olunur. Onlara mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapi- taldakı dəyişikliklər haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər aid edilir. Bu cür yanaşma beynəlxalq praktikada da qəbul edilmişdir.



ımı
Hazırlanan hesabat formalarının oxunmasını bacarmaqla xarici istifadəçilər (payçılar, kreditorlar, investorlar, banklar) həmin müəssisədən paylarını almaq, mjiəssisədə öz kapitalını yerləşdirməyin məqsədə- uyğunluğunu müəyyən etmək, öz kommersiya fəaliyyətinin inkişaf strategiyasını müəyyənləşdirmək barədə qərar qəbul edə bilərlər.

Müəssisənin idarə edilməsində əsas rol oynayan hesabat sənədlərində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi və müvafiq məlumatlara çevrilməsi prosesi müxtəlif üsullar və təhlil metodlarını tətbiq etməklə yerinə yetirilir. Bu da aydındır ki, istifadə edilən metodlar və aparılan təhlilin prosedurları və dərinliyi bir çox amillərdən asılıdır. Onlara təhlilçinin məqsədi, onun intellektual və digər bacarığı, texnika, vaxt, məlumat məhdudluğu və s. aiddir.

İllik mühasibat (maliyyə) hesabatı kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatın təsərrüfat fəaliyyətinin kompleks qiymətləndirilməsi üçün əsas informasiya mənbəyi hesab olunur. Bu sənədlər komplektinə mühasibat hesabatı və qanunvericiliklə müəyyən edilən digər normativ sənədlər daxildir.

Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin tam və keyfiyyətli təhlilinin aparılması üçün vacib şərtlərə-maliyyə hesabatını oxumaq bacarığı, xüsusilə onun tərkib hissəsi olan müəssisə balansının oxunuşu, hər bir balans maddəsinin iqtisadi məzmununun başa düşülməsi, onun qiymətləndirilməsinin üsulları, balansın digər maddələri ilə əlaqəsi, bu və ya digər maddədə məbləğlərin dəyişməsi və bunun müəssisənin fəaliyyətinə təsiri səviyyəsinin araşdırılması aiddir.

Balansın oxunuşu balans maddələrinin ayrı-ayrılıqda araşdırılması və bununla da kifayət qədər məlumatların toplanılmasına imkan verir. Balansın oxunuşu müəssisənin xüsusi dövriyyə vəsaitləri ilə təmin olunması səviyyəsini müəyyən etməyə və hansı maddənin dəyişməsi nəticəsində onun həcminin dəyişməsini, vəsaitlərin bölüşdürülməsini, onların öz təyinatı üzrə istifadə edilib-edilməməsini müəyyənləşdirməyə imkan verir. Müəssisə rəhbərləri, iqtisadi fəaliyyətlə məşğul olan digər mütəxəssislər balansın oxunuşunu bacarmalıdırlar.

Əgər təhlil ancaq balans üzrə aparılırsa, onda bu və ya digər suallar yalnız ümumi olaraq araşdırıla bilər. Öyrənilən məsələlərin miqyası digər hesabat formaları və cari mühasibat məlumatlarının araşdırılması ilə həyata keçirilə bilər.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə