Roman, povestlər



Yüklə 3 Mb.
səhifə53/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   49   50   51   52   53   54   55   56   ...   158

 186 

boyu belə olacaq — kəpənək kimi ordan bura, burdan ora 

uçacaq... — Dadaş kəskin və sərt danışırdı, amma sonra sakitcə 

əlavə elədi: — Yəqin köhnə məhəbbəti yadına düşüb. 

Zaur mat-məəttəl qalıb: 

—Nə məhəbbət? — dedi. 

—Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən. 

Məhərrəmov Muxtar. Televiziyada rejissordur nədir... 

Bilmirəm, aralarında nə haqq-hesab var, amma yüz faiz 

əminəm ki, Təhminəni o dartıb apardı televiziyaya. Diktor 

eləyəcək onu. Bu qız guya filosofdur, diplomu var, universitet 

qurtarıb, indi gedib diktor olacaq. Ay-hay... Nə olub deynən, 

nəyin  əskikdi burda?! Maaş kimi maaşın vardı, qonorardan-

zaddan da yazırdıq hərdən, kefin istəyəndə  gəlirdin, kefin 

istəyəndə gedirdin... 

Dadaşın sözləridən açıq hiss olunurdu ki, Təhminədən 

yanıqlıdır, möhkəm inciyib onun bu gözlənilməz hərəkətindən. 

Yəni, doğrudan, görəsən Dadaş  Təhminəni sevirmiş ki, bu 

etibarsızlıq ona belə  ağır təsir eləyib?  İndi nə idi onu 

danışdıran?! — İnciklik, yanıq, qısqanclıq, ya da sadəcə 

himayədarlıq hissi, — heyfsilənirdi, yanırdı  bəlkə  Təhminəyə 

ki, öz qədrini bilmir, həyatda yerini tapa bilmir... Ya da elə 

bütün bu hisslərin hamısı bir yerdə hakim idi Dadaşa? Yaxşı, 

bəs bu Məhərrəmov deyilən kimdir belə, bu hardan çıxdı, bu nə 

yuvanın quşudur görəsən? Köhnə  məhəbbət... Bəlkə "köhnə 

tanışım dəvət eləyirdi məni televiziyaya" deyəndə  Təhminə 

məhz elə o Məhərrəmovu nəzərdə tuturdu. Köhnə tanış. Elə 

hara baxsan bunun köhnə tanışlarıdır. Belə də qadın olar, ilahi? 

Dadaş yeyib qurtarmışdı, toyuğun sür-sümüyünü yığışdırıb 

qəzetə bükürdü. Zaur da ayağa durmuşdu ki, otaqdan çıxsın, 

amma bu vaxt Dadaş qəfilcə dedi: 

—Zaur, bala, sənin atavı yaxşı tanıyıram, hörmətim var o 

kişiyə. Sən də elə  mənim oğlum, incimə sözümdən, amma mən 

sənə məsləhət eləyirəm: Bir əmi kimi. O arvada baş qoşma. 

Zaur heç belə söhbət gözləmirdi, bir an özünü itirdi elə bil. 



 187 

"Deməli, belə, — deyə düşündü. — Deməli, bu xəbər hamıya 

yayılıb. Anası düz deyirmiş, yerin qulağı var. Yaxşı,  əgər 

belədirsə, onda, deməli, Dadaş  həmin o Muxtar 

Məhərrəmovdan söz salanda hər  şeyi bilirdi, — bilirdi Zaurla 

Təhminənin münasibətlərini. Elə çıxır ki, acıqcan deyirmiş bu 

sözləri Zaura, ondan hayıf çıxmaq üçün, intiqam almaq üçün... 

Axı bütün bu şayiələr düzdürsə, onda, deməli, Zaur Dadaşın da 

rəqibidir, məqsədinə nail olmuş rəqibi". 

—Yaman afətdir o qız.  İnan mənə. Mən hər  şeyi başa 

düşürəm: gözəldir, həddən ziyadə gözəldir, cazibəlidir. Sən də 

cavan oğlansan... Amma ondan mümkünsə gen gəz. Səni lopp 

eləyib elə udar ki, heç ruhun da inciməz... 

Zaur ifadə tərzinə mümkün qədər çox zəhər qataraq: 

—Bəs mən elə bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz, 

— dedi. 


Bu səfər Dadaş tutuldu, amma dərhal özünü ələ aldı  və 

sakit-sakit sözünə davam elədi: 

—Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm. 

Yazığım gəlir ona. Bir insan kimi yaxşı cəhətləri də var. Amma 

nə olsun? Özü özünü məhv eləyəcək... Onunçün heç bir qanun-

kitab yazılmayıb, — kefi necə istəyir, elə  də yaşayır. Dünya-

aləm vecinə deyil... Axı belə də olmaz... Qayda var, adət var... 

"Yaxşı, ay kaftar haramzada, bəs sən, sinli, həm də evli kişi 

altdan-altdan Təhminəyə maz gedəndə — bu hansı qayda-

qanuna, hansı adət-ənənəyə görə idi, hə? Özü də sənin işçin idi, 

tabeliyində idi", — Zaur belə düşündüsə də dinmədi, maddım-

maddım Dadaşın sifətinə baxırdı. Dadaş isə get-gedə daha çox 

cuşa gələrək danışırdı: 

—Onunçün heç bir təfavütü yoxdur, kimiynən dostluq 

eləsin... Kimdir onun tanış—bilişləri? Baza müdirləri, nə bilim 

alverçilər, filan... Nə var, nə var, təzə bir parça alacaq, ya şuba, 

ya nə bilim, üzük-sırğa...  

Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik 

duyurdu, axı, hissə qapılıb çılğın etirazlardan başqa nəylə-hansı 



 188 

dəqiq faktlarla, dəlil-sübutlarla bu axının qarşısında dura 

bilərdi. Dadaş ancaq gülərdi onun çılğınlığına, "Ürəyi təmiz 

uşaqsan, onunçün də aldanırsan, onunçün də  səni aldadıb 

barmağına dolaya bilib" — deyərdi, deməsə də düşünərdi. həm 

də axı Zaur özü əmin deyildi ki, Dadaşın sözləri tək bir quru 

böhtandır. Təhminənin hər yerdə tanışları vardı, — doğrudan 

da, beləydi bu — ən müxtəlif adamlar, cürbəcür peşə sahibləri 

düşməzdi dilindən. Gərək paltarlarını Bakının  ən yaxşı 

dərzisində tikdirəydi, gərək şəkillərini beynəlxalq konkurslarda 

mükafatlar almış  məşhur fotoqraf çəkəydi, bərbəri də  gərək 

şəhərdə birinci bərbər olaydı, diş  həkimi də. Nə deyirsən de, 

belə şeylərin dəlisiydi Təhminə. Belə şeylər, bu cür həyat tərzi 

isə müəyyən adamlarla, əksər hallarda kişi xeylaqlarıyla 

əlaqədar idi və belə olan surətdə, bütün bu imtiyazları havayı 

qazanmırdı ki, Təhminə. Təmənnasız olunmurdu ona bu 

lütfkarlıq — tapılmayan geyimlər, növbəsiz biletlər, qıt 

şeylər... 

Dünəndən bəri ikinci dəfədir ki, Zaur Təhminə haqqında 

dəhşətli  şeylər eşidirdi və onu ağrıdırdı  eşitdikləri. Amma 

məgər üç ay bundan qabaq — yaxınlıqlarından əvvəl də eşidib 

qulaqardına vurmurdumu ara-sıra aralığa düşən bu cür 

söhbətləri?.. Onda niyə bu söhbətlər Zaurun zərrəcə vecinə 

deyildi?  Əksinə, bəlkə bu söhbətlər bir növ Zauru 

şirnikdirmişdi də. Bəlkə  də haradasa, qəlbinin dərinliklərində 

fikirləşmişdi ki, əgər Təhminə, doğrudan da, belə 

"yüngülməcazdırsa", ayağı sürüşkəndirsə, mən niyə  kənarda 

qalım? Zaur istədiyinə nail oldu, daha indi ağrımaq, nəyisə 

ürəyinə salmaq neyçün? Olan olub, keçən keçib... Mənim nə 

borcuma? Təhminə kimdir ki, mənimçün? Üç ayın xoş 

xatirələri, vəssalam. 

Belə düşünürdüsə  də, haradansa xəstə diş kimi hovutqayıb 

zoqquldayan ağrını da ovuda bilmirdi. Hər halda Dadaşın 

cavabını verməli idi: 

—Mən heç bilməzdim ki, — dedi, — siz Təhminə haqqında 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə