Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə25/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   141
Müəssisənin maliyyə vəziyyətinin təhlilinin vəzifələri

informasiya mənbələri

Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə bağlı meydana çıxan və dəyərlərin bölgüsünü ifadə edən münasibətlərin məcmusudur. Maliyyə ümummilli məhsulun və milli gəlirin bölgüsünü (yenidən bölgüsünü) əhatə edir. Maliyyə münasibəti imperativ səciyyəli olub dövlətlə bağlıdır. Başqa sözlə, maliyyə dövlətin müəyyənləşdirdiyi qaydalar çərçivəsində təşəkkül tapır.

Maliyyə münasibətləri pul xarakterli olub, ondan ayrı deyil. Bununla belə, onları fərqləndirmək lazımdır. Pul münasibətləri geniş anlayışdır.

iqtisadi proseslərin ahəngdarlığının, dövlətin öz funksiyalarının icrasında pula olan tələbatın təmin olunmasında maliyyənin rolu əvəzedilməzdir. Bazar mühitində iqtisadi fəaliyyətin bütün sahələrində iştirak edən maliyyə cəmiyyətin ehtiyaclarının ödənilməsinin dəyər əsasıdır. Maliyyə müəssisələr, müəssisə və yuxarı təşkilatlar, dövlət və müəssisələr, dövlət və vətəndaşlar, büdcə sisteminin həlqələri, müəssisə və siğortaçı, sigortaçı və vətəndaşlar və başqaları arasında meydana gələn pul münasibətlərini ifadə edir. Maliyyə münasibətləri həmişə maliyyə ehtiyatları ilə bağlıdır. Bu ehtiyatlar mənfəət, vergilər,


amortizasiya ayırmaları, sığorta vəsaitləri və digər gəlirlər hesabına yaradılır.

Müəssisələrin maliyyə vəziyyəti onların normal fıaliyyıt göstərməsi üçün lazımı maliyyə ehtiyatları ilə təmin olunması, həmin ehtiyatların məqsədəuyğun yerləşdirilməsi və onlardan istifadənin səmərəliliyi, digər fiziki və hüquqi şəxslərlə qarşılıqlı maliyyə münasibətləri, maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə xarakterizə olunur. Müəssisənin öz fəaliyyətini geniş miqyasda maliyyələşdirmək, öz öhdəliklərini vaxtında ödəmək qabili)^əti onun maliyyə vəziyyətinin yaxşı olmasını göstərir.

Bazar iqtisadiyyatı şəraitində işləyən müəssisələrin idarə olunmasında və onların maliyyə vəziyyətinin müəyyən edilməsində mühasibat (maliyyə) hesabatı göstəricilərinin böyük rolu vardır.

Mühasibat hesabatı hesabat dövrü ərzində müəssisənin təsərrüfat- maliyyə fəaliyyətini xarakterizə edən, müəyyən formada qruplaşdırılmış göstəricilər sistemini özündə birləşdirir. Bu göstəricilər sisteminə müəssisənin əmlak və maliyyə vəziyyətini, təsərrüfat fəaliyyətinin nəticəsini xarakterizə edən yekun göstəriciləri aid edilir. Həmin göstəricilər obyektiv və düzgün olmalıdır. Çünki bu göstəricilərin təhlili müəssisənin əmlak və maliyyə vəziyyətini dürüst müəyyənləşdirilməsinə şərait yaradır. Mühasibat hesabatı müəssisənin əsas və sair dövriyyədənkənar vəsaitlərinin dəyərini, müəssisənin xüsusi və borc vəsaitlərinin səviyyəsini müəyyən etməyə imkan verir.

Mühasibat hesabatlarının məlumatlanna əsasən ehtiyat və məsrəfləri formalaşdırmaq üçün vəsait mənbələrinin artıqlığı və ya çatışmazlığı müəyyən edilir. Bu zaman müəssisənin xüsusi vəsaitlə, kredit və digər borc vəsaitləri ilə təmin olunmasını müəyyənləşdirmək imkanı yaranır.

Mühasibat hesabatı müəssisənin kreditödəmə qabiliyyətli olmasını, başqa sözlə, onun götürdüyü öhdəliklər üzrə tam və vaxtında hesablaşma aparmaq imkanın mövcudluğunu müəyyən edir. Mühasibat hesabatı tez, ləng və çətin satılan aktivləri müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən, maliyyə hesabatının məlumatlarına əsasən müəssisənin daha təcili öhdəliklərini, qısamğddətli və uzunmüddətli kredit və borclarını müəyyən etmək olar. Bütün bunlar bazar şəraitində və rəqib şirkətlər əhatəsində işləyən müəssisələr üçün xüsusi əhəmiyyət kəsb edir.



Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlilinin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə