Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə34/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   141
Maliyvə təhlili
Müəssisənin sabitliyinin yüksək forması onun daxili və xarici mühitdə inkişaf etməsi bacarığı hesab edilir. Bunun üçün təsərrüfat subyektlərində maliyyə resurslarının çevik strukturu yaradılmalı və zəruri olduqda borc vəsaitindən istifadə olunmalıdır, daha doğrusu, müəssisə krediti ödəmək qabiliyyətinə (faizlər nəzərə alınmaqla) malik olmalıdır. Müəssisə o zaman kredit üzrə ödəmə qabiliyyətli hesab edilir ki, krediti almaq və mənfəət və ya digər maliyyə resursları hesabına faizləri ödəmək şərti ilə həmin kredit məbləğini vaxtında qaytarmaq üçün vəsaitə malik olsun.

Müəssisə mənfəət hesabına yalnız banklar, büdcə, sığorta şirkətləri və digər müəssisələr qarşısında öz öhdəliklərini ödəmir, eləcə də əsaslı vəsait qoyuluşlarını maliyyələşdirir. Maliyyə sabitliyini qoruyub saxlamaq üçün yalnız mənfəətin həcminin mütləq artımına nail olmaq kifayət deyildir, müəssisənin rentabelliyinin də yüksəldilməsi təmin edilməlidir.

Qeyd etmək lazımdır ki, yüksək rentabellik daha yüksək risklə bağlıdır. Bu, o deməkdir ki, müəssisə gəlir əldə etməklə yanaşı zərərə də düşə bilər. Buradan belə qənaətə gəlmək olar ki, maliyyə sabitliyi kompleks anlayışdır.

Beləliklə, müəssisənin maliyyə sabitliyi dedikdə, mənfəət və kapitalın artması hesabına riskin ehtimal olunan səviyyəsində, ödəmə qabiliyyətinin və krediti ödəmə bacarığının saxlanması şəraitində müəssisənin inkişafını təmin edən maliyyə resurslarının mövcudluğu, onların bölüşdürülməsi və istifadəsi başa düşülür.

Müəssisənin maliyyə sabitliyinə müxtəlif amillər təsir göstərir ki, onları aşağıdakı kimi təsnifləşdirmək olar:


  1. yaranma yerinə görə - xarici daxili,

  2. nəticənin vacibliyinə görə - əsas ikinci dərəcəli;

  3. quruluşuna görə - sadə mürəkkəb",

  4. təsir müddətinə görə - daimi dəyişkən.

Daxili amillər müəssisədə işlərin təşkili səviyyəsindən asılıdır. Onların daha mühüm olanlarını nəzərdən keçirək.

Müəssisənin sabitliyi ilk növbədə buraxılan məhsulun, yerinə yetirilən işin və göstərilən xidmətin tərkibi və strukturundan asılıdır. Bu asılılıq istehsal məsrəfləri ilə sıx əlaqədə, xüsusilə sabit və dəyişən xərclər arasındakı nisbət nəzərə alınmaqla öyrənilməlidir.

Müəssisənin maliyyə sabitliyinin digər mühüm amili istehsal olunan məhsulun (görülən işin, göstərinlən xidmətin) növləri və istehsalın



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə