Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə32/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   141
Balansın şaquli təhlili (%-lə)


Göstərici

01.01.2009

01.07.2009

01.01.2010

manat

manat

Manat

A

1

2

3

Aktivlər










L Uzunmüddətli aktivlər










1.1 .Qeyri - maddi aktivlər

0,57

0,57

0,59

1.2.Torpaq, tikili və avadanlıqlar

43,63

48,07

54,95

1.3. Daşınmaz əmlaka investisiyalar



-

-

-

1.4.Təxirə salınmış vergi aktivləri

-

-

-


l.S.Sair uzunmüddətli aktivlər

0,03

-

-


Cəmi uzunmüddətli aktivlər

44,23

48,64

55,54

II. Qısamüddətli aktivlər










2.1. Ehtiyatlar

3,79

3,61

2,63

2.2. Qısamüddətli debitor borcları



43,11

36,92

27,58

2.3.Pul vəsaitləri

0,0035

0,02

0,04

2.4.Bitməmiş istehsal

0,91

2,98

6,30

2.5.Hazır məhsul

2,53

2,73

3,24

2.6.Yüklənmiş mallar

4,37

4,06

3,60

2.7.Sair dövriyyə aktivləri

1,05

1,04

1,07

Cəmi qısamüddətli aktivlər

55,77

51,36

44,46

Cəmi aktivlər

100

100

100

Kapital və öhdəliklər










III. Kapital










3.1. Ödənilmiş nominal (nizamnamə) kapital

0,01

0,01

0,01

3.2. Emissiya gəliri

-

-

-


3.3. Kapital ehtiyatları

59,00

64,42

69,94

3.4. Bölüşdürülməmiş mənfəət













Cəmi kapital

59,01

64,43

69,95

IV. Uzunmüddətli öhdəliklər










4.1. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər








4.2. Təxirə salınmış vergi öhdəlikləri

-

-

-

4.3. Sair uzunmüddətli öhdəliklər

-

-

-

Cəmi uzunmüddətli öhdəliklər

-

-

-


V. Qısamüddətli öhdəliklər










5.1. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər








5.2. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

-

-

-

5.3. Vergi və sair məcburi ödənişlər

üzrə öhdəliklər



-

-

-

5.3.Kreditor borcları

40,99

35,47

35,47

5.4.Sair qısa müddətli öhdəliklər

-


-

-


Cəmi qısamüddətli öhdəliklər

40,99

35,47

35,47

Cəmi kapital və öhdəliklər

100

100

100

  • cari aktivlərin müəyyən hissəsi malların istehlakçılarının və digər debitorlarm kreditləşdirilməsinə cəlb edilmişdir. Bu, dövriyyə vəsaitlərinin bir hissəsinin faktiki olaraq dövriyyədən kənarlaşdırıldıgmı göstərir;

  • istehsal bazasının genişləndirilməsi baş verir.

Üfüqi və şaquli təhlil bir-birini tamamlayır və onların əsasında müqayisəli analitik balans tərtib edilir.

XX əsrin 20-ci illərində balansşünaslığın yaradıcılarından biri olan N.A.Blatov müqayisəli analitik balansın köməkliyi ilə müəssisənin maliyyə vəziyyətinin strukturunun və dinamikasının tədqiqini təklif etmişdir. Müqayisəli analitik balans ilkin balansa sərmayələrin və hesabat dövrü üçün müəssisənin vəsait mənbələrinin strukturu, dinamikası və struktur-dinamikası göstəricilərinin əlavə edilməsi yolu ilə tərtib olunur. Müqayisəli analitik balansın mütləq göstəricilərinə dövrün əvvəlinə və sonuna ilkin hesabat balansının maddələrinin mütləq həcmi, balansın valyutasında xüsusi çəkisi, mütləq və nisbi ifadədə kənarlaşmalar.


dövrün əvvəlinə faiz ifadəsində dəyişmə (balans maddələrinin artım sürəti), balansın valyutasının dəyişməsinə nisbətən faizlə dəyişməsi, balansın valyutasının və hər bir maddənin artımının hər faizinin qiyməti (mütləq kənarlaşmanın həcminin dövrün əvvəlinə mütləq dəyişmə faizinə nisbəti) aid edilir.

Müqayisəli analitik balansın üstünlüyü onunla xarakterizə olunur ki, balansla tanışlıq zamanı hər bir təhlilçinin həyata keçirdiyi hesablamalar və köçürmələr vəhdət halına salınır və sistemləşdirilir. Müqayisəli balansın sxemi maliyyə vəziyyətinin statikliyini və dinamikasını səciyyələndirən çoxsaylı göstəriciləri əhatə edir. Müqayisəli balans faktiki olaraq üfüqi və şaquli təhlilin göstəricilərini özündə birləşdirir. Üfüqi təhlil müəyyən dövrə balansın müxtəlif maddələrinin mütləq və nisbi ifadədə dəyişməsini əks etdirir, şaquli təhlilin vəzifəsi nettonun xüsusi çəkisinin hesablanmasıdır.

Müqayisəli balansın bütün göstəricilərini üç qrupa bölmək olar:


  • balansın struktur göstəriciləri;

  • balansın dinamikası göstəriciləri;

  • balansın struktur-dinamikası göstəriciləri.

Maliyyə vəziyyətinin dəyişməsinin ümumi mənzərəsini yaratmaq üçün balansın struktur dinamikası göstəriciləri mühüm əhəmiyyət kəsb edir. Balansın aktiv və passivində dəyişikliyin strukturunu müqayisə etməklə yeni vəsait axınının əsasən hansı mənbələrdən daxil olması və həmin yeni vəsaitlərin əsasən hansı aktivlərə yönəldilməsi haqda fikir söyləmək olar.

Artım əsasən borc mənbələri hesabına baş vermişdirsə, sonrakı dövrlərdə həmin mənbələr ən azı əvvəlki həcmdə olmaya bilər. Bu halda əmlakın mobilliyinin (çevikliyinin) yüksəlməsi qeyri-stabil xarakter daşıyır. Artımın əsas mənbəyi müəssisənin xüsusi vəsaitidirsə, deməli, əmlakın yüksək çevikliyi təsadüfi deyildir və müəssisənin daimi maliyyə göstəricisi kimi nəzərdən keçirilməlidir.

Özü-özlüyündə əmlakın strukturu və hətta onun dinamikası həmin müəssisəyə vəsait qoyuluşunun investor üçün nə dərəcədə səmərəli olacaq sualına cavab vermir, yalnız aktivlərin vəziyyətini və borcların ödənilməsi üçün vəsaitlərin mövcudluğunu qiymətləndirir.

Müqayisəli analitik balansda balansın aktiv və passivinin yalnız əsas bölmələrinin verilməsi məqsədəuyğundur. Müqayisəli analitik balans mühasibat hesabatı formalarının həm quruluşunu, həm də onun ayrı-ayrı göstəricilərinin dinamikasını səciyyələndirir.

56'12

Müslümov S. K , Kazımov R.N.
Yoxlama suallan:


    1. Müəssisənin maliyyəsi nədir?

    2. Maliyyə vəziyyətinin mahiyyəti nədir?

    3. Müəssisənin maliyyə vəziyyətinin təhlilinin əsas vəzifələri hansılardır?

    4. Müəssisənin maliyyə vəziyyətinin təhlilinin informasiya mənbələri hansılardır?

    5. Mühasibat balansının iqtisadi oxunuşunun mahiyyəti nədir?

    6. Mühasibat balansının valyutasının ümumi qiymətləndirilməsi metodikası necədir?

    7. Mühasibat balansının üfıqi təhlilinin mahiyyəti nədir?

    8. Mühasibat balansının şaquli təhlilinin mahiyyəti nədir?




  1. FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ SABİTLİYİNİN TƏHLİLİ

    1. Maliyyə sabitliyi anlayışı onun əhəmiyyəti

Maliyyə sabitliyi maliyyə resurslarının elə bir vəziyyətidir ki, müəssisə pul vəsaitlərindən sərbəst surətdə, bacarıqla və səmərəli istifadə etməklə məhsul (iş. xidmət) istehsalı və satışı prosesinin fasiləsizliyini, həmçinin minimum və ya sabit məsrəflərlə istehsalın genişləndirilməsini təmin edir.

Bazar şəraitində müəssisənin maliyyə sabitliyinin sərhədlərinin müəyyən edilməsi ən mühüm iqtisadi problemlərdən biri sayılır. Çünki tam olmayan maliyyə sabitliyi müəssisədə istehsalın inkişaf etdirilməsi üçün vəsaitin çatışmazlığına, ödəmə qabiliyyətinin itirilməsinə, son nəticədə, müəssisənin iflasa uğramasına səbəb ola bilər, ’’Artıq “ maliyyə sabitliyi isə müəssisənin inkişafına mane olur və lüzumsuz ehtiyatların yaradılmasına, artıq məsrəflərə səbəb olur. Buna görə də müəssisənin maliyyə sabitliyini qiymətləndirmək üçün onun maliyyə vəziyyətini təhlil etmək lazımdır. Maliyyə vəziyyəti maliyyə resurslarının mövcudluğunu, onların düzgün yerləşdirilməsi və istifadəsini əks etdirən göstəricilərin məcmusunu ifadə edir.

Maliyyə vəziyyətinin təhlilinin aktuallığı yalnız müəssisənin maliyyə vəziyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə deyil, eyni zamanda bu vəziyyətin yaxşılaşdırılması üçün fasiləsiz idarəetmə işlərinin aparılmasının zəruriliyi ilə səciyyələnir.

Müəssisənin maliyyə vəziyyəti - müəssisədən kənar mühitdə onun iqtisadi fəaliyyətinin mühüm xarakteristikasıdır. O, müəssisənin rəqabət qabiliyyətini, işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, habelə tərəfdaşların iqtisadi maraqlarının nə dərəcədə zəmanətli olmasını qiymətləndirir. Buna görə də idarəetmədə müəssisənin maliyyə vəziyyətini xarakterizə edən göstəricilər sistemindən istifadə edənlərin sayı artır. Deməli, müəssisənin maliyyə vəziyyətinin öyrənilməsi yalnız təsərrüfat subyektlərinin rəhbərliyi, idarəetmə funksiyalarını icra edənlər, menecerlər üçün deyil, eyni zamanda onun fəaliyyətinin nəticələrində marağı olan kənar istifadəçilər üçün də aktualdır.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə