Roman, povestlər



Yüklə 3 Mb.
səhifə71/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   67   68   69   70   71   72   73   74   ...   158

 245 

olub, rejissordur, bəlkə tanıyırsız. Adını xüsusi bir səylə 

tələffüz elədi: Ağamehdi... 

Muxtar dedi ki, tanıyır belə bir adamı. 

Lena dedi ki, çox maraqlı  məxluqdur. Lenaya nələr vəd 

eləmirmiş ki, həmişəlik Bakıda qalsın. 

Saşa Zaurdan xəbər aldı ki, siz də rejissorsunuz? 

Zaur cavab verdi ki, xeyr rejissor deyiləm, tüfeyliyəm, çıxıb 

ata-anamın boynunda oturmuşam. 

Saşa sakit-sakit cavab verdi ki, bu da pis peşə deyil, həm də 

gör necə  gərək məharətin olsun ki, özün də valideynlərinin 

boynunda oturasan, hələ arvadını da orada əyləşdirəsən. 

Təhminə, məzəmmətlə başını buladı, yəni ki, niyə, axı, belə, 

Zaur. 


Zaur cavab verdi: 

—Ona görə belə deyirəm ki, sizin bütün bu söhbətləriniz lap 

məni boğaza yığdı daha, — Kann festivalı, Fellini, ağ 

yelkənlər, nə bilim, daha nə cəfəngiyat. Sonra əlavə elədi: — Ə 

samıy obıknovennıy, prostoy çelovek... 

Lena: 


—Nu, gto uje skuçno, — dedi, — kakaə-to demaqoqiə 

poşla. Davayte luçşe vıpğem. 

Saşa: 

—İskustvo prinadlejit narodu, — dedi və Zaura müraciət 



elədi: — A mejdu proçim, predstavitelğ prostoqo naroda, qde 

gto vı dostali takie şikarnıe tufli, ə ix daje v Parije ne moq 

kupitğ? Posmotri ka, Len... 

Hamı Zaurun çəkmələrinə baxdı. Zaur nə isə fikirləşib, dedi 

ki, satıram, özü də qət təzədir... Saşa soruşdu ki, neçəyə, Zaur 

dedi ki, qırx manata, özüm almışam. Məlum oldu ki, Saşayla 

ayaqlarının ölçüləri də eynidir 42. Zaur gördü Saşanın, 

deyəsən, doğrudan da meyli var, dedi, amma bircə şərtim var, 

sövdamız bax indicə, elə buradaca baş tutmalıdır. Mən öz 

ayaqqabımı sizə satıram, sizin ayaqqabılarınızı özüm geyirəm, 

üstəlik də mənə qırx manat pul verirsiz... Saşa fikirləşdi və dedi 



 246 

ki, razıyam. 

Muxtar da, Təhminə  də, hətta Lena da bilmirdilər, onlar 

zarafat edir, ya ciddi danışırlar, amma Zaurla Saşa artıq 

çəkmələrini dəyiş-düyüş eləmişdilər. Saşa: 

—Len, day emu sorok rubley, — dedi. 

—Da ne çudi tı... 

—Day qovorö. Tufli je blesk, gto on po pğənke otdaet, 

protrezveet eşe peredumaet. 

Lena, doğrudan da, sumkasından qırx manat çıxardıb Zaura 

verdi və Muxtar dedi ki, onda gəlin içək Saşanın təzə 

çəkmələrinin  şərəfinə... Təhminə dedi ki, həm də Zaurun təzə 

çəkmələrinin şərəfinə. 

Zaur üzr istəyib, stolun arxasından durdu, ehmallıca 

ofisiantı  kənara çağırdı, hesabı bilib pulunu verdi. Sonra 

qayıdıb öz yerində oturdu. 

Saşa dedi ki, yaxşı, vaxtdır, hər  şeyi yedilər, içdilər, 

qurtardılar,  əntiqə  çəkmə  də qazandı aralıqda, indi isə evə 

getmək lazımdır, işıqları da söndürərlər daha. 

Hamı yerindən durdu. 

Muxtar: 

—Siz gedin, — dedi, — mən gəlib çataram sizə. — Zaur 

gedə-gedə yavaşca çevrilir, Muxtarın ofisiantı çağırmasına 

ləzzətlə göz qoyurdu... Küçəyə  çıxdılar. Binanın qapısındakı 

bir neçə maşını sahibləri işə salır, qızdırırdılar. Bir maşından 

Lenayla Saşanı çağırdılar. 

Saşa və Lena Təhminə  və Zaurla görüşdülər, dedilər ki, 

qonşularıdır çağıran. Aeroport metrosuna tərəf gedirlər, onsuz 

da yolları ayrılır. Muxtara da salam desinlər, heyf ki, sabah 

Kiyevə getməlidirlər, yoxsa görüşərdilər, bir də Moskvaya 

gələndə mütləq zəng vursunlar, hökmən görüşmək lazımdır. 

Keçib maşına mindilər, pəncərədən  əl elədilər, maşın yola 

duşüb uzaqlaşdı... Muxtar elə bu vaxt çıxdı binadan. 

—Ayıb deyilmi, Zaur, — dedi. — Axı, mən dəvət 

eləmişdim, siz niyə vermisiz hesabı? 



 247 

Zaur: 


—Təzə çəkmələrimin şirnisini verdim, — dedi. 

Təhminə: 

—Nə? Deməli sən... — deyə sözə başladı və birdən hər şeyi 

başa düşdü, — ağılsız… 

Sonra sözünü yarımçıq kəsib, Zaurun boynuna atıldı, 

ayaqlarını da yerdən üzüb havadan sallandı. Zaur da onu 

bağrına basıb o yan-bu yana hərləyirdi və elə bil hər ikisi 

Muxtarın burada olduğunu unudaraq uşaq kimi şən gülüşürdü. 

Muxtar: 

—Metroya getmirsiniz? — dedi. "Siz" — yəni Təhminəylə 

Zaur. 

Zaur: 


—Yox — dedi. — Piyada getmək istəyirik. 

Muxtar tələsik vidalaşıb getdi. Becid addımlarla metro 

stansiyasına tərəf gedirdi. Zaur arxadan onun azacıq bükülmüş 

yorğun kürəyinə baxır və Muxtar haqqında onun özünün 

tapdığı obrazlarla düşünürdü: qırışıb-əzilmiş yelkən, heç bir 

zaman daha yelkən ola bilməyəcək ağ parça... qayıqları, uzaq 

cənub dənizlərini isə ancaq yuxularında görə bilər... Özgə 

şəhərdə, qərib oteldə, tənha nömrədə yatıb gördüyü 

yuxularda... 

 

 



Səkkizinci fəsil 

 

Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə, 



Şəhrə düşmüş mən səni sevdim deyən avazələr. 

 

Telefonun dəstəyini Təhminə özü götürdü. Zaur: 



—Xoş gördük. Xoş gəlmisən, — dedi. 

Təhminə: 

—Sağ ol, — dedi, səsində nə sevinc vardı, nə intizar. Elə bil 

Zaurla on dəqiqə bundan qabaq ayrılmışdılar. Halbuki son 




 248 

görüşlərindən bir həftə keçmişdi, bu bir həftə  ərzində Zaur 

Moskvadan uçub Bakıya gəlmişdi, Təhminə üç gün də 

Moskvada qalmışdı, sonra isə qatarla o da Bakıya yollanmışdı. 

Dünən gəlib çıxmışdı Bakıya, bu gün isə Zaur ona avtomatdan 

zəng eləyirdi. 

—Bəs dedin gələn kimi zəng vuracam? Dünəndən gəlmisən, 

zəng eləmirsən. 

Təhminə: 

—Nə bilim, vallah, — dedi, səsi soyuq idi. Küləkli boz bir 

payız günü idi, elə bil Təhminənin səsinə  də çökmüşdü bu 

günün soyuqluğu, tutqunluğu. 

—Sevirsən məni? 

Təhminə: 

—Aha, — dedi, amma elə biganəliklə dedi ki, deməsəydi 

yaxşıydı. 

—Haçan görüşək? 

Bir az sükutdan sonra Təhminə: 

—Mən özüm sənə zəng vuraram, — dedi. — İdarəyə... 

—Haçan?  

—Bilmirəm baxarıq... 

—Bu gün? 

—Yox, bu gün yox, sabah, birisi gün də yox... bir neçə 

gündən sonra...  

—Axı niyə axı?.. Nə olub ki, bəlkə bir hadisə baş verib hə? 

—Yox, Zaur heç bir şey olmayıb. Amma işim var, bir 

məsələni həll eləməliyəm. Səndən də xahiş edirəm, bu günlər 

zəng vurma mənə. Bir neçə gündən sonra, bir həftədən sonra 

təxminən, özüm səni taparam, yaxşı? 

Zaur həvəssiz: 

—Yaxşı, — dedi. — Özün bil... 

Zaur birdən—birə yenə də: 

—Sevirsən məni? — deyə soruşdu. 

Təhminə tələsik: 

—Hə, hə, sevirəm, — dedi və Zaura elə gəldi ki, bu sözləri 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə