Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə29/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   141
Müslümov S, Y., Kazımov R.N.
ziyyəti və maliyyə nəticələrini xarakterizə edən göstəricilər nəzərəçarpa- caq dərəcədə dəyişə bilər. Buna görə də təhlilçi təhlil aparılan müəssisədə uçot siyasətinin prinsiplərini bilməlidir.

Üçüncü mərhələ ekspres təhlilin əsas mərhələsi hesab olunur. Bu mərhələdə bir sıra analitik əmsalların hesablanması və dinamik sırasına nəzarət həyata keçirilir. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks xarakteristikasını verən məcmu göstəricilər zaman-məkan çərçivəsində istifadə edilə bilər. Ekspres təhlilin aparılması variantlarından biri aşağıda verilmişdir (cədvəl 2.1).

Elmi ədəbiyyatda iqtisadi potensial anlayışının müəyyən edilməsinə müxtəlif yanaşmalar məlumdur. Belə ki, sənaye müəssisənin müəyyən modelini əks etdirən mühasibat hesabatına əsaslanmaq olar. Bu halda iqtisadi potensialın iki tərəfini fərqləndirmək lazımdır: müəssisənin əmlak vəziyyəti və müəssisənin maliyyə vəziyyəti.

Əmlak vəziyyəti öz məqsədlərinə çatmaq üçün müəssisənin sərəncamında olan uzunmüddətli aktivlərin həcmi, tərkibi və vəziyyəti ilə xarakterizə olunur. O, vaxt ərzində müxtəlif amillər hesabına, ən əsası, başa çatmış dövrdə əldə edilmiş maliyyə nəticələrinə görə dəyişir. Müəssisənin əmlak vəziyyətinin dinamikada ətraflı xarakteristikası balansın aktivində, eləcə də əlavə hesabat formalarında əks etdirilir.

Müəssisənin maliyyə vəziyyəti balansın aktivinin və passivinin müəyyən maddələri, eləcə də “ Mənfəət və zərər haqqında hesabat “da əks etdirilmiş maliyyə nəticələri haqqında məlumatlardan istifadə edilməklə təhlil olunur. Müəssisənin maliyyə vəziyyəti həm qısa, həm də uzunmüddətli perspektiv mövqeyindən xarakterizə oluna bilər. Birinci halda söhbət balansın likvidliyindən və müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsindən, ikinci halda - onun maliyyə sabitliyindən gedir.

Müəssisənin iqtisadi potensialının hər iki tərəfi qarşılıqlı əlaqədədir: əmlakın qeyri səmərəli quruluşu, tərkibinin keyfiyyətinin aşağı olması maliyyə vəziyyətinin pisləşməsinə səbəb olur; istehsal ehtiyatlarında, debitor borclarında vəsaitlərin əsassız olaraq «yatıb qalması» cari ödəmələrin vaxtında həyata kcçirilməməsinə, borc vəsaitlərinin əsaslandırılmamış qaydada artımı isə kreditorlarla hesablaşmalar üçün əmlakın azalmasına səbəb olur.




mm
Balansın valyutasında xüsusi vəsaitlərin payının yüksək olması maliyyə vəziyyətinin müsbət xarakteristikasını əks etdirir. Lakin bu məsələdə də qəti kəmiyyət meyarları yoxdur.

Cədvəl 2.1




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə