Roman, povestlər



Yüklə 3 Mb.
səhifə30/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   26   27   28   29   30   31   32   33   ...   158

 102 

oxşayır, o iri başlı kişi 9-a, hamilə arvad 6-ya oxşayır. Uzun 

dimdikli papaq qoymuş  oğlan 7-yə  bənzəyir. O tərəfdən iki 

arıq, kəkilli oğlan gəlir — 11. Başqa bir arıq oğlan yumru-

matan bir arvadla yanaşı addımlayır — 10. 

Səfdər dayı öz-özünə güldü: "Yox, deyəsən bu gün mənim 

lap yəqin başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, 

gedim evə". 

Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib pəncərənin 

pərdəsini araladı. Çayniki suyla doldurub odun üstünə qoydu. 

Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı. 

 

5 iyun. 1965. Şənbə: 



Günün çıxması saat 3.15 dəqiqə,  

batması 21.07 dəqiqə 

 

"Pah atonnan! — dedi, — zalım uşağı, günü də  cədvələ 



salıblar. Batıb-çıxmasını hesablayıblar. Hər  şeyi, hər  şeyi 

inventara salıblar, günü, ayı, göydə neçə ulduz var, hamısını. O 

gün biri danışırdı, deyir, siçanları, taxtabitiləri, birələri də 

hesablayıblar. Hansı  şəhərdə neçə siçan, neçə taxtabiti, neçə 

birə var. Hamısını hesablayıb, inventara salıblar. Pah atonnan, 

a kişilər..." 

Səfdər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir 

səs eşitdi — zəng səsi. 

Evində telefonu vardı, amma lazımsız qutu kimi bir qıraqda 

atılıb qalmışdı. Yuxuya getmiş  tənbəl, qara pişik kimi səssiz-

səmirsiz, kirimişcə xumarlanırdı. İndi isə zəngi zəngə calayırdı. 

Kim ola? 

Dəstəyi götürdü. 

—Allo! 


—Aydını çağırın, pojaluysta! 

—Hara zəng eləyirsən, qızım?  

—Ağayevgilin evi deyil? 

—Xeyir, bala, Atayevin evidir. 




 103 

—Oh, bağışlayın. 

Asdı. Du, du, du, du, du... 

Səfdər də telefonun çəngəlini basdı. Amma dəstək  əlində 

qaldı. Nədənsə onda qəribə bir həvəs oyanmışdı. Kimləsə 

telefonla danışmaq istəyirdi. Elə bil ancaq indi ağlına gəlmişdi 

ki, telefonu var və bu telefonla danışmaq olar. Kimə  zəng 

eləyim görəsən? 

Dəstəyi yerinə qoydu. Telefonun altındakı masanın pərçim 

olmuş siyirtməsini açdı, oradan tozlu mixəyi bir dəftər çıxartdı. 

Dəftəri açdı. 

Elə birinci səhifədəcə Minanın xəttini görüb kövrəldi. 

A. hərfində Minanın xəttiylə "Atayev Səfdər" sözləri və 

onların telefon nömrəsi yazılmışdı. 4-15-20. Mina həmişə 

zarafatla üç şahı bir abbası deyərdi. 

İkinci səhifəni açdı. 

B. hərfində Babanın telefonu yazılmışdı. Yazıq Baba. 

Davadan qayıtmadı. Elə bil lap Babayçün deyiblər ki: 



 

Sən ki bir od-yalovdun,  

necə yatdın yerdə sən? 

 

Şir, pələng kimi oğlan idi, yazıq. 



V. hərfində iki ad yazılmışdı: "Validə". Validə Minanın 

kiçik bacısı ndi. İki ildir əriylə Nuxaya köçüb gediblər. Bir də 

"Vahidov". Vahidov kimdir? Səfdər dayı nə qədər fikirləşdisə 

də yadına sala bilmədi. 

Q. hərfində yazılmış ad bərk-bərk qaralanmışdı. Mina 

qaralamışdı. Yazıq yaman kölgəsindən qorxan idi. Əlbəttə 

mənimçün qorxurdu. Qulamı aparanda qaralayıb, 55-ci ildə 

Qulam qayıtdı  gəldi. Amma daha o 20 il bundan qabaqkı 

nömrəsini qaytarmayacaqdılar ki... Yəqin təzə nömrə veriblar. 

D. hərfində Dadaşın nömrəsi yazılmışdı. Səfdər dayı Dadaşa 

zəng eləmək istəmirdi. Cavanlıqda bərk dost idilər. Sonra 

aralandılar. Bayaq Məmməd Nəsir nə  gəvəzələyirdi? Ay səni, 




 104 

Məmməd Nəsir. O vaxt Dadaşı gündə çağırırdılar. Yaxşı, məni 

niyə çağırmırdılar, Məmməd Nəsiri niyə çağırmırdılar? 

Əlbəttə. Dadaş gedənlərin çoxuyla daha artıq bağlıydı. Bəlkə 

ona görə çağırırlarmış.  İndiki kimi yadımdadır, bir gecə bizə 

gəldi. "Arağın var?" "Bilirsən içən deyiləm"— dedim. 

"Bilirəm, — dedi, — onunçün də özüm gətirmişəm. Barı bir 

şey ver". Pendir-çörək gətirdim, bir az da göyərti. Oturdu yarım 

litrəni təkbaşına içdi. Özü də dinməz-söyləməz. Bir kəlmə 

dinib danışmır. Mən də oturub buna baxıram. İçdi, şüşəni başa 

çatdı. "Eh, ay Səfdər, — dedi, — birini bilirsən, birini 

bilmirsən". Sözləri indiyə kimi qulağımdadır: — "Sənə nə var 

ki, xoşbəxt adamsan". Papağını qoydu getdi. O gündən 

gördüm, bəli, deyəsən mənə bir az suçlu baxır, belə bir cür gen 

gəzir. Mən də özümü heç o yerə qoymadım. Daha heç soruşub, 

eləmədim ki, bəs nə olub? Salaməleyküm,  əleykəsalam, 

Vəssalam, Dadaş belə Dadaşdı. 

E. hərfi boş idi. 

Ə. hərfi "Əliyev Tahir". Əliyev Tahir? Hə, hə, yadıma 

düşdü. Bir vaxt qonşu idik. Amma neçə ildir bir-birimizə rast 

gəlmirik. Küçədə görsəm heç tanımaram. Yəqin mənim heç 

adım da onun yadında deyil. 

İ. "İdris". Maşallah, İdris. Məndən üç yaş böyükdür, amma 

turp kimidir. Həmişə dağda-daşda. İndi də eşitmişəm Zaqatala 

tərəfdə  qızıl axtarır. Bu telefonu niyə  çəkdirib bilmirəm. Heç 

vaxt Bakıda tapılmırlar, nə özü, nə arvadı. "Geoloq babayam, 

— deyir,— şəhərdə nə işim var? Mənimki dardı, daşdı". Bəlkə 

indi mənim bəxtimdən şəhərdə ola? Qoy bir zəng eləyim. 

Dəstəyi götürüb nömrəni yığdı. Uzun zaman aralı siqnallara 

qulaq asdı. "Hardan olacaq? İndi görəsən hansı dağda, hansı 

meşədə çadır qurub oturub". 

M. Məmməd Nəsir. "Ay onun başı batsın.  İndi yəqin lül 

atəşdi. Fağır oğlu məhv elədi özünü, zay oldu bu içkiylə. 

Əvvəllər yenə bir əndazası vardı. İndi lap ağ eləyib. Adama nə 

qədər deyərlər, nə qədər öyüd-nəsihət eləyərlər. Uşaq deyil ki, 



 105 

sinli kişidir, saçı, saqqalı ağarıb. Ağlayır, söz verir, üç gündən 

sonra yenə görürsən lülqəmbərdir. Özü də kimnən gəldi içir, 

başlayır, ağzını allah yoluna qoyub axvayı-axvayı danışmağa. 

Uşaqlar yaxşı deyirlər ki, Məmməd Nəsirin qarnını doldur, 

ürəyini boşaltsın. 

N. "Nəbiyev  Əsgər"  Əsgər yazıq da bildir öldü. Evə  gəlib 

pencəyini çıxardıb. "Arvad, mənə bir çay" deyib, elə oradaca 

canı çıxıb. Bu ürək zəhrimarın da belə işi var da! 

R. Rəhim. "Yox, bala. Rəhim indi böyük adamdır.  Əli 

böyüklərin ətəyindədir. Zəng eləyəcəyəm, deyəcək görəsən nə 

işi düşüb. Bir də ki, yəqin heç bu nömrə  də düz deyil. Axı 

böyük adamlar vəzifəyə keçən kimi o saat telefonlarını 

dəyişirlər. 

S. "Səfdər Atayev" 4-15-20. Bu səhifədə nömrəsini öz 

xəttiylə yazmışdı. 

T. "Teyyub". Şənbə günü Teyyub Bakıda qalan deyil. 

Mərdəkanda beli alıb əlinə, düşüb bağın canına. Bu il də yəqin 

mütləq bir səbət üzüm göndərəcək. Yadından çıxan deyil. 

X. H. Ç. — səhifələr ötdükcə Səfdəri qüssə basırdı. Elə bil 

yeganə kibrit qutusunda ancaq yanıq kibritlər qalmışdı. 

F. "Fərhad". Fərhad Moskvadadır. 

U. "Ulduz". Ulduzgil təzə evə köçüblər. Yəqin hələ telefon 

çəkdirməyiblər. 

Dəftər köhnə orfoqrafiya vaxtından qalmışdı. Hələ iki hərf 

dururdu. Ö və Ə. 

Ö hərfi boş idi: 

Səfdər dayı aramla, ehmallıca son səhifəni açdı. 

Ə  səhifəsində "Yaşar" sözü yazılmışdı, amma nədənsə 

telefonunu yazmaq unudulmuşdu. Telefon nömrəsi yox idi, — 

elə yalın-yalxı Yaşar. 

Dəftəri qapadı  və birdən gözü arxa cilddə yenə Minanın 

xəttinə sataşdı. Mina iri çap hərfləriylə: 

 

Yanğın 01 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə