Roman, povestlər



Yüklə 3 Mb.
səhifə51/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   47   48   49   50   51   52   53   54   ...   158

 179 

qalmışdı Zaur. Mat qalmışdı ki, atası neçə illər bundan qabaq 

öz həyatını dəqiq qrafik üzrə qurduğu kimi, indi onun, Zaurun 

da həyatını bu cür dəqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya, 

mənzil, evlənmə, övlad… Doğrudur, bəzən görürsən 

gözlənilməz hadisələr də olur, məsələn: ikinci dünya 

müharibəsi. Qrafik müəyyən dərəcədə pozulur. Amma hər 

halda ikinci dünya müharibəsi də, ağır yaralanması da Məcid 

Zeynallının çox gənc yaşlarında müəyyənləşdirdiyi həyat 

cədvəlini — qarşıya qoyulmuş bir məqsəddən yeni bir məqsədə 

gedən dümdüz yolu dəyişə bilməzdi. Və bu dümdüz yol üzrə 

gedən hərəkəti Məciddən sonra onun oğlu Zaur davam 

etdirməli idi. Sonra isə, inşalllah, Zaurun oğlu qədəm qoymalı 

idi bu yola… 

 

*** 

Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur 

jurnalları vərəqləyirdi ki, birdən Zivər xanım: 

—Bura bax, — dedi, —qulağıma cürbəcür sözlər çatır ha…  

Zaur "Oqanyok"dakı krossvordu gözdən keçirərək 

laqeydcəsinə: 

—Nə sözlər? 

—Səni tez-tez bir xanımla görürlər. 

"Oqonyok"u bir qırağa qoydu: 

—Nə xanımla? 

—Nə bilim, nədir onun adı — Nərminədi, Təhminədi nədi… 

Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır. 

Özünü ələ alıb: 

—Nədir ki? — dedi. 

—Yaxşıdır yenə sifətində bir az həya qalıb, — dedi anası, 

— bir gözümün içinə düz bax görüm. 

Zaur güclə gülümsündü və anasının gözlərinin içinə baxdı. 

—Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu 

gəzdirirsən? 

"Aman Allah, hər şeyi yerli-yataqlı çatdırıblar". 




 180 

—Bilmirsən ki, yerin qulağı var?… Heç ağlın var, heç bir 

beynivə vurursan? Ərli arvaddır axı… Sənin Tanka-

mankalarından deyil… 

—Kimdir bu xəbərləri sənə çatdıran?… Camaatın işi-gücü 

qurtarıb… 

—Yox, görünür sənin işin-gücün qurtarıb… Heç 

əməllərindən utanıb eləmirsən… Bura bax, gör nə deyirəm, sən 

day balaca uşaq deyilsən. Bığlı, saqqallı yekə kişisən... Mən 

heç vədə  sənin işlərinə qarışmamışam ki, hə, de də, 

qarışmamışam, yox? Amma bu səfər, bax, deyirəm, aç 

qulaqlarını yaxşı-yaxşı  eşit, gör nə deyirəm. Nə  qədər ki, 

atovun qulağına çatmayıb, biryolluq bu işdən əl çək. Bildin? 

Məsələnin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: nə 

ultimatumdur bu belə, o südəmər körpə-zaddır bəyəm? Amma 

dinmədi... Bəlkə elə Zivər xanım da gərək söhbətini burada 

xətm eləyəydi. Sözünü bununla qurtarsaydı Zivər xanım, hər 

şey bəlkə ayrı cür olardı. Amma Zivər xanım harın arvad idi, 

içində hikkəsindən qaynayırdı  və dilini dişləyib demək 

istədiklərini ürəyində saxlaya bilməzdi. Və dediyi sözlər də 

bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər xanım üz-

gözünü elə turşutdu ki, elə bil çimçəşirdi, iyrəndiyi murdar bir 

şey haqqında danışırdı: 

—İndi də sənə ilişib, — dedi, — idarəvizin bütün kişiləriylə 

fırıldaq çıxarıb doyub, indi növbə sənə çatıb?! 

Zaur yerindən sıçradı: 

—Bəsdir, — dedi, — ayıbdır səninçün, bu cür sözlər 

danışmaq... onun-bunun ara söhbətlərini təkrar eləmək 

yaraşmaz sənə... 

Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil 

barmağını dişlədi, sövq-təbii bir hisslə elə bir şeyi duydu ki, o 

hələ Zaurun özünə  də tam aydın deyildi. O vaxt, Zaurla 

Təhminənin  əlaqələri, Zaurun fikrincə, qeyri-ciddi, yüngül bir 

şey olduğu vaxtda Zivər xanım qadınlıq və analıq intuisiyası ilə 

bu əlaqələrin ciddiliyini dərk eləmişdi. 



 181 

Kinayəylə: 

—Ara söhbətləri?! —deyə  təkrar elədi. — Əcəb ara 

söhbətləridir! Bütün şəhər danışır da bu söhbətləri... Bircə 

sənin kimi uşağı  ələ salıb aldada bilərlər ki, bütün bunlar ara 

söhbətləridir, boş qeybətlərdir... Bütün şəhər bilir ki... 

—Bütün şəhər... Anget paylamısan bütün şəhərə? 

—Anket-zad lazım deyil... Hamı bilir də... Özü də onunçün 

təfavütü yoxdur kim olsun... nə idi o kişi, o yaşlı kişi var e, 

dədəsi yerindədir,  əşi sizin idarədə  işləyir, nədir o 

köpəkoğlunun adı, balaca dazbaş kişidir e, burnunda da ziyil 

var... 


Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də 

salsaydılar Zaur Dadaşın adını çəkməzdi... 

Zivər xanımın özünün yadına düşdü: 

—Hə, Dadaş, deyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, 

həyasızın qızı... Denən, cavan gəlinsən... Sir-sifətdən də 

babatsan — bu, Zivər xanımın Təhminə haqqında dediyi 

birinci və axırıncı yaxşı söz oldu: "babatsan" — cavan ərin 

var... Amma di gəl, gör kimnən eşqbazlıq  eləyir — qoca idbar 

kişiynən... 

Zaur dəqiqləşdirməyə çalışdı: 

—Deməli, belə  çıxır ki, eşqbazlıq eləməyi günah deyil, 

günahı ondaymış ki, qoca idbar kişiylə eşqbazlıq eləyir? 

—Sən mənimlə burada söz güləşdirmə... Kimnən eşqbazlıq 

eləyir — öz işidir. Bir də o əri qurumsağın işidir. Kül onun 

başına ki, bu cür arvadı evində saxlayır. Amma, bax, səndən əl 

çəksin. Yoxsa, allaha and olsun, onun başına bir oyun açaram 

ki, öz adını da yadından çıxarar. — Zivər xanım Təhminəyə nə 

edəcəyini daha da dəqiqləşdirərək  əlavə elədi. — Gözlərini 

çıxararam o it qızının... 

Zaur anasının xasiyyətinə bələd idi, bilirdi ki, anası dediyini 

eləyəndir, bütün bu əhvalat da, görünür, Zivər xanıma möhkəm 

toxunmuşdur. Zaur məsələni daha da gərginləşdirmək 

istəmirdi, odur ki: 



 182 

—Sən allah boşla görək, ay ana, — dedi. — Aramızda heç 

nə yoxdur. Bir idarədə  işləyirik, tay-tuşuq, bəlkəm indi işdən 

çıxanda bir-iki dəfə onu maşınla aparmışam, vəssalam... Nə 

böyük bir məsələ imiş ki bu? Əgər belə ürəyinə salırsansa, 

yaxşı, söz verirəm ki, bir də onu maşınıma mindirməyim, qoy 

trolleybusla getsin. — Həmişəki kimi yarızarafat tərzində 

danışırdı, amma elə bil daxili bir nigaranlıq hissi keçirirdi, 

nədənsə ona elə gəlirdi ki, Təhminəni bir növ satır və məhz elə 

buna görə, özünə vicdanı qarşısında bəraət qazandırmaqçün 

Təhminəni müdafiə eləmək istədi: 

—O ki qaldı Dadaş, — dedi, — səni yüz faiz əmin edə 

bilərəm ki, bu, yalan sözdür, böhtandır, vəssalam. Mən lap 

yəqin bilirəm, Dadaşla onun arasında heç bir şey olmayıb, ola 

da bilməz. 

—Sən hardan bilirsən? Özü sənə deyib? 

—Yox, özü deməyib.  İntəhası  mən də  həmin o idarədə 

işləyirəm və çörəyi burnuma yemirəm axı... Bu söhbət ağ 

yalandır. Amma Zivər xanım heç cür razılaşmaq istəmirdi. 

—Tək Dadaşdır bəyəm? Odey bizim qonşu da neçə vaxt 

onunla "dostluq" eləyib. 

Zaur: 


—Hansı qonşu? — deyə xəbər aldı və hiss elədi ki, bütün içi 

donub buz bağlayır. 

—Alyanın oğlu da... Spartak... Alya danışırdı, deyir, yazıq 

gedəyə aman vermirdi. Telefonumuzu, deyir, day yerindən 

çıxardırdı. Gecə bilməz, gündüz bilməz, zəngi zəngə calayır... 

Ciyəriyanmış hardan zəng vururmuş görəsən, öz evindən? Bəs 

əri balqabaq harada itib qalıbmış?.. Əh... 

İçi elə bil don bağlamışdı Zaurun, elə bil beyni ağırlaşmış, 

qıc olub qalmışdı, yavaş-yavaş özünə  gəldikcə bircə istək 

hakim kəsişirdi qəlbinə: bu saatca Təhminəylə görüşsün, 

lapdan, aman, macal vermədən soruşsun Spartak barəsində və 

cavabından asılı olaraq ya münasibətləri birdəfəlik qırılsın, ya 

da... Sanki anasının səsini də artıq eşitmirdi. Anası elə hey 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə