Roman, povestlər



Yüklə 3 Mb.
səhifə55/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   51   52   53   54   55   56   57   58   ...   158

 192 

yandan başlanardı bu söhbət,      filankəs  oğlunu evləndirdi

peşmankəs qızını ərə verdi, filançün elçi gediblər. Sonra Zivər 

xanım hərləyib-fırlayıb gətirərdi sözü Zaurun üstünə, başlardı 

ki, bəs, daha yekə  oğlansan, evlənmək vaxtındır, nə çağacan 

subay gəzib dolanacaqsan, bizim də day o yaşımız deyil, atan 

iki dəfə infarkt keçirib, mənim özümü bu andıra qalmış astma 

lap  əldən salıb, rəvadırmı ki biz bu dünyadan nisgilli, nakam 

köçək, oğlumuzun  şad gününü görməyək, bircə balamızçün 

elçi düşməyək, könlü istəyən, gözü tutan bir təmiz qızın 

"həri"sini almayaq toyunda sındıra-sındıra oynamayaq, totuq-

motuq nəvələrimizi atıb-tutub oynatmayaq və s. qəbildən 

sözlər, sözlər, sözlər... boş-boş sözlər. Xeyr, bağışlayacaqsan, 

boş-boş sözlər deyil bunlar... Bizim cavanlığımız çətin keçib, 

aclığa,  kasıbçılığa, ehtiyaca, sıxıntıya dözmüşük, amma bir 

arzumuz olub, atanın da, mənim də ki, barı balamız xoşbəxt 

olsun, bu dünyada heç nədən korluq çəkməsin, halal südəmmiş, 

pak, təmiz bir qıza rast gəlsin, evlənib oğul-uşaq sahibi olsun, 

biz də qoca yaşımızda baxıb fərəhlənək, ürəyimiz böyüyüb 

dağa dönsün, o səadət ki, cavanlığımızda bizə  nəsib olmadı, 

oğlumuzun, nəvələrimizin qismətinə düşsün, elə bizim 

xoşbəxtliyimiz də onların xoşbəxtliyidir də... 

Zaur bütün bu bəlağətə səbirlə tab gətirər, bığaltı qımışar, nə 

"hə", nə "yox" deyərdi, amma bu səfər anasının nitqinə təzə bir 

cəhət  əlavə olundu, uzun-uzadı  və mücərrəd arzuları bu səfər 

konkret bir adla bağlandı. Əvvəl Zaura elə gəldi ki, səhv eşidib. 

—Nə? — deyə xəbər aldı, — hansı Firəngiz? 

—Qonşumuzu deyirəm də, Alyanın qızını... 

Bu ad, bu təklif o qədər gözlənilməz idi ki, Zaur hətta özünü 

itirdi:  

—O ki lap uşaqdır. 

—Uşaq niyə olur, on doqquz yaşı var. İnstitutda oxuyur. 

Səndən cəmi-cümlətanı beşcə yaş kiçikdir. Elə-belə  də 

olmalıdır da, ər gərək arvaddan bir az böyük olsun. 

Əlbəttə, Zivər xanım özüylə    əri arasındakı yaş  fərqini 



 193 

nəzərdə tuturdu — səkkiz yaş kiçik idi ərindan. 

—Ata-anasının  əməlli-başlı könülləri var e... Alya neçə 

kərəm işarə vurub mənə... Deyir, sən xoşbəxtsən, bir oğlun var, 

oğlanın işi nədir ki, halva... Odey, mənim də  oğlum var, bir 

qırnıq nigarançılığın çəkmirəm onun. Amma qız ayrı 

məsələdir. Rastına kim çıxacaq anası ölmüşün, hansı evə, hansı 

ocağa düşəcək.... Mənim qızım, deyir, bir açılmamış qönçədir 

tale, deyir, görən kimin bağına salacaq balamı... Adam, deyir o 

vaxt ürəyin buz kimi eləyir ki, qabaqcadan qızıvı köçürdüyün 

ailəni tanıyasan. Day mən də lap key Balaxanım deyiləm ki, 

bilirəm bu sözləri bizimçün deyir... Başa düşürəm bu xalı hara 

vurur... 

—Yaxşı  nə qaçhaqaçdır, nə olub belə, qızı qarıyıb evdə 

qalıb ki? 19 yaşı var da qızın anası nə belə əl-ayağa düşüb? 

—Ay-hay... Mən nə deyirəm, bu nə deyir... Əşi başa 

düşmürsən nə məsələdir? Nə olsun 19 yaşı var? Bu gün-sabah 

ərə gedəsidir. Alya xanım da ondan nigarandır ki, kimə 

gedəcək, hansı evə, hansı ocağa düşəcək. Bir yandan da bizə, 

bizim ailəyə  bələddir, səni tanıyır, gözünün qabağında 

böyümüsən, hansı ana istəməz ki qızı nəcib yerə düşsün? 

—Yaxşı, bəs sənə  nə düşüb bu cür canfəşanlıq eləyirsən. 

Xalqın dərdi-səri sənə qalıb?.. Cavan, göyçək qızdır, vaxtı 

gələr, gedər ərə də. Sən niyə onun dərdəni çəkirsan? 

—Mən bəyəm onun dərdini çəkirəm? O qız evdə qalmayacaq

mən səni fikirləşirəm... Belə  qızlar çöldə tökülüb qalmayıb ki... 

Gözəllik deyirsən — gözəllik, ağıl deyirsan — ağıl, yaxşı, 

hörmətli ailə deyirsən-yaxşı hörmətli ailə, abır-həya, ismət, adamı 

görəndə pul kimi qızarır, day sənə  nə lazımdır?… Belə  qıznan 

evlənərsən ömrün boyu ürəyivi buz kimi eləyərsən, heç kimin 

yanında da başın aşağı olmaz... Sən, deyəsən, belə-belə  şeyləri 

hələ əməlli-başlı qanıb eləmirsən? 

Qəribədir ki, Zivər xaiım Firəngizin bütün məziyyətlərini 

bir-bir sadaladıqca qeyri-ixtiyari Təhminə  gəlib durdu Zaurun 

gözləri qarşısında və Zaur bu saatca durub Təhminəyə  zəng 



 194 

eləmək, onunla görüşmək istəyini güclə boğurdu. 

Zivər: 

—Sabah sənin ad gününə gələcəklər, — dedi. 



Zaurun fikirləri tamam başqa yerdə olduğu üçün bu 

xəbərdən diksindi: 

—Gələcəklər? Kim gələcək? 

—Necə  yəni kim? Bəs sahərdən bəri  kimdən danışıram… 

Qonşularımız —Alya, əri... qızlarını da gətirəcəklər. 

Zaurun elə bil içində çıraq alışdı: neçə olub ki, bunu nəzərə 

almayıb. Sağ olsun anası, yadına saldı: axı, sabah ad günüdür. 

Təhminədə də bilir bu günü, dəftərçəsinə da yazıb. Deməli, bax 

bu günü gözləyirmiş, ona görə  zəng eləmirmiş. Bəhanə lazım 

imiş ona zəng eləməkçün, yenidən görüşməkçün, bütün 

əlaqələrini yenidən bərpa eləməkçün... Əlbəttə ki, belədir, 

İndi Zaur sevinclə düşünürdü bu barədə: çoxdan bəri, ta lap 

uzaq körpəliyində qalmış uşaqlıq illərindən bəri heç bir zaman 

ad günü haqqında belə    bır intizarla düşünməmişdi. Uşaqlıq 

illərindən bəri həmişə bu gün — Zaurun ad günü onu 

darıxdırardı, axı, bu gün onunçün tamamilə yad və yabançı 

olan qohumlar toplaşar, bayağı söhbətlər edər, duzsuz sağlıqlar 

deyərdilər, sentyabr ayı olduğu üçün hələ isti olardı. Hamının 

pal-paltarı islanıb bədəninə yapışardı, otaqlarından tər iyi 

gələrdi və Zaur səbirsizliklə məclisin qurtarmasını, qonaqların 

dağılışmasını gözlərdi.  İndi isə sabahkı gün haqqında xoş bir 

intizarla düşünürdü. Ona qiymətli bir hədiyyə bəxş edəcək gün 

kimi... Gözlənilməz sevinclərlə dolu olan bir gün kimi… 

Uşaqlıqdakı kimi… 

 

*** 

Ad günü deyil, ad gününün axşamı  zəng elədi... Daha 

doğrusu, gecəsi. Gecə yarını keçmişdi və  təqvimdə, doğrudan 

da, sentyabrın 23-ü idi — Zaurun ad günü. Zaur yatağına 

girmişdisə  də, hələ yatmamışdı. Evin hər yerində  işıq 

sönməyincə  və bütün səslər kəsilməyincə yuxulaya bilmirdi. 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə