Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə28/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   141
Malivvə təhlili
sına əminlik yaratmaqdır. Buraya balansın formal əlamətlər üzrə, vizual və sadə hesablama yolu ilə yoxlanması (mühasibat hesabatının komplekdiyinin, bütün rekvizitlərin düzgün və aydın doldurulmasının, zəruri əlavə forma və əlavələrin mövcudluğunun, balansın valyutasının yoxlanması və i.a.) aiddir. Bu mərhələnin əhəmiyyətini azaltmaq olmaz. Dürüst informasiyanı ək;s etdirməyən balans düzgün olmayan analitik qərarların qəbul edilməsinə səbəb olur. .

İkinci mərhələdə təhlilçi auditor rəyi və illik hesabatın əsas hissəsi ilə tanış olur, hesabat dövründə müəssisənin fəaliyyət şəraitini, əsas iqtisadi göstəricilərinin dəyişmə meylini, müəssisənin əmlak və maliyyə vəziyyətində baş vermiş keyfiyyət dəyişikliklərini qiymətləndirir.

Qeyd etmək lazımdır ki, auditor fəaliyyəti haqqında ölkə qanunvericiliyinə görə auditor rəylərinin müxtəlif növləri mövcuddur: şərtsiz müsbət, şərti müsbət, mənfi, mühasibat hesabatının düzgünlüyü haqqında fikir söyləməkdən imtina etməklə mənfi. Məhz əvvəlki iki növ rəy illik hesabatlarda əks etdirilir.

Şərtsiz müsbət (standart) auditor rəyi daha qısa formada müəssisənin əmlak və maliyyə vəziyyəti haqqında hesabatdakı məlumatların düzgünlüyü haqqında müsbət qiyməti əks etdirən sənəddir. Belə rəyin mövcudluğu şəraitində təhlilçinin rəyi auditorun fikri ilə eyni ola bilər və müəssisənin maliyyə sabitliyinin müəyyən edilməsi məqsədi ilə əlavə analitik prosedurları aparmaya bilər.

Şərti müsbət (qeyri standart) auditor rəyi, adətən, daha ətraflı olur, bir qayda olaraq, bəzi əlavə informasiyanı özündə əks etdirir ki, həmin informasiya hesabatdan istifadə edənlər üçün müəyyən maraq kəsb edə bilər. Qeyri standart auditor rəyində təqdim olunan hesabat və o, müəssisənin maliyyə vəziyyəti haqqında şərtsiz olaraq müsbət və ya müəyyən əlavələrlə müsbət qiymət öz əksini tapa bilər. Qeyristandart auditor rəyinin tərtib olunması müəyyən səbəblərdən irəli gəlir: digər auditor firmasının fikrindən istifadə; auditor yoxlaması aparılan müəssisədə uçot siyasətinin dəyişməsi; bəzi maliyyə və təşkilati xarakterli qeyrimüəyyənlik və sair səbəblər.

Müəssisənin maliyyə vəziyyətinin təhlili metodikasının mühüm elementi onun uçot siyasəti ilə tanışlıqdır. Mühasibat uçotu haqqında qanuna əsasən müəssisə hər il Özünün uçot siyasəti barədə qərar qəbul etməlidir. O, mühasibat uçotunun təşkili və onun vəziyyəti üçün məsul olan şəxsin əmri və ya sərəncamı ilə təsdiq olunur. Seçilmiş uçot siyasəti və ya ona edilmiş dəyişikliklər nəticəsində müəssisənin maliyyə və




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə