Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə33/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   141
Müslümov S. Y,, Kazımov R.N.
Müəssisənin normal fəaliyyət göstərməsi ilk növbədə onun maliyyə vəziyyətinin sabitliyi ilə xarakterizə olunur. Müəssisənin maliyyə sabitliyinə müxtəlif amillər təsir göstərir:

Amillərin belə növ müxtəlifliyi maliyyə sabitliyinin növlərini şərtləndirir. Belə ki, müəssisə səviyyəsində təsir edən amillərə görə sabitlik daxili və xarici, ümumi və maliyyə sabitliyinə ayrılır.

Daxili maliyyə sabitliyi dedikdə, müəssisənin fəaliyyətinin stabil yüksək nəticələrini təmin edən ümumi maliyyə sabitliyi başa düşülür. Həmin vəziyyətə nail olmaq üçün daxili və xarici amillərin təsirinin nəzərə alınması zəruridir. Müəssisənin xarici sabitliyi fəaliyyət göstərdiyi iqtisadi mühitin sabitliyi ilə şərtlənir.

Müəssisənin ümumi maliyyə sabitliyi dedikdə, onun vəsaitinin (gəlirinin) daxil olma sürətinin həmin vəsaitin istifadəsi (məsrəflərdən) sürətindən üstün artımını təmin edən pul axınının hərəkəti başa düşülür.

Maliyyə sabitliyi - stabil olaraq gəlirlərin xərclərdən yüksək olmasını, müəssisənin pul vəsaitlərinin sərbəst manevrliyini və fasiləsiz məh- sul(is,xidmət) istehsalı və satışı prosesində onlardan səmərəli istifadə olunmasını əks etdirir. Buna görə də müəssisənin maliyyə sabitliyi bütün istehsal-təsərrüfat fəaliyyəti prosesində formalaşır və müəssisənin ümumi sabitliyinin əsas komponenti hesab edilir.

Maliyyə vəziyyətinin sabitliyinin bu və ya digər dövr üçün təhlili həmin dövr ərzində müəssisədə maliyyə resurslarının nə dərəcədə səmərəli idarə olunmasını göstərir. Burada əsas şərt ondan ibarətdir ki, maliyyə resursları bazarın tələblərinə cavab versin və müəssisənin inkişafını təmin etsin. Belə ki, maliyyə vəziyyətinin qeyri sabitliyi müəssisənin ödəmə qabiliyyətinin aşağı düşməsinə və onun inkişafı üçün vəsaitin ça- tışmamasına səbəb olur. Beləliklə, maliyyə sabitliyinin mahiyyəti maliyyə resurslarının səmərəli formalaşması, bölüşdürülməsi və istifadə olunması ilə səciyyələnir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə