Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə30/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   141
Mühasibat balansmm ekspres təhlili üzrə istifadə olunan analitik göstəricilər
Təhlilin istiqaməti Göstərici

I. Təsərrüfat subyektinin iqtisadi potensialının qiymətləndirilməsi

    1. Əmlak vəziyyətinin qiymətləndirilməsi




    1. Maliyyə vəziyyətinin qiymətlən-dirilməsi

  1. Əsas vəsaitlərin həcmi və aktivlərin ümumi dəyərində onların xüsusi çəkisi;

  2. Əsas vəsaitlərin köhnəlməsi əmsalı;

  3. Müəssisənin sərəncamında olan təsərrüfat vəsaitlərinin ümumi həcmi.

  1. Xüsusi vəsaitlərin həcmi və mənbələrin ümumi məbləğində onların xüsusi çəkisi;

  2. Cari likvidlik əmsalı;

  3. Xüsusi dövriyyə vəsaitlərinin onların ümumi məbləğində xüsusi çəkisi;

  4. Ehtiyatların örtülməsi əmsalı;

  5. Maliyyə riski əmsalı.

  1. Zərərlər;

    1. Hesabatda mövcudluğu

«zəif» maddələrin

  1. Vaxtında ödənilməmiş ssuda və borclar;

  2. Ödənmə vaxtı keçmiş debitor və kreditor borcları;

  3. Ödənmə vaxtı keçmiş verilmiş


II. Maliyyə-təsərrüfat fəaliyyəti

nəticələrinin qiymətləndirilməsi

2.1 .Gəlirliliyin qiymətləndirilməsi

  1. Mənfəət;

  2. Ümumi rentabellik;

  3. Əsas fəaliyyətin rentabelliyi.




    1. Dinamikliyin qiymətləndirilməsi




    1. İqtisadi potensialdan istifadənin səmərəliliyinin qiymətləndirilməsi

  1. Pul gəlirinin, mənfəətin və avans edilmiş kapitalın müqayisəli artım sürəti;

  2. Aktivlərin dövranı əmsalı;

  3. Əməliyyat və maliyyə həlqəsinin davamiyyəti;

  4. Debitor borclarının ödənilməsi əmsalı.

  1. Avans edilmiş kapitalın gəlirliliyi

  2. Xüsusi kapitalın gəlirliliyi

Likvidlik və ödəmə qabiliyyətinin qiymətləndirilməsi müəyyən dəqiqlik səviyyəsi ilə yerinə yetirilir. Belə ki, ödəmə qabiliyyətinin ekspres təhlili çərçivəsində nağd pulu xarakterizə edən maddələrə xüsusi diqqət verilməlidir. Aydındır ki, həmin maddələr nağd pul vəsaiti məcmusunu, daha doğrusu, mütləq qiymətə malik əmlakı əks etdirir. Həmin resurslar yüksək mobil vəsait olub istənilən anda maliyyə-təsərrüfat fəaliyyətinə cəlb edilə bilər. Maliyyə idarəetməsini həyata keçirənin məharəti onunla ifadə olunur ki, hesablarda minimal zəruri məbləğdə vəsait saxlamaqla qalan hissəni cari operativ fəaliyyətə, yəni yüksək likvidli aktivlərə yönəltmiş olsun.

Müəssisənin inkişaf perspektivi baxımından onun maliyyə vəziyyəti vəsait mənbələrinin strukturu, müəssisənin xarici investorlardan və kreditorlardan asılılığı dərəcəsi ilə xarakterizə olunur. Mühasibat hesabatında müəssisənin maliyyə vəziyyətinə mənfi təsir edən amilləri əks etdirən maddələr («zəif maddələr») mövcud ola bilər ki, balansın iqtisadi oxunuşu prosesində həmin maddələrə xüsusi diqqət verilməlidir.

Ekspres təhlilin aparılmasına digər yanaşmalar da mümkündür. Fərdi kom-pyuterlərin tətbiqi zamanı strukturuna görə çətin olmayan və göstəricilərinin miqdarı az olan, qarşılıqlı əlaqəli cədvəllərdən istifadə etmək məqsədəuyğundur. Bu halda hər bir cədvəl displeyin ekranına yerləşdirilir, onların ardıcıl olaraq nəzərdən keçirilməsi müəssisənin maliyyə vəziyyəti haqqında tam informasiya verir.

Təhlil prosesində tərtib olunan cədvəllərin aşağıdakı ardıcıllığı tövsiyə oluna bilər:





  • «Müəssisənin təsərrüfat vəsaitləri və onların quruluşu (təsərrüfat vəsaitlərinin həcmi - brutto, netto; torpaq, tikili və avadanlıqlar, qey- rimaddi aktivlər; dövriyyə vəsaitləri, xüsusi dövriyyə vəsaitləri və s.);

  • «Müəssisənin əsas vəsaitləri» (əsas vəsaitlərin, o cümlədən onun aktiv hissəsinin dəyəri - ilkin və qalıq dəyəri, köhnəlmə və yeniləşmə əmsalları);

  • «Müəssisənin dövriyyə vəsaitlərinin quruluşu və dinamikası» (balansın aktivinin II bölməsi üzrə maddələrin birləşmiş formada verilməsi);

  • «Təsərrüfat fəaliyyətinin əsas nəticələri» (satışın həcmi, ümumi gəlirin həcmi, mənfəətin həcmi, rentabellik səviyyəsi);

  • «Maliyyə resurslarından istifadənin səmərəliliyi» (bütün vəsaitlərin, o cümlədən xüsusi və cəlb edilmiş vəsaitlərin, avans edilmiş kapitalın rentabelliyi, xüsusi kapitalın rentabelliyi).

Mühasibat balansının və əlaqədar hesabatların ekspres təhlilinin əsas nəticələri məcmu göstəricilər kimi, qısa mətnli hesabat, analitik cədvəllər formasında rəsmiləşdirilə bilər. Rəhbərlik üçün məqbul hesab olunan variantlardan biri nəzarətedici göstəricilər sistemidir. Bu zaman iki cədvəl tərtib edilir ki, həmin cədvəllərin birində müəssisənin maliyyə- təsərrüfat potensialı göstəriciləri, digərində müəssisənin fəaliyyətinin nəticələrini əks etdirən göstəricilər verilir.

Birinci qrupa müəssisənin sərəncamında olan təsərrüfat vəsaitlərinin məbləği (əsas vəsaitlərin dəyəri, əsas vəsaitlərin yararlılıq əmsalı, dövriyyəyə cəlb edilmiş vəsaitin mövcudluğu - kreditor borcları, banka olan borclar); ikinci qrupa istehsal olunmuş məhsulun həcmi, mənfəət, xüsusi təyinatlı fondlar, dövriyyə vəsaitlərinin dövr etməsi fondverimi, material məsrəflərinin səviyyəsi, rentabellik səviyyəsi və s. göstəricilər daxil edilə bilər.

Mühasibat hesabatı məlumatları əsasında çoxsaylı göstəricilərin hesablanmasnda əlavə informasiyaya da ehtiyac duyulur. Əgər müəssisənin maliyyə vəziyyətinin ekspress təhlili çərçivəsində bəzi göstəricilər üzrə əlavə informasiyalardan istifadə imkanı yaranarsa, təhlilin və nəticələrin əsaslandırılmasının keyfiyyəti yaxşılaşacaqdır. Ekspres təhlil maliyyə nəticələrinin və maliyyə vəziyyətinin daha dərin və ətraflı təhlilinin zəruriliyi və ya məqsədəuyğunluğu haqqında nəticə çıxarmaqla sona çatır.

Maliyyə vəziyyətinin real qiymətləndirilməsi məqsədi ilə aşağıdakı əsas istiqamətlər təhlil prosesinə cəlb edilir:



ITVTI


  • Qısamüddətli perspektivə müəssisənin maliyyə vəziyyətinin təhlili. Bu zaman likvidlik, xüsusi dövriyyə vəsaiti ilə təmin olunma və ödəmə qabiliyyətinin bərpası (itirilməsi) əmsalları hesablanır. Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı hesablaşma hesabında, kassada olan pul vəsaitlərinin, zərərlərin, vaxtı ötmüş debitor və kreditor borclarının, vaxtında ödənilməmiş kredit və borcların mövcudluğuna xüsusi diqqət yetirilməlidir.

  • Uzunmüddətli perspektivə maliyyə vəziyyətinin təhlili. Bu halda vəsait mənbələrinin strukturu, müəssisənin kənar investorlardan və kreditorlardan maliyə asılılığı müəyyən olunur.

  • Müəssisənin işgüzar fəallığının təhlili. Bu zaman məhsul saitışı bazarlarının genişliyi, müəssisənin imici (onun xidmətindən istifadə edən müştərilərin məşhurluğu), biznes-planların yerinə yetirilməsi dərəcəsi, müəssisənin resurslarından istifadə səviyyəsi qiymətləndirilir.




    1. Mühasibat balansının valyutasının ümumi təhlili

Mühasibat balansı müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün indikator rolu oynayır. Balansın yekunu balansın valyutası adlanır.

Mühasibat balansının tərtib edilməsi ideyasının tarixi çox qədimdir. Belə ki, iqtisadi təhlil hələ XII əsrdə feodal Böyük Britaniyasında sadə uçot və auditin tərkib hissəsi kimi çıxış etmişdir. Mühasibat uçotunun tərkib elementi kimi sistemləşdirilmiş iqtisadi təhlilin banisi fransız Jak Savari (1622-1690) hesab edilir. Həmin dövrdə italyan A.di Piet- ro və B.Venturi bu sahəyə öz töhfələrini vermişlər (on il ərzində müəssisənin təsərrüfat fəaliyyəti göstəricilərinin dinamik sıralarını təhlil etmişlər).

J.Savarinin ideyalarını inkişaf etdirərək italyan mühasibi D.Çerboni (1827-1917) XIX əsrdə mühasibat hesablarının sintetik ye- kunlaşdırılması və analitik ayrılması haqqında təlim yaratmışdır. XIX əsrin sonu XX əsrin əvvəllərində uçotda orjinal istiqamət - balansşü- naslıq yarandı. O, əsasən üç istiqamətdə inkişaf edirdi: balansın iqtisadi təhlili, balansın hüquqi təhlili, istifadəçilər arasında balans haqqında biliklərin populyarlaşdırılması.

Birinci istiqamət l.Şer, P.Qerstner və F.Lyaytner tərəfindən inkişaf etdirilmişdir. Rusiyada hələ 1836-cı ildə səhmdar cəmiyyətlərin yaran
ması ilə əlaqədar mühasibat hesabatına ciddi münasibət formalaşmağa başlamışdır. Balansın tərtibinin ümumi qaydaları «Dövlət sənaye gəliri haqqında qaydanın tətbiq edilməsi barədə» təlimatda (11 may 1899-cu il) göstərilmişdir. Rusiyada balansın təhlili haqqında elmin inkişafı XX əsrdən başlamış və A.K.Roşaxovski (1910-cu il) onun mühasibat uçotu ilə qarşılıqlı əlaqəsini göstərmişdir. 20-ci illərdə balansşünashq, o cümlədən balansın iqtisadi təhlili A.P.Rudanovskinin, N.A.Bulatovun, İ.R.Nikolayevin və başqalarının əsərlərində geniş şərh olunmuşdur.

Hazırda müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi metodikası, təhlil prosesində ilkin olaraq mühasibat balansının qiymətləndirilməsi məşhur rus iqtisadçı alimləri S.K.Taturun, D.P.Andrianovun, M.F.Dyaçkovun, M.I.Bakanovun, A.D.Şeremetin, İ.N.Karakozun, V.V.Kovalyevin, V.V.Patrovun, belorus alimləri - N.A.Rusakm, Q.V.Savitskayanm, respublikamızın iqtisadçı-alimləri - H.İ.Namazəli- yevin, V.İ.İsayevin, F.M.Quluyevin, S.M.Səbzəliyevin, l.M.Mahmudo- vun, Q.Ə.Abbasovun və başqalarının əsərlərində müxtəlif istiqamətlərdə şərh edilmişdir.

Müəssisənin maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi üçün yığcam balans tərtib olunur. Həmin balansda eynicinsli maddələr qruplarda birləşdirilir. Bu zaman balans maddələrinin miqdarı ixtisar edilir ki, bu, balansın əyaniliyini artırır və digər müəssisələrin balansları ilə müqayisə etməyə imkan verir. Yığcam balans müxtəlif üsullar vasitəsi ilə tərtib edilə bilər, müxtəlif bölmələrin maddələrinin birləşdirilməsi mümkündür.

Müəssisənin maliyyə vəziyyəti vəsaitlərin (aktivlərin) yerləşdirilməsi və istifadəsi və onların yaranması mənbələri ilə (xüsusi kapital və öhdəliklər, daha doğrusu, passivlər) xarakterizə olunur. Bütün bu məlumatlar müəssisənin balansında öz əksini tapır.

Müəssisənin maliyyə vəziyyətini müəyyən edən amillərə birincisi, maliyyə planının yerinə yetirilməsi və tələbat yarandıqda mənfəət hesabına xüsusi dövriyyə kapitalının tamamlanması, ikincisi, dövriyyə vəsaitlərinin (aktivlərin) dövr sürəti daxildir. Müəssisənin ödəmə qabiliyyəti maliyyə vəziyyətini əks etdirən siqnal göstərici hesab olunur ki, o, bağlanmış müqavilələrə müvafiq olaraq öhdəlikləri vaxtında yerinə yetirmək, krediti qaytarmaq, işçi heyətinin əmək haqqını ödəmək, büdcəyə ödəmələri köçürmək qabiliyyətini xarakterizə edir. Maliyyə planının yerinə yetirilməsi əsasən istehsal və bütövlükdə təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olduğu üçün maliyyə vəziyyəti təsərrüfat


mrrz
amillərinin məcmusu ilə müəyyən edilir və daha ümumiləşdirilmiş göstərici hesab olunur. Deməli, maliyyə vəziyyətinin təhlili üçün mənfəət və zərər haqqında hesabatın məlumatlarından da istifadə olunmalıdır.

Müəssisənin maliyyə vəziyyətinin ilkin qiymətləndirilməsi balansın

«zəif» maddələrinin müəyyən edilməsinə əsasən aparıla bilər ki, onları şərti olaraq iki qrupa bölmək olar:


  • hesabat dövründə müəssisənin işinin qeyri qənaətbəxş olması və bunun nəticəsində maliyyə vəziyyətinin pis olmasını göstərən «ötən illərin örtülməyən zərərləri», «hesabat dövrünün zərərləri» maddələri üzrə məbləğlər;

  • analitik uçot və ya mühasibat hesabatına daxil olan balansa əlavənin məlumatları üzrə müəssisənin işində müəyyən çatışmazlıqları əks etdirən maddələrin mövcudluğu: «Bankların uzunmüddətli kreditləri, o cümlədən vaxtında qaytarılmamış bank kreditləri; «Uzunmüddətli borclar, o cümlədən vaxtında qaytarılmamış uzunmüddətli borclar»; «Qısamüddtli bank kreditləri, o cümlədən vaxtında qaytarılmamış kreditlər»; «Qısamüddətli borclar, o cümlədən vaxtında qaytarılmamış borclar»; «Qısamüddətli debitor borcları, o cümlədən ödənmə vaxtı keçmiş debitor borcları»; «Qısamüddətli kreditor borcları və ya ödənmə vaxtı ötmüş kreditor borcları»; «Verilmiş (alınmış) veksellər, o cümlədən ödənmə vaxtı ötmüş veksellər».

İcmal analitik balansın variantlarından biri 2.2 saylı cədvəldə verilmişdir.

Cədvəl 2.2.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə