Roman, povestlər



Yüklə 3 Mb.
səhifə42/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   38   39   40   41   42   43   44   45   ...   158

 149 

xeyrə qalsın. Bağışla məni. 

—Sən də sağ ol. Dördüncü düymə, unutma. 

Dəstəyi asdı. Papiros yandırdı. Bir müddət telefonun 

yanındaca oturdu, sonra səs, hənirti eşidib otağa keçdi. 

Pəncərələrdən süzülən hələ solğun səhər işığında balaca 

Nərgizin cizgiləri daha da məsum görünürdü. Səs də onun 

səsiydi. Nərgiz yuxuda danışırdı: turac, qırqovul, kəklik, sora 

göyərçin. Nemət bir müddət qızının başı üstündə dayandı. 

Onun indi gördüyü yuxusunu təsəvvüründə canlandırmağa 

çalışdı. Buludsuz göy, yaşıl budaqlar, qanadlı quşlar. Nərgiz 

yenə  də adda-budda sözlər deyirdi: toyuq, xoruz, sora bülbül, 

sora... 

Dördüncü düymə. Nemət cəld o biri otağa keçdi. Maqnitofona 

yanaşdı. Dördüncü düymə, Vəssalam. Nə Alyagilin iki dəfə böyük 

maqnitofonu qalacaq, nə Sürəyyanın dolaşıq cümlələri, nə 

Karmenin istehzası. Nə də "bir də mən görsəm ki..." 

Hamı yatıb. Pozsan, gərək indi pozasan. Bilsələr 

qoymayacaqlar. Onlara izah da edə bilməyəcəyəm. Özüm 

özümə izah edib aydınlaşdıra bilmədiyim bir şeyi onlara necə 

izah edəcəm? 

Maqnitofonu işə saldı. Qızdırdı. Sonra dördüncü düyməni 

basdı. 

—Vəssalam, — dedi. — Burda bir elə hikmət yox imiş. 



Lenti tərsinə — fırladıb qulaq asmağa   başladı. Sükutu, 

səssizliyi dinlədi. Xoşlandı. — Basırıq tramvayın konduktoru 

bürkü yay gününün gecəsi adamsız reyslərin — seyrək 

sərinliyindən xoşlanan kimi. 

—Vəssalam, — deyə təkrar etdi. — Qurtardı. Nöqtə. 

Küçədən tramvay keçdi. Nargin tərəfdən gələn gəminin 

uzaq fit səsi eşidildi. 

Nemət maqnitofonu söndürüb öz otağına qayıtdı. Soyunub 

yerinə girdi. Yuxuladı. 

Yuxu gördü. 

Gördü ki, böyük bir dənizin sahilindədir. Sahil bomboşdur. 



 150 

Dəniz uzandıqca uzanır. 

Sahil sapsarıdır. Sarı qumlar. 

Dəniz gömgöydür. Ləpəsiz. 

Ancaq birdən gördü ki, dənizin, göy dənizin lap, lap 

uzağında nə isə ağ bir şey görünür: ağ liman. 

Ağ... Ağ... 

Ağappaq. Və bu ağ limanda qırmızı  gəmilər dayanıb. 

Qırmızı... Qırmızı... 

Qıpqırmızı... 

 

1965 

Bakı-Kislovodsk 



 151 

 

 

BEŞMƏRTƏBƏLİ EVİN ALTINCI MƏRTƏBƏSİ 

(roman) 

 

 

Birinci fəsil 

 

Bu vüsala yuxu əhvali demək mümkün idi,



1

  

Əgər olsaydı yuxu dideyi-giryanimizə. 

 

...amma qəfilcən sükut çökdü. Yüxunun seyrək toranlığı 



içində Zaur, hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki, 

böyük otelin bütün hay-küyü, yad, özgədilli danışıqların 

hənirtisi, haradansa, çox uzaqlardan eşidilən musiqi sədaları 

(saksafon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti-bütün 

başqa səslər — qəfilcən qeyb oldu və bütün bu tanış  səslərlə 

birlikdə okeanın da uğultusu kəsildi... 

Gecəyarıdan keçmişdi. Vaxt cədvəli, adamların yatıb-durma 

məqamları bütün dünyada təqribən eyni cürdür və bu cədvəlin 

hökmü insanların icad etdikləri maşınların, mexanizmlərin, 

alətlərin səsləriylə  bərabər təbiətin möhtəşəm xilqəti — 

okeanın da səsini qısmışdı elə bil. 

Yuxunun yapışqantək çiriş horrasında (buraların havası 

kimiydi bu horra) çapalayıb ayıqlığa çıxmağa cəhd edərkən 

Zaur düşünürdü: yəqin Firəngiz otağın pəncərəsini örtüb, 

vəssalam: səskeçirməz pəncərələr dişarıdakı bütün səsləri, 

küyləri, danışıq-hənirtiləri eşidilməzləşdirib, Zaurun 

yarıyuxulu-yarıoyaq şüurundan kənar edib. 

Elədir ki, var, qu desən qulaq tutulan cinkiltili sükutdan 

sonra otaq həm də qaranlığa qərq oldu; Firəngiz pəncərəni 

bağlayıb işığı da keçirtdi. Zaur örtülü göz qapaqları arasından 

qaranlığın müxtəlif mərhələlərini duyurdu — əvvəlcə otaq 

                                            

1

 Epiqraflar Füzulinin “Leyli və Məcnun”undan və “Divan”ından alınmışdır.

 



 152 

alaqaranlıq oldu —vannanın açıq qapısından kvadrat şəklində 

işıq  şüləyi düşürdü döşəməyə. Qapı bağlanandan sonra otağa 

güclə sezilən  ətir kimi — gecə  çırağının zəif  şöləsi yayıldı. 

Firəngiz bu çırağı da söndürdü və o zaman ətraf qaranlıq içində 

həll oldu. 

Zaur ağır-ağır göz qapaqlarını qaldırdı, otağın qatran kimi 

qatı qaranlığında bir an kerçəklik hissini itirdi — bilmədi 

haradır bura, hardadır özü? Ancaq bir an. Bir an sonra gözləri 

zil qaranlıqda heç nəyi seçib ayırmasa da artıq harda olduğunu 

dəqiq dərk edirdi — bilirdi ki, bu otaq otelin nömrəsidir, indi 

gecədir və uzun məsafələrdən, uçuşdan, hərəkətdən, müxtəlif 

yad lövhələrdən calaq olunmuş gecə-gündüz bitib, ömrünü yeni 

bir gecə-gündüzə  təhvil verib. Bu təhvil-təslim dəqiqələri 

Zaurun gözünün çimirini almaq üçün qısaca mürgü döydüyü 

anlara düşüb.  İndi isə gecəyarını ötüb — təqvimin başqa 

tarixidir. Amma nə tarix, nə  təqvim? Moskvadan Afrikaya on 

bir saatlıq uçuş  ərzində-onlar Avropanın, Aralıq dənizinin

Saxaranın üstündən keçmişdilər — bütün vaxt-zaman 

anlayışları qarışıq düşmüş  və Zaurgilin ömrünə üç saat əlavə 

olunmuşdu. Bakıyla Moskva arasındakı bir saatlıq fərqi də 

bunun üstünə  gəlsin — ömürlərindən dörd saatlıq hədiyyə 

almışdılar. Doğrudur, bu hədiyyəni qaytarmaq lazım gələcəkdi 

— üç saatını buradan Moskvaya uçanda, bir saatını da 

Moskvadan Bakıya qayıdanda... 

Yer kürəmiz zaman zolaqlarına bölünüb, Qərbdən  Şərqə 

getdikcə hər zolaqda bir saat irəli düşürsən. Moskvada saat on 

bir olanda. Bakıda on ikidir... Daima üzü Qərbə doğru gedəsən, 

elə bir sürətlə ki, bir saat içində bir vaxt zolağından o birinə 

keçəsən — hamısında da, məsələn, saat on bir olsun? Vaxtı bu 

sayaq aldatmaq mümkündürmü? 

Adamın ağlına nə  qəribə fikirlər gəlir. Fantastika! Halbuki 

ən böyük fantastika elə real gerçəklikdir, bax, elə  məsələn

onların bugünkü günü: zarafat gəlməsin sənə, dünyanın o biri 

başına gəlib çıxıblar. Afrikada, Dakar şəhərindədirlər. 17 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə