Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə27/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   141
ITJİTI

Müslümov S. Y., Kazımov R.N.
Mühasiblər və peşəkar təhlilçilər sistemləşdirilmiş formada maliyyə təhlili ilə məşğul olurlar ki, bu da müəssisə üzrə idarəetmə qərarlarının qəbulu üçün təhlil proseduralarının həyata keçirilməsindən ibarətdir.

Çoxları belə hesab edirlər ki, balansın təhlili cansıxıcı işdir, balansın öyrənilməsi müəyyən çətinliklərlə bağlıdır. Əlbəttə, balansın analitik mahiyyətinin açıqlanması zamanı müəyyən çətinliklər meydana çıxsa da, onları həll etmək mümkündür.

Balansın oxunması müəssisənin maliyyə vəziyyətinin kompleks təhlilinin birinci mərhələsidir. Balansın oxunması prosesində müəssisənin fəaliyyəti haqqında ilkin təsəvvür yaranır. Bu mərhələdə göstəricilər arasında qarşılıqlı əlaqəni, vəsaitlərin tərkibində və onların mənbələrində dəyişiklikliyi müəyyən etmək üçün təhlilin sadə üsullarından (müqayisə, orta və nisbi kəmiyyət və s.) istifadə edilir.

Müəssisənin maliyyə vəziyyətinin təhlili metodikasının prosedur tərəfinin detallaşdırılması təhlilin məqsədindən, eləcə də informasiya, vaxt, metodiki, kadr və texniki xarakterli müxtəlif amillərdən asılıdır. Aparılan analitk işlərin məntiqi onun ikimodelli strukturunu nəzərdə tutur:



  • maliyyə vəziyyətinin ekspres təhlili;

  • maliyyə vəziyyətinin müfəssəl təhlili.

Ekspres təhlilin məqsədi maliyyə uğurlarının və müəssisənin inkişaf dinamikasının əyani və sadə qiymətləndirilməsinin təmin edilməsidir. Təhlil prosesində onlarla göstərici hesablamaq mümkündür. Təhlilçi ilk növbədə hansı göstəriciyə diqqət yetirəcəyini, onun şərhini bilməlidir. Bunun üçün o, birincisi, müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsində ümumi metodiki yanaşmaları bilməlidir; ikincisi, maliyyə hesabatının maddələrinin iqtisadi məzmununu və onların formalaşması prinsiplərini başa düşməlidir; üçüncüsü, analitik prosedurları vaxtaşırı aparmalıdır.

Analitik işin hər hansı bir növü kimi, mühasibat hesabatının ekspres təhlili metodikasının tətbiqi subyektiv xarakter daşıyır. Buna baxmayaraq, onun tətbiqinin bəzi ümumi prinsiplərini və aparılması ardıcıllığını göstərmək olar. Ekspres təhlil üç mərhələdə həyata keçirilir: hazırlıq mərhələsi; mühasibat hesabatının qabaqcadan xülasəsi; balansın və hesabata əlavələrin iqtisadi oxunuşu və təhlili (11, 23, 30, 33).

Birinci mərhələnin məqsədi balansın təhlil edilməsinin məqsədə* uyğunluğu haqqmdə qərar qəbul etmək və onun oxunmağa hazır olma


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə