Roman, povestlər



Yüklə 3 Mb.
səhifə32/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   28   29   30   31   32   33   34   35   ...   158

 110 

Nərgiz: istəmirəm. 

Sürəyya: əşi, istəmirsən istəmə. Hamısı özünü naza qoyub. 

Bəsdir Nemət. Saxla görək necə yazıb. 

Nemət: Nərgiz, sən yenə  mənim ruçkamı götürmüsən? 

Deməmişdim sənə ona əl dəymə? Bir də  mən görsəm ki, o 

ruçkanı götürmüsən, özündən küs. 

Nemət düyməni basdı. Lentin hərlənməsini saxladı: 

—Görək necə yazıb, — deyə ikinci düyməni basdı. Lenti 

geri hərlətdi. 

—İndi qulaq asaq, — dedi və üçüncü düyməni basdı. 

Səslər gəldi: 

Nemət: hə, bir şey deyin. 

Sürəyya: yazır? 

Karmenlə Cilda qışqırışdılar. 

—Maxanın səsidir.  

Nemət: hə, bir şey deyin də.  

Sürəyya: nə deyim?  

Sürəyya: 

—Mənim səsimdir? — dedi, — heç oxşamır.  

Nemət: nə bilim, bir şey deyin də. 

Sürəyya: aha... demək, mən istə... yox, demək mən demək, 

yaxşı çıxmadı, dayan... 

Hamısı gülüşdü: 

Karmen: 

—Demək, mən demək istə, — deyə anasının səsini 

yamsıladı.  

Sürəyya: 

—Əşi, qoyun qulaq asaq da, — dedi. Maqnitofondan səsi 

gəldi: 


—Bu gün ayın 5-dir. İyunun. 65-ci il. Demək, sən almısan 

maqnitofon. Nemət: 

—Lap tatar kimi danışırsan, — dedi. "Demək, sən almısan 

maqnitofon". 

Maqnitofondan Bikə xalanın səsi gəldi: 



 111 

—Necə vermisən buna? 

Nərgiz: 

—Nənə, sənsən, ay nənə, — deyə cır səslə çağırdı.  

Karmen: 

—A çuvixa ne mojet, — dedi — obəzatelğno doljna 

spravitsa o üene. 

Yenə gülüşdülər. 

Bikə xala: 

—Murtuzgil də səsimi yazmışdı, — dedi, — lap öz səsimə 

oxşayırdı. Amma burda heç oxşamır. 

Maqnitofondan yenə Bikə xalanın səsi gəldi: 

—Alyagildə də bundan var. Amma bundan böyük olar. 

Alya Bikənin böyük qızı, Sürəyyanın böyük bacısı idi. 

Bikə: Murtuz Moskvadan gətirib. 

Karmen: 


—Vot eto maq, ə ponimaö, — dedi. 

Bikə: deyir 4000 manata almışam. Köhnə pulnan. 

Nemətin səsi gəldi: 

—Karmen, Cilda, Nərgiz, gəlin siz də bir şey deyin. 

Maqnitofondan addım səsləri eşidildi. Sonra Karmenin səsi 

gəldi: 


—Nu çto? 

Karmen təəccüblə: 

—Mənəm, — dedi.  

Cilda: 


—Yox, bəs mənəm, — dedi, — koneçno tı. 

Karmen: xoxme e... çto skazatğ? 

Sürəyya: 

—Xoxma-moxma. Bunların danışığına bax, — dedi. 

Maqnitofondan səsi gəldi: 

—Əşi bir şey deyin də... Atanız təzə maqnitofon alıb gətirib. 

Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil... 

Nemət: 


—Qızım, dedi, vallah, mənə dedilər ki, bu pis marka deyil.  


 112 

Cilda: ne qovori. 

Maqnitofonda gülüş  səsi eşidildi. Sonra Sürəyyanın səsi 

gəldi: 


—Kəs səsini, axmağın qızı...  

Karmen: 


—Doğma qızınla gör necə danışırsan, — dedi. — İ uçti, gto 

uje zapisano. Daha sözüvü obratno götürüb dana bilməzsən. 

Dokazatelğstvo na liüo. 

Maqnitofondan səsi gəldi: 

—O, maxani polnostö podderjivaet paxana.  

Cilda: 


—Ne qovori, — dedi və  həmin andaca onun səsi 

maqnitofonda təkrar edildi:  

—Ne qovori... 

Bikə xala:  

—Alyagilinki bundan böyük olar. — deyə sözə başladı, 

amma elə bu an öz səsini eşidib susdu: 

—Bundan azı iki dəfə böyük olar. 

Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika.  

Sürəyya: 

—Bay, biabırçılıq, — dedi. — Murzik nədir, az, eşidər, 

inciyər. Biabır olarıq. 

Karmen: 


—Nə var ki, — dedi, tyotya Alya ona həmişə Murzik deyir. 

Bikə xala: 

—Alya arvadıdır, — dedi, — o başqa, sən başqa. 

Maqnitofondan Nərgizin səsi gəldi: 

—İstəmirəm. 

Sürəyya: əşi, istəmirsən, istəmə. Hamısı özünü naza qoyub. 

Bəsdir. Nemət, saxla görək necə yazıb. 

Nemət: Nərgiz, sən yenə  mənim ruçkamı götürmüsən. 

Deməmişəm sənə ona əl dəymə? Bir də mən görsəm ki... 

Birdən-birə sükut başlandı. Lent səssiz-səmirsiz hərlənirdi. 

Yazı burda qurtardı. Nemət düyməni basdı: 



 113 

—Vəssalam, — dedi. 

Sürəyya. 

—Əntiqədir, — dedi, — nə cür danışmışıq, hamısı düşüb. 

Karmen: 

—A çto tı dumala. — dedi, — sən bir şey danışacaqsan, 

orda başqa şey düşəcək? 

Gülüşdülər.  

Sürəyya: 

—Allah haqqı, lap möcüzədir, — dedi.    

Karmen: 

—V kakom veke vı jivete, lödi? — dedi, — camaatçün 

maqnitofon proydennıy etap. A bunlar indi ayılıblar. Potrəsenı 

çudom texniki. 

Cilda: 

—Ne qovori, — dedi, — xoxma e... 



Nemət: 

—Balam, özünüz maqnitofon  istəmişdiniz, — dedi, — 

Başımı keçəl eləmişdiniz. Mən də alıb gətirmişəm də.  

Sürəyya: 

—Lap yaxşıdır, — dedi. — sən bu sırtıqlara fikir vermə

qələt eləyirlər. 

Bikə xala məzəmmətlə: 

—Heç nəyi bəyənmirlər, — dedi. — Alyanın uşaqları da 

belədir.  

Sürəyya: 

—Amma doğrudan qiyamət şeydir, — dedi. — Mən heç öz 

səsimi tanımazdım. Elə bil özgə adamdır. 

Nemət: 

—Heç kəs öz səsini tanımır, — dedi. — Çünki elə belə 



həyatda biz səsimizi olduğu kimi eşitmirik. 

Sürəyya: 

—Sən mənim canım, qoy bir də qulaq asaq, — dedi. 

Karmen: 


—Nu uje prostite, — dedi. — Gto nspıtanie vışe moix sil. 


 114 

O da, Cilda da o biri otağa keçdilər. Nərgiz də onların 

dalınca qaçdı. Nemət düyməni basdı. Dinləməyə başladılar. İlk 

sözlər, cümlələr ötdü. 

—Demək, mən istə... 

Elə həmin andaca maqnitofondan Sürəyyanın səsi eşidildi: 

—Demək, mən istə... 

O biri otaqdan Karmen qışqırdı: 

—Demək, mən istə... 

Nemət başını buladı: 

O biri otaqdan Karmenin səsi gəldi: 

—Seyças çuvixa naçnet rasxvalivatğ maqnitofon Murzika. 

Dərhal maqnitofondan Bikə xalanın səsi eşidildi: 

—Alyagildə də bundan var. Amma bundan böyük olar. 

O biri otaqda qəhqəhə vazları cingiltiylə sınıb dağıldı. 

Axıra qədər qulaq asdılar. Qızlar o biri otaqdan replikalar 

atır və maqnitofon onların sözlərini tutuquşu kimi təkrar edirdi: 

artıq onlar yazını əzbər bilirdilər. 

Əslinə qalsa, Nemət də hansı sözdən sonra hansı sözün, 

kimin səsindən sonra kimin səsini eşidəcəyini bilirdi. Dil 

yanıltmacları, danışıq büdrəmələri, nəfəslər, öskürəklər, 

gülüşlər, hamısı cağbacağ öz yerində sabit və dəyişilməz donub 

qalmışdı. 

Maqnitofondan Nemətin səsi eşidildi: 

—Bir də mən görsəm ki... 

Sonra lentlərin sükutu hərlənməyə başladı. 

Nərgiz o biri otaqdan qaçıb gəldi. Qaçanda iki nazik hörüyü 

siçan quyruğu kimi çiynində atılıb-düşürdü. 

—Ata, — dedi. — Bir də görsən nə edərsən? 

Nemət: 


—Ay  şeytan, — dedi. — Bir az tez saxlamışam, sözüm 

yarımçıq qalıb. Amma bax deyirəm: bir də  mənim ruçkamı 

götürsən, atanı yandıracağam. 

Nərgiz dinməzcə  mətbəxə getdi. Kibrit gətirib atasına 

uzatdı. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə