Roman, povestlər



Yüklə 3 Mb.
səhifə47/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   43   44   45   46   47   48   49   50   ...   158

 166 

—Nədir? 


—Gəl düşək. Bilirsən bu eyvandan nə gözəl mənzərə 

görünür. Adamın ürəyi açılır. 

—Bircə elə bu çatmırdı. Özgənin bağında nə işimiz var? 

—Tərsliyinə salma, bircə dəqiqəliyə düşək.  

Zaur könülsüz-könülsüz maşından çıxdı. 

—Deyəsən, sən bu eyvandan çox seyr eləmisən mənzərəni, 

dedi. — Heç ağlıma da gəlməzdi ki, sən Murtuzovgilə gedib-

gəlirsən? Bakıda da gəliş-gedişiniz var? Bəs nə  əcəb heç 

rastlaşmamışıq bizim həyətdə? 

—Əşi, yox, canım. Bakıda heç evlərini tanımıram. Bu bağda 

da bircə dəfə olmuşam... Qonaqlıq idi, çoxlu adam vardı, mən 

də haradansa gəlib düşmüşdüm onların kompaniyasına... 

—Kim verirdi qonaqlığı, Spartak, ya Murtuz Balayeviç? 

—Murtuz Balayeviç kimdir. Spartakın atası? Heç onun 

sifətini də görməmişəm. Qonaqlığı Spartak düzəltmişdi... O 

vaxt mənim rəfiqəmlə gəzirdi. Deyəsən, Spartakın ad günü idi, 

yadımda deyil, bir söz, məni də dartıb gətirdilər. 

—Sən əlbəttə, tək idin, ərsiz... 

—Allahu-əkbər. Nə belə  məni sorğu-suala tutmusan? hə, 

Manaf, deyəsən doğrudan da Bakıda yox idi. 

Zaur: 

—Tiflisdəydi, — dedi və dərhal da dediyinə peşman oldu... 



Elə bil Təhminə birdən-birə söndü, içinə çəkilib büzüşdü. Axı 

hər ikisinin yadında idi: Təhminə Zaura özü demişdi ki

Manafın Tiflisdə aşnası var, ara-sıra bəhanə tapıb onun yanına 

cumur. İndi Zaur ona məhrəmliklə açılmış bu sirri şapalaq kimi 

çırpmışdı Təhminənin üzünə. 

Təhminə qəmli-qəmli başını buladı. 

—Özün bil, — dedi. — Mən istəyirdim ki, eyvandan 

baxasan, dəniz, kənd çox qəşəng görünür. İstəmirsən baxma, 

daha məni sancmaq nəyə lazımdır? 

Zaur günahını yumaq üçün yumşaqlıqla: 

—Axı qapı bağlıdır, — dedi   və  nəvazişlə      Təhminənin 



 167 

gözlərinin içinə baxdı. 

Təhminə, doğrudan da, elə bil yumşaldı. 

—Bəs uşaqlıqda heç üzüm oğurluğuna getməmisən? — 

dedi.— Bir yandan da idmançısan hələ, aş görüm bu barını. 

Zaur da bu yarızarafat danışıq və davranış tərzini saxlamağa 

çalışdı, odur ki, qıvraq bir hərəkətlə tullanıb barının üstündən 

yapışdı, dartınıb hasarın üstünə  çıxdı  və o tərəfə  aşdı... 

Darvazanı taybatay açdı və Təhminəni içəri dəvət elədi. 

—Buyuracaqsınız, xanım, — dedi. 

Axar-baxarlı eyvandan dənizin, sahilin, qəsəbənin geniş 

mənnzərəsini seyr edirdilər. Eyvanın döşəməsində azı bir on 

cüt köhnə, yırtıq çəkmə, məst vardı. Onların arasında nimdaş 

dikdaban qadın ayaqqabıları da vardı, 

Təhminə: 

—Vaxtilə bu ayaqqabılar dəb idi, — dedi və qəfilcən xəbər 

aldı. — Bacısını necə, tanıyırsan? Spartakın bacısını. 

—Firanı?  Əlbəttə, tanıyıram. Dedim axı — bizim 

qonşularımızdır. Nədir ki? 

—Heç. Deyirlər, çox gözəl qızdır, mən görməmişəm... 

—Bilmirəm, — dedi, — fikir verməmişəm: gözəldir, ya yox. 

Zaur bunu müəyyən  əsəbiliklə dedi, çünki xoşu gəlmirdi 

Murtuzovlardan. Doğrudur, Fira haqqında bunu deyə bilməzdi, 

bu cavan qızcığazdan nə xoşu, nə acığı  gəlirdi. Elə bil o heç 

yoxmuş, amma ata-anasından, illah da qardaşından zənd-

zəhləsi gedirdi. 

—Hər halda, — dedi, — Fira ailələrinin başqa üzvlərindən 

bir cəhətcə üstündür ki, dinib danışmır, heç olmasa həmişə 

susur... 

—Deyəsən, onlarla aran yoxdur, hə? Doğrudan a, heç 

ağlıma gəlmir, — harda görünüb ki, qonşu-qonşuyla yola 

getsin... Mətbəxdə  yəqin gündə dava-mərəkədir, xəlvətə salıb 

bir-birinizin qazanına çəngəylə duz atırsız, elədi? 

Zaur quru tərzdə dedi: 

—Çox üzr istəyirəm, amma bizim mətbəxlərimiz ayrı-



 168 

ayrıdır, mənzillərimiz də başqa-başqa mərtəbələrdədir . 

—Belə de. Onda deməli qonşuyla  ədavət daha yüksək 

zəmindədir? Murtuzovgil təzə fin mebeli alıblar, amma 

bizimki, Zeynalovlarınkı köhnə ərəb mebelidir, dad-bidad! 

Zaur: 


—Adamı sancıb-dalamaqdan ləzzət alırsan? — dedi, 

—Yaxşı, yaxşı, mısmırığını sallama, canım-ciyərim, — 

dərindən nəfəs aldı, — ciyər demişkən, dərindən nəfəs al, Zaur, 

— dedi, — çək bu havanı ciyərlərinə, məcundur bu... Oxqay... 

Zaur siqaret çıxartdı. Təhminə: 

—Çəkmə, — dedi, — özünü zəhərləmə. Bir bu təmiz dəniz 

havasını doyunca ud. 

Zaur siqareti qutusuna qoydu. 

—Ay səni Zaurik, qiyamət oğlansan. 

—Yaxşı, söhbətimiz yarımçıq qaldı axı... Başa salmadın 

məni ki, niyə bu axırıncı görüşümüzdür və  nə  səbəbdən 

ayrılmalıyıq. 

—Nə səbəbdən? — Təhminə çiyinlərini çəkdi. — Bunu izah 

eləmək uzun çəkərdi. O qədər səbəb var ki... Məsələn, belə bir 

səbəb: birdən bir səhər yuxudan durarıq, görərik ki, bir qəlbdən 

min qəlbə  aşiq olmuşuq bir-birimizə. Hər halda ikimizdən 

birimiz, tutalım elə  mən, aşiq oldum sənə, vuruldum. Onda 

necə olsun?.. Kimə lazımdır bu — sənə, mənə?.. Bir də ki... 

ümumiyyətlə, axı  həyatı  qəlizləşdirmək neçin, hə? Onsuz da 

cəncəldir bu həyat... 

Zaur düşündü ki, onu düz deyir, həyatı qəlizləşdirmək nəyə 

gərək? 


—Axı belə məlum oldu ki, bu cəhətdən arxayınçılıqdır, —  

dedi. — Sən aşiq olub eləyən deyilsən, olsaydın olardın da, üç 

aydır görüşürük — vurulub eləməmisən ki? — "Aşıq olmaq", 

"vurulmaq" sözlərini hər ikisi yüngül bir istehzayla tələffüz 

edirdi. — Hə, vurulmamısan ki, mənə? Düz demirəm? 

Təhminə: 

—Bəs sən? — dedi. 



 169 

—Mən! 


—Bəli, sən. Sən necə, vurulmusan?.. 

—Əlbəttə. Bu nə sözdür. Mən elə birinci görüşümüzdən 

dəli-divanəyəm... Axı  sənə  də ilk görüşdən dedim ki sevirəm 

səni... Məcnun kimi, mən nə bilim, Kərəm kimi, Fərhad kimi... 

—Dayan, dayan, küyə basma... Demək — bir şeydir, 

duymaq, dediklərini doğrudan-doğruya hiss etmək — başqa 

şey... Bir də ki, sən bütün bu yağlı dilləri o vaxt, üç ay bundan 

qabaq tökürdün, onda aramızda heç bir şey yox idi. Bəs indi, 

indi də bu sözləri təkrar eləyə bilərsənmi. Belə yarızarafatnan, 

lağ-lağıya sala-sala, masqaraya qoya-qoya yox, ciddi-ciddi, 

tam ciddiliklə... dilinə gətirə bilərsən bu sözləri?.. 

—Dəli olmusan, Təhminə?.. Əlbəttə, mən zarafat eləmirəm, 

ciddi sözümdür, doğrudan da sevirəm səni... vurulmuşam 

sənə... 


Zaur bu sözləri deyirdi, amma özü də hiss edirdi ki, 

tamamilə tutumsuz, içi boş sözləri tələffüz edir, bu sözlərin 

dalında duran duyğuların heç birini həqiqətdə yaşamadan deyir. 

Hətta bu yarızarafat tərziylə  də gizlədə bilmirdi yalanını  və 

Təhminə də bunu dərhal duydu: tükü-tükdən seçərdi Təhminə... 

—Yaxşı, di boşla, Zaur, — dedi. — Adamın lap ürəyi qalxır 

sənin bu sözlərindən... havayı-havayı danışdıq, bəsdir. 

Zaur  əlini Təhminənin üzünə  çəkdi. Bilirdi ki, sözlər kara 

gəlməyəndə, gücsüzləşəndə köməyə  hərəkətlər,  əllərin 

nəvazişi, sığal, təbəssüm yetir. Təhminə onun əlindən yapışdı, 

bir qədər öz sifətində saxladı Zaurun əlini, sonra üzündən 

araladı, çevrilib ovcunun içinə baxdı. Elə baxdı, elə bil Zaurun 

əlinin içini birinci dəfəydi görürdü. 

—Əllərin nə iridir, Zaurik! — dedi. 

Haradansa, çox uzaqlardan elektrik qatarının səsi gəldi və 

bu səs uzun müddət havada qaldı, sonra yavaş-yavaş  əriyib 

itdi... 

Təhminə  şəhadət barmağını Zaurun ovcunun içinə dirədi, 

yumşaq, pişik cırmağı kimi iti bir hərəkətlə  dırnağını Zaurun 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə