Roman, povestlər



Yüklə 3 Mb.
səhifə45/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   41   42   43   44   45   46   47   48   ...   158

 159 

Zaura elə  gəlirdi ki, Firəngiz laldır. Bəzən tanış-bilişlər 

deyəndə ki, hələ heç bir vaxt Firəngizin səsini eşitməyiblər, 

Zaur fikrə gedirdi: o özü haçan eşidib arvadının səsini? Nə isə 

yadına sala bilmir. Ancaq ayrı-ayrı sözlər... — hə, yox. — 

Gedək — hə, qalaq — yox. Yataq — hə, duraq — yox... ya da 

əksinə... hə, yox, vəssalam... 

Zaur cəkmələrini,  şalvar-köynəyini geyinib nömrədən 

çıxdı... Düyməni basdı, lift gəldi. Lifti idarə edən oğlan — 

otelin xidmət paltarını geymiş balaca zənci Zauru görüb 

gülümsündü, fransızca nə isə dedi. Zaur da başını yelləyə-

yelləyə gülümsündü, amma oğlanın nə istədiyini başa düşmədi: 

bəlkə pul istəyirdi ondan, yaxud xoş gecələr arzulayırdı, ya 

saatı soruşurdu, ya liftin yavaş getməsindən  şikayətlənirdi? 

Kim bilir? 

Gecənin bu vaxtında okeanın sahili bomboş idi... Əslində 

okeana da, dənizə  də baxanda onların ucu-bucağı görünmür, 

amma birbaşa təəssürata beynin məlumatı  əlavə olunanda, 

okeanın hüdudsuzluğu adama daha müdhiş, daha əfsanəvi 

görünürdü. 

Sahilə yaxın yerlərdə, ləpədöyəndə otelin çimərlik 

çıraqlarının  şölələriylə  işıqlanmış okeanın uzaqları get-gedə 

qatı  və qorxunc bir qaranlığa qarışırdı, haradasa zülmətin 

qovuşduğu üfüqlərdə itib gedirdi, amma o intəhasız ucqarlarda

getdikcə uzaqlaşan üfüqün o tayında okeanın başqa sahili də 

var idi — Amerika sahili... 

Zaur: 

"İnşallah, bir vaxt Amerikaya da səyahət eləmək lazımdır. 



Firəngiznən bir yerdə — deyə duşündü və birdən-birə bütün 

bunların puçluğunu, heçliyini dərk elədi. Nə qədər mənasız idi 

bütün bu şeylər. Amerikaya səyahət etmək istəyi, bura, 

Afrikaya gəlmələri, burada, bu yad okeanın yabançı sahilində 

dinclik, aram axtarması, hər şeyi unutmaq niyyəti... Axı heç bir 

təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü 

özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və 



 160 

"səadət axtarmaq ifadəsi" o demək deyil ki, səadəti axtarıb 

tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya 

bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə 

daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o 

başına; bu etibarlı yükdür — hara gedirsən get — nə itəcək, nə 

batacaq, nə azalacaq, nə artacaq... 

Zaur  əyildi, barmaqlarıyla soyumuş, narın sahil qumlarına, 

dalğaların yaladığı irili-xırdalı, hamar daşlara toxundu və 

qəsdən, bilərəkdən bu duyğunu yenidən oyatmağa çalışdı — bu 

duyğu xatirəsi barmaqlarının ucundan əllərinə keçdi, əllərindən 

qollarına, çiyinlərinə, köksünə, bədəninin bütün hüceyrələrinə. 

Bir gizilti kimi gəzdi bütün varlığında bu duyğunun xatirəsi... 

xoşbəxtlik xatirəsi... Sonralar yalanı üzə  çıxsa da, yaşadığı an 

əsl bəxtiyarlıq kimi duyulan o uzaq anların xatirəsi. O xoşbəxt 

anların ki, Zaur onları da sahildə, narın qumlarla, 

balıqqulaqlarıyla, yosunlarla, dalğaların uğultusu, mehin 

nəvazişləriylə  sərt, sal qayalarla, ulduzlu göylə birgə 

yaşamışdı... Qumuyla, mehiylə, səsləriylə, göyünün ulduzlarıyla 

bura oxşayan başqa bir sahildə... Okeanın yox, dənizin sahilində... 

Buralardan çox-çox uzaq bir dənizin... 

 

 



İkinci fəsil 

 

Ey xoş ol günlər ki, mən həmraz idim canan 



ilə, 

Neməti-vəslin görüb, nazın çəkirdim can ilə. 

 

Bu ensiz sahil uzandıqca uzanırdı... Sahil xəttinin  əyri—



köndələn köbəri gah ləpələri yumruqlar kimi əzən qayalar 

boyu, gah dümdüz hamar çimərliklər boyu çəkilmişdi. Dəniz 

balaca, xudmani körfəzciklərdə sahilin bətninə girir, sivri, 

nazik, qumlu burunları öz altına çəkir, gah qabarıb sahili, 

qayaları qamarlayır, kiçicik qum adalarını basıb içinə alır, gah 



 161 

da çəkilir — yenidən üzə çıxmış qumlu sahələri — burunları, 

adacıqları mülayim ləpələriylə tumarlayırdı. Sahilin dənəvər 

qızılı qumlarını yavaş-yavaş  sığallayır, oxşayır, pişik balasını 

yalayan kimi yalayırdı. Xırda daşları, qılları, balıqqulaqlarını 

təsbeh kimi bir-bir çevirirdi, sonra qəfilcən rəftarını  dəyişir, 

dalğaları  dəli rüzgarlarla qamçılanmış kimi şahə qalxırdı, 

bayaqkı  nəvazişdən, sığaldan  əsər-əlamət qalmırdı, külək 

qumları havaya sovurur, dəniz elə bil yüyürüb qan-tər içində 

qayalara çatmaq, daşların yalçın sərtliyinə  çırpılıb çilik-çilik 

olmaq istəyirdi. 

Bu sahil — Pirşağı  tərəflərdəki Mayakdan Mərdəkandan o 

yana ucalan QRES borusuna qədər uzanmış bu sahil, sahil 

qəsəbələriylə — Buzovna, Zuğulba, Bilgəhlə  Xəzər arasında 

qalmış bu sahil, qərbə doğru getdikçə Nardaranın, Sarayın, 

Coratın yanından keçib Sumqayıta çatır və Sumqayıtdan da 

yuxarı — şimala doğru uzanırdı. Dənizin uzaq üfüqündə tülu 

edən günəş bütün sahilin üstüylə kos kimi dığırlanıb keçir və 

axşam tərəfi Zuğulba təpələrinin ardında qürub edirdi. Amma 

günəş  təpələrin dalında gözdən itəndən sonra belə onun maili 

şüaları — projektor işığı kimi — səmaya sancılırdı  və bu 

şüaların  əksi dənizin səthinə  qızılı-paslı talalar salırdı.  Şüalar 

get-gedə qısalır, hava get-gedə qaralır və dənizin üzündə qəribə 

kölgələr dolaşırdı — təpələrin, buludların, qayaların  əcaib 

kölgələri. Sahil evlərinin qızılı  rəngə çalan pəncərələri  ətrafa 

həzin bir qəriblik hissi çiləyirdi elə bil. Axşamın bu çağında 

sahildə  kədərli bir dinclik hakim idi — dənizin gecə  həyatı 

başlanmazdan qabaq qısa bir müddət belə olurdu — 

təkəmseyrək adamlar hələ də çimirdilər, dənizdən çıxmışdılar, 

onların siluetləri bir qara ləkə kimi görünürdü. Sahildə bir-iki 

maşın yubanıb qalmışdı... Ala-toranlığın gecə qaranlığına 

keçdiyi bu son dəqiqələrdə  çılpaq bir kişi oğrun-oğrun  ətrafa 

boylanaraq — görən olmasın — qurulanır, geyinir, başını 

darayırdı... Yubanmış maşınlar səssizcə-səmirsizcə çimərliklə 

hərəkət edirdi. Çimməkdən qayıdan axırıncı  dəstələrin 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə