Roman, povestlər



Yüklə 3 Mb.
səhifə31/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   27   28   29   30   31   32   33   34   ...   158

 106 

Milis 02  

Təcili yardım 03  

yazmışdı. 

Səfdər dayı öz-özünə gülümsünüb dəstəyi qaldırdı. 

Sıfırı çəkdi, əlini birə uzatdı, birdən ağlına gəldi ki, yanğın 

idarəsiylə zarafat eləmək olmaz. Adamın atasını yandırarlar. 

Hər halda telefonu lap yəqin kəsdirərlər. 

İstəmirdi ki, telefonunu kəssinlər. Dinməsə  də qoy bir 

qıraqda durub qalsın. Necə olsa bir həyandır. 

02 ilə də zarafat etmək olmazdı. 03-nən də həmçinin. 

Bəs 04? Görəsən 04 telefon varmı? Görəsən haradır? Bəlkə 

bu nömrəni yığıb elə-belə danışmaq olar? Səni sorğu-suala 

tutmadan iki-üç kəlmə xoş söz deyərlər, hal-əhval tutarlar, 

kefini soruşarlar, ürək-dirək verərlər? 

Səfdər dayı 04 yığdı. Telefondan heç bir səs çıxmadı. Nə 

uzun siqnallar, nə  də  qısa! Heç bir səs gəlmədi. Sanki bu

mövcud olmayan bir ərazi idi. 

05-i çəkdi. Yenə səs çıxmadı. 

06 da hay vermədi. 

07-də tez-tez qısa siqnallar eşidildi. Məşğul idi. 

08 də məşğul idi. 

Səfdər dayı son nömrəni — 09-u çəkdi və  dəstəkdə  dərhal 

səs eşidib özünü itirdi, karıxıb: 

—Salaməleyküm, Səfdərdir, — dedi. 

Quru bir səs eşidildi: 

—Kim? Familini aydın deyin. 

—Famili?.. Atayev. Atayev Səfdər. 

—Ünvan? 

—Mirzə Fətəli, 45. 

—Gözləyin. 

Məsələ  Səfdərə sonra çatdı. Başa düşdü ki, məlumat 

bürosuna zəng eləyib, arvad da elə bilib bu telefon nömrəsini 

istəyir. 

Onu gülmək tutdu, amma dəstəyi asmadı. Dəstəkdən səs 



 107 

gəldi: 


—4-15-20. Səfdər: 

—Lap düzdür, — dedi, — üç şahı, bir abbası. 

Ancaq qız onun sözlərini eşitmədi. Dəstəyi qoymuşdu. 

Səfdər dayı da dəstəyi qoydu. Pıqqıldayıb güldü. 

Birdən fikirləşdi ki, görəsən adam öz telefonuyla öz 

nömrəsinə zəng eləsə nə olar? 

Görək. Dəstəyi götürüb nömrəni çəkdi. 4, 1, 5, 2, 0... Aha. 

Tələsik, aramsız, kəsik siqnallar eşidilməyə başladı. 

—Du, du, du, du, du, du, du... 

Səfdər dayı: 

—Məşğuldur, danışır,— dedi. Güldü, sonra nədənsə bir az 

tutulan kimi oldu. 

Dinləməyə başladı. Bir xeyli qulaq asdı. 

Dəstəkdən zahlətökən bir ardıcıllıqla səslər eşidilirdi: du, 

du, du, du, du... 

Elə bil payız günü evin damır... 

 

 

NƏRMİNƏNİN ATASI SƏFDƏRƏ 



VƏ ANASI MİNAYA MƏKTUBU 

 

Mənim əzizlərim! Ana və ata! Uzaq Qvineya diyarından sizə 



çoxlu-çoxlu salam göndərirəm. Sizinçün burnumun ucu 

göynəyir.  Əvvəlcə sizə bir şad xəbər vermək istəyirəm: hər 

ikiniz baba və  nənə olmusunuz. Özüm qəsdən bu barədə sizə 

heç nə yazmırdım ki, anam nigaran qalmasın. Bilirəm axı, 

yaman vasvasıdır.  İndi hər  şey yaxşı qurtarıb və on gün 

bundan qabaq balaca bir oğlan nəvəniz dünyaya gəlib. Hüsü 

deyir ki, atama oxşayır, ancaq burnu lap səninkidir, ay ana. 

Adını  hələ qoymamışıq. Ay ata, mən istəyirəm sənin adını 

qoyaq; ancaq Hüsü deyir ki, iraq-iraq, sağ olan adamın adını 

qoymazlar. Dedim, sizlərdə qoymurlar, amma bizlərdə 

qoyurlar. Dedim bizlərdə belə qayda var ki, birinci uşağa 


 108 

babasının adını qoyurlar. Heç özüm də bilmirəm belə qayda 

var, ya yox, ancaq hər halda Hüsünün başını tovlamaq üçün 

belə dedim. Çünki çox istəyirdim sənin adını qoyam, ay ata. 

Uşağın adını çağıranda elə bilərəm siz də yanımdasınız bu 

qərib yerdə. Qız olsaydı  sənin adını qoyacaqdım, ay ana. Ay 

ana, qurbanın olum, səndən yaman nigaranam. Hər gecə səni 

yuxuda görürəm. Elə qatmaqarışıq yuxular görürəm ki, heç 

olmasa mənə bir əlcə kağız yazaydın. Atama bax, gözünə su 

ver, hər ay müntəzəm mənə  məktub yazır. Bizim əhvalımızı 

xəbər alsanız, güzəranımız pis keçmir. Hüsünün burda yaman 

hörməti var. Burda həkimlərə çox ehtiyac var. Elə xəstələr, elə 

xəstəliklər var ki, allah göstərməsin. Camaat çox mehribandır. 

Amma çox kasıbdırlar yazıqlar. 

Hə, balaca Səfdər oyandı, başladı bağırmağa. Yəqin acıb, 

köpəkoğlu yaman qarınquludur. 

Öpürəm sizi bərk-bərk: 

R. S. Hüsü sizə çoxlu salam göndərir. 

 

Qızınız Nərminə 

 

 

BİR DƏ MƏN GÖRSƏM Kİ… 



Yazılana pozu yoxdur(?) 

 

Nemət düyməni basdı: 



—Hə, bir şey deyin. 

Sürəyya: yazır? 

Nemət: Hə. Bir şey deyin. 

Sürəyya: nə deyək? 

Nemət: nə bilim, bir şey deyin də. 

Sürəyya: aha... Demək, mən demək istə... Yox, demək mən 

demək, yaxşı  çıxmadı. Dayan... hə... Deməli...ıhı,  ıhı, 

(öskürür). Deməli, mən demək istəyirəm ki... Bu gün ayın 5-

dir. İyunun. 65-ci il... Demək, sən almısan maqnitofon. 



 109 

Bikə: neçə vermisən buna? 

Nemət: yüz doxsan manat. Bikə xala, yaxın gəl. Sən də bir 

şey de bax bura, maqnitofona. 

Bikə: Alyagildə də bundan var. Amma bundan böyük olar. 

Murtuz Moskvadan gətirib. Deyir 4000 manata almışam. 

Köhnə pulnan. 

Nemət: Karmen, Cilda, Nərgiz! Gəlin, siz də bir şey deyin. 

(Addımlar). 

Karmen: nu çto? 

Nemət: qızım, gəl bura. Cilda, sən də yaxın dur. Bax bura 

de. 


Karmen: əşi, nə deyim e... 

Nemət: bir şey deyin də... 

Karmen: xoxma e... çto skazatğ? 

Sürəyya: əşi, bir şey deyin də. Atanız təzə maqnitofon alıb 

gətirib. 

Karmen: çuvak poşel samıy zadrıpannıy maqnik kupil i 

teper seans ustraivaet. 

Cilda: ne qovari. 

Gülüşdülər. 

Sürəyya: kəs səsini, axmağın qızı. Zadrıpannıy! Lap 

yaxşıdır. 

Karmen: o, maxani polnostö podderjivaet paxana. 

Troqatelğnoe edinoduşie starşeqo pokoleniə. 

Cilda: ne qovori. 

Bikə: Murtuzgil pəncərənin qabağına qoyublar. Bundan azı 

iki dəfə böyük olar. 

Karmen: çuvixa v vostorqe ot maqnitofona Murzika, nikak 

ne uspokoitsə. 

Nemət: Nərgiz, qızım, quzum, gəl sən bura. 

Nərgiz: mən gəldim. 

Sürəyya: qızım, o şeri denən. Əzbər deyirdin ha...   

Bikə: Murtuz deyir dörd min manat vermişəm. Köhnə 

pulnan. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə