Roman, povestlər



Yüklə 3 Mb.
səhifə39/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   35   36   37   38   39   40   41   42   ...   158

 138 

Bu gecə vaxtı hardan öyrənəcəksən? Görəsən kim bilər bunu? 

Dadaş. Zəng eləyəsən, Dadaşdan soruşasan. Neməti gülmək 

tutdu. Pis olmaz. Gecə saat üçdə zəng eləyib Dadaşı yuxudan 

oyadasan: bağışlayın, Dadaş müəllim, sizə bir sualım var: 

Təhminənin gözləri nə  rəngdədir? Təsəvvür edirəm Dadaşın 

sir-sifətini: Dadaş tuman-köynəkdə yuxudan avara olunub, 

telefonla  şöbəsinin bir işçisi Nemətə başqa işçisi Təhminənin 

gözləri haqqında məlumat verir. Nə  səhnədir! Doğrudan nə 

olardı, indi götürüb Dadaşa zəng edəsən?! Eh, nə boş-boş 

danışırsan, heç eləyərsən? Niyə eləmirəm? Ay elədin ha! 

Vallah, dəli şeytan deyir, dur elə. Ay elədin ha! Yaxşı. Nemət, 

yat. Hə, nə oldu, əzizim, deyirəm axı, sən dəli şeytanın sözüylə 

durub-oturan oğlanlardan deyilsən. Sən həmişə  ağıllı  şöbə 

müdirinin qoyduğu qayda-qanunlarla yaşayan oğlansan. Elə bu 

tutduğun yolnan da get. İşin yaxşı olar. Deməli, belə? Yaxşı, 

baxarıq. 

Nemət ayağa durdu. Gecə  məstlərini geydi, pijamasını 

düymələdi, dəhlizə  çıxdı. Telefonun dəstəyini qaldırdı. Vaxt 

gec olduğundan, telefondan dərhal aydın "zummer" eşidildi. 

Nemət özünə belə  qəribə görünən bir etinasızlıqla Dadaşın 

nömrəsini yığdı. "Beş siqnal gözləyəcəyəm, cavab çıxmasa 

asacam". Dördüncü siqnaldan sonra Dadaşın səsi gəldi: 

—Allo! 


Səs yuxulu səs deyildi. Həmişəki aydın, təmkinli səs idi. 

Nemət bir an susdu, sonra cəld: 

—Mənəm. Nemətdi, — dedi. Daha geriyə yol yox idi. 

—Buyur, Nemət. 

—Bağışlayın. Dadaş müəllim, sizi yuxudan oyatdım. 

—Yox, yox, yatmamışdım, işləyirdim.  

Birdən-birə Nemət özünü aciz və miskin hiss etdi. Yatmış 

bir mötəbəri gecə saat üçdə yuxudan oyadıb qəribə sual vermək 

ürək istəyirdi! Amma gecənin bu vaxtında oturub işləyən bir 

adamı belə axmaq bir sualla işindən ayırmaq yüngüllük idi, 

uşaqlıq idi, sataşmaq idi. "Təcili surətdə ayrı bir bəhanə tapıb 



 139 

işin içindən çıxmaq lazımdır". 

—Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. — 

Bunu vaxt qazanmaq üçün dedi. 

—Buyur. 

"Aha, tapdı". 

—Dadaş müəllim, mən belə  şeylərdə yaman vasvasıyam. 

Yata bilmirəm. Sabaha qədər yerimdə qovrulacaqdım. Siz 

allah, bir məni sakit eləyin. İnciyib eləmədiniz ki?.. Bizim bu 

qonşu, Mürşüd bir az şitlik edirdi. Murtuz Balayeviç də bir az 

kobud adamdır... Deyirəm bəlkə... 

Dadaş onun sözünü yarımçıq qoydu: 

—Yox, yox, nə danışırsan, Nemət, dəli olma. Hər  şey lap 

əla idi. Niyə inciyirəm? Adamlar cürbəcürdür. Hərəsinin öz 

duzu, öz ləzzəti var. Elə adamlar olmasaydı, həyat maraqsız 

olardı. Sən lap arxayın ol. Rahat get yat. Gecən xeyrə qalsın, 

— cavab gözləməmiş dəstəyi yerə qoydu. 

"Vəssalam, Nemət müəllim. Bu da sənin qiyamın. Bu da 

sənin meydan oxumağın. Bu meydan oxumaq olmadı, meydan 

sulamaq oldu. Qiyam olmadı, mütiliyinin yeni ifrat bir təsdiqi 

oldu. Di get yat. Eşitmədinmi, Dadaş sənə rüsxət verdi. Yat". 

Nemət otağa keçib qaranlıqda pencəyini tapdı, cibindən 

siqaret çıxarıb iki qullab vurdu, dəhlizə qayıtdı. Telefonun, 

dəstəyini qaldırıb nömrəni yığdı. Du, du, du... 

—Bəli, — Dadaşın səsi yenə də sakit və təmkinli idi.  

—Mənəm, Nemətdir.  

—Eşidirəm. 

—Dadaş müəllim, sizdən bir şey soruşmaq istəyirəm. 

Təhminənin gözləri nə rəngdədir? — birnəfəsə dedi. 

Dəstək sükuta qərq oldu. "Hə, elə olarsan, müəllim. 

Deyəsən söz boğazında qaldı. Bir udqun görək. Hə, indi cavab 

ver. Həmişəki tək sakit və  təmkinlə gecə saat dördə iyirmi 

dəqiqə işləmiş işçin Nemətə, işçin Təhminənin gözlərini rəngi 

barəsində məlumat ver görüm". 

—Nemət, — səs  əvvəlki kimi sakit idi, — deyəsən, biz 



 140 

gedəndən sonra xəlvətə salıb təkbaşına içmisən. 

Nemət bu sözlərin mənasını da, Dadaşın sakitliyinin 

səbəbini də anladı. Bu vəziyyət Dadaşçün qəribə, qeyri-adi bir 

şey deyildi. Ömrü boyu Dadaş elə növbənöv qəribəliklər 

görmüşdü ki, Nemətin  əcaib sualı onu təəccübə  gətirib 

halından çıxarda bilməzdi. Sualın vaxtına — gecə saat dördün 

yarısına gəldikdə isə, buna da vərdişli idi: Məmməd Nəsirin 

vizitləri də  təxminən gecənin bu radələrində olurdu. "Bizdən 

sonra xəlvətə salıb içmisən". Dadaş, Nemətə  Məmməd Nəsir 

kimi baxırdı.  Əlbəttə, Nemət Məmməd Nəsir deyil, ağlı, 

dərrakəsi var. Həm də ailəsi, arvadı qoymaz. Amma ömründə 

bir gecə  Məmmədnəsirlik edirsə, dünya dağılmaz. Dadaş 

təmkinlə və çox soyuq:  

—Nemət, get yat, — dedi, — gecdir. Yaxşıca əl-üzunü yu, 

sonra yat.  

—Dadaş müəllim,  əgər elə bilirsiz ki, mən sərxoşam, çox 

səhv edirsiniz. Əgər məni təzə başlayan Məmməd Nəsir hesab 

edirsinizsə, yenə  də  səhviniz var. Mən tamamilə ayığam. 

Axşam  da  az  içmişdim. Sizdən sonra da dilimə vurmamışam. 

Mən bircə sizdən onu bilmək istəyirəm ki, Təhminənin gözləri 

nə rəngdədir.  

Dadaş kəskin və sərt bir ədayla: 

—Nə demək istəyirsən? — dedi. 

—Heç nə. Bircə  Təhminənin gözlərinin rangini bilmək 

istəyirəm. 

Dadaş daha da sərt və əsəbi bir tərzdə:  

—Bu sualı mənə niyə verirsən? — dedi. 

"Aha, deyəsən özündən çıxırsan. O mötəbərlik maskan 

yerindən oynayır. Kişisən, bir kəlmə  sərt söz de, cavabını elə 

verim ki, ölənəcən yadından çıxmasın.  İstəmirəm sənin 

müqaviləni, avansını da. Mən elə kişinin oğlu deyiləm ki, sən 

mənə atalıq eləyəsən. Hə, de görüm, bir söz de..." 

Dadaş heç nə demədi. Ancaq birdən-birə güldü. Bərkdən 

güldü. Bəlkə ondakı yumor hissi əsəblərinə  və hirsinə üstün 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə