Roman, povestlər



Yüklə 3 Mb.
səhifə63/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   59   60   61   62   63   64   65   66   ...   158

 218 

ən çox. Pirşağıdakı bağlarından, yayın son günlərindən

çimərlikdə düzülmüş əlvan pioner dəstələrindən, bazar günləri 

həmişə saat ikidə verilən muğamat konsertlərindən — aram 

melodiya dənizin, qızmar sahilin, odlu qumların üstündən tüstü 

kimi uçub gedirdi. Uşaqlığından əbədi tərk olunmuş diyar kimi 

danışırdı, elə bil, didərgin, itkin düşmüşdü bu diyardan... 

Qızmış qumlar günorta çağı yalın ayaqlarını yandırardı, 

axşamlar isə qumlar soyuq və  nəm idi. Gecə qonşularıgildən 

evlərinə qayıdanda üzüm meyvələrinin arasından hoppanarkən 

qorxurdu ki, birdə gümüşü ayın ziyasında, boz qumların içində 

görünməz olmuş ilanı basdalar, ilan qayıdıb çalar onu. 

Qonşularıgildə  aşiq olmuş ilanlar haqqında  əfsanələr 

danışırdılar, and içirdilər ki, ilanın bir qıza bənd olub onu təqib 

etməsini öz gözlərilə görən olub... Qonşuda onun tay-tuşları 

balaca uşaqlar çox idi... cürbəcür oyunlar oynardılar, bir-birinə 

qorxulu  əhvalatlar danışardılar, gecəyarısı balaca Təhminə 

evlərinə qayıdanda bu qorxulu nağılların vahiməsindən 

xoflanardı, aylı gecədə qarışıq kölgələrdən eymənərdi,  əti 

ürpəşərdi... Eyvanlarına ayaqlarının ucunda qalxardı ki, atasını 

və  nənəsini oyatmasın, ehmallıca miçətkənin altına girərdi, 

amma yuxulamazdı, iri ulduzlarla bəzənmiş açıq yay səmasına 

baxar və uzaqdan — neftçilərin istirahət evindən eşidilən 

musiqi səslərinə qulaq verərdi. Orada rəqs edərdilar. Cürbəcür 

musiqi havaları çaldırardılar, amma hər gecə  ən axırda eyni 

tanqoyla bitirərdilər bu konserti, həmin tanqo indiyəcən 

Təhminənin qulaqlarındadır, sözlərini də xatırlayır... Bu 

tanqoda deyilirdi ki, batan günəş həzin-həzin dənizlə vidalaşır. 

İndinin özündə də tasadüfən bu tanqonu eşidəndə gözləri dolur, 

uşaqlığı, bağları, atası yadına düşür. Neftçilərin istirahət evində 

Təhminədən on-on iki yaş böyük oğlanlar və  qızlar rəqs 

edərdilər, onların aləmi özgə bir aləm idi, musiqi, tanqolar, aylı 

gecələrdə sahil gəzintiləri, görüşlər və ayrılıqlar, sevgi və şirin 

ağrılar vardı bu aləmdə. Təhminə sevinirdi ki, bu aləm 

onunçün hələ irəlidədir... 



 219 

Anası yadına gəlmirdi, yaş yarımında itirmişdi anasını, onu 

yalnız köhnə, saralmış fotolarına görə xəyalında canlandırırdı, 

lap uşaq yaşlarında möcüzəyə inandırmışdı özünü ki, anası 

ölüb eləməyib, hardasa uzaq bir yerdədir, bir gün gəlib çıxacaq. 

Təhminəyə iri, yaraşıqlı kukla, çoxlu konfet və — nədənsə 

bunu həmişə düşünürdü — sarı, güllü iri çətir gətirəcək... 

Anasını uzun ağappaq paltarda təsəvvür eləyirdi həmişə, özü 

də  həmişə onu lalələrlə dolu olan ucsuz bucaqsız bir 

düzənlikdə görürdü. Anasının səsini, danışıq tərzini heç cür 

xəyalında canlandıra bilmirdi, odur ki, anası haqqında 

düşünəndə onun səsini tanış qonşu qadınlarından birinin səsi, 

danışıq tərzi kimi qavrayırdı.  İllər keçdikcə yaşı artdıqca 

Təhminə bu xəyalların puçluğunu başa düşürdü. Nənəsi bir 

dəfə ona anasının qəbrini də göstərmişdi. Artıq dərk edirdi ki, 

anası doğrudan-doğruya ölüb və heç zaman gəlməyəcək. 

Amma buna baxmayaraq, ulduzlu yay gecələrində yenə  də 

anası haqqında düşünürdü, indi daha gələcək zamanda yox, 

keçmiş zamanda... Anasının bir gün diriləcəyini, qayıdıb 

gələcəyini fikirləşmirdi, anasının bir vaxt necə, nə sayaq diri 

olduğunu, yaşadığını  təsəvvüründə yaşatmaq istəyirdi... 

Xəyalında canlandırırdı anasının və atasının cavanlıqlarını  —

lap gənc vaxtlarını. O çağı ki, o vaxt heç Təhminə  də yer 

üzündə yox imiş, hələ atasıyla anası  təzə-təzə  gəzməyə 

başlayıblarmış. Təhminə gözlərini yuman kimi aylı gecə, dəniz 

sahilini görürdü və cavan atasıyla cavan anası məhz bu sahildə 

görüşürdülər,  ay  da  məhz bax elə indiki kimi işıqlandırırdı 

qumları, suları, uzaqdan da məhz elə bu musiqi — bu kədərli 

tanqo eşidilirdi və atasıyla anası — ikisi-boş sahildə onlardan 

başqa heç kəs yox idi —uzaqdan gələn musiqi sədaları altında 

tanqo rəqsini oynayırdı və ikisi də bilirdi ki, bu son rəqsləridir, 

indi, bu an — xoşbəxtdirlər, amma bu xoşbəxtlik bitməyə, 

qurtarmağa, bir daha qayıtmamağa məhkum olmuş bir 

bəxtiyarlıqdır. Sonra Təhminə dedi ki, lap bu yaxınlarda, bir ay 

bundan qabaq yenə yuxuda ata-anasını görmüşdü, anası uzun 



 220 

ağ paltarda, atası isə yaxası açıq apaş köynəkdə idi, aylı 

gecədə, həmin o sahildə rəqs edirdilər. Yuxuda həmin tanqonu 

da eşidirdim: "Utomlennoe solnüe nejno s morem prohalosğ". 

"Yuxuda elə ağlayırdım, hıçqırıq boğurdu məni, bütün yastığım 

göz yaşlarından islanmışdı, — bir an susub, əlavə etdi. — 

Manaf oyatdı məni ki, nə olub sənə belə"... 

İlk dəfə Manafın adını  çəkdi, amma heç bir şey danışmaq 

istəmirdi  əri haqqında. Qonşusu Mədinə haqqında danışırdı, 

deyirdi ki, Mədinə əsl dostdur, qadınlar arasında bu cür etibarlı 

dost tapmaq çətin məsələdir. Mədinə heç bir vaxt məni satmaz, 

deyirdi, Dadaş haqqında danışırdı, deyirdi ki, Dadaşdan 

qurbağadan, siçandan çimçişən kimi çimçişir, o idarədə 

stollarının yaxın olmasına belə güclə tab gətirirdi, çünki belə 

məsafədə  də Dadaşdan həmişə  tər iyi gəlirdi, lap ürəyim 

bulanırdı... Nemətdən danışırdı, deyirdi ki, bir dəfə Nemət gecə 

saat dörddə  mənə  zəng eləmişdi, yox, ay axmaq, əlbəttə, eşq 

elan eləmək üçün yox, kim gecənin bu vaxtı  eşq elan eləmək 

üçün zəng vurar, yox, ürəyinin dərdlərini danışırdı. Nemət, 

deyirdi ki, həyat onu sıxır, boğur, mən nə bilim nə, insandır 

da... Spartak? Əşi, nə yapışmısan bu Spartakdan? Axmağın, 

yelbeyinin biridir Spartak... Amma deyim sənə, o qədər də 

axmaq deyil ha, hər halda yaxşıca pul qazanmağın fəndin 

bilir... Bilirsən heç necə dövlətlidir Spartak? Atasının pulu! 

Ay-hay, atası pensiyaya dolanan adamdır, atasının o qədər pulu 

hardandır, əksinə, Spartak dolandırır atasını da, anasına da, elə 

bacısını da geyindirib-kecindirən Spartakdır, hə, tamam 

yadımdan çıxmışdı, axı, onun bacısı  sənin gələcək adaxlındır, 

baxtın kəsib, Zaurik, Spartak bacısıyçün bir cehiz verəcək, gəl 

görəsən, bütün ömrün boyu Spartakın hesabına kefnən yaşaya 

bilərsən, yaxşı, yaxşı, qaşqabağını sallama, zarafat eləyirəm də, 

zarafatdan inciməzlər ki, sənə qurban olum. Spartak kimdir? 

Spartak sənin dırnağına da dəyməz, o niyə  səni saxlasın ki... 

Amma zarafat bir yana qalsın, Spartak pula pul demir... 

Moskvaya gələndə üç-dörd oteldə nömrə saxlayır. Niyə? Nə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə