Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə35/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   141
a-60-B
texnologiyası ilə sıx əlaqədə olan aktivlərin optimal tərkibi və strukturu, eləcə də onların idarə edilməsi strategiyasının düzgün seçilməsidir. Cari aktivlərin idarə edilməsi məharəti müəssisənin hesablarında cari operativ fəaliyyət üçün minimum zəruri məbləğdə likvid vəsaitlərin saxlanılması ilə səciyyələnir.

Maliyyə sabitliyinin daxili amillərindən biri də maliyyə resurslarının tərkibi və strukturu, onların idarə edilməsinin düzgün strategiyasının və taktikasının seçilməsidir. Müəssisənin xüsusi maliyyə resursları, xüsusilə mənfəəti nə qədər çox olarsa bir o qədər özünü sərbəst hiss edə bilər. Bu zaman yalnız mənfəətin ümumi məbləği deyil, onun bölüşdürülməsinin strukturu, xüsusilə də onun istehsalın inkişafına yönəldilən hissəsi mühüm əhəmiyyət kəsb edir.

Müəssisənin maliyyə sabitliyinə həmçinin borc kapitalı bazarından əlavə cəlb edilən vəsait də mühüm təsir göstərir. Əlbəttə, müəssisə dövriyyəyə nə qədər çox pul vəsaiti cəlb edərsə onun maliyyə imkanları da geniş olar. Lakin bu zaman maliyyə riski də (müəssisənin öz kreditorları ilə vaxtında hesablaşması imkanı) artır. Deməli, əlavə vəsait cəlb edilməsi qərarı düzgün əsaslandırılmalı və bu vəsaitdən səmərəli istifadə olunmalıdır. Burada təsərrüfat subyektinin ödəmə qabiliyyətinin maliyyə təminatçısı kimi çıxış edən ehtiyatlar mühüm rol oynayır.

Xarici amillərə təsərrüfatçılığm iqtisadi şəraitinin, mövcud texnika və texnologiyanın, ödəmə qabiliyyətli tələbin və istehlakçıların gəlirinin səviyyəsinin, hökumətin vergi-kredit siyasətinin, xarici iqtisadi əlaqələrin, cəmiyyətdə dəyərlər sisteminin təsiri aid edilir.

Beləliklə, müəssisənin maliyyə sabitliyinə təsir edən daxili amillərə aşağıdakıları aid etmək olar:


  • təsərrüfat subyektinin sahə mənsubluğu;

  • buraxılan məhsulun (görülən işin, göstərinlən xidmətin) strukturu və ümumi ödəməqabiliyyətli təklifdə onun xüsusi çəkisi;

  • ödənilmiş nizamnamə kapitalının həcmi;

  • pul gəlirləri ilə müqayisədə xərclərin həcmi, onların dinamikası;

  • əmlak və ehtiyat mənbələr daxil olmaqla maliyyə resursları, onların tərkibi və strukturu.

Yuxarıda sadalanan amillərin təsiri müəssisənin menecerinin səriştəsi və peşəkarlığı, onun daxili və xarici mühitin dəyişilməsini nəzərə almaq bacarığından çox asılıdır.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə