Roman, povestlər



Yüklə 3 Mb.
səhifə69/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   65   66   67   68   69   70   71   72   ...   158

 238 

maddi ləzzətlərindən daha azmı zövq verir insana? Muxtar 

niyyətlərindən, həyata keçməmiş arzularından danışırdı — 

ayrı-ayrı səhnələr, parçalar, obraz — dağıntıları... 

—İçərişəhər haqqında film çəkmək istərdim, — deyirdi. — 

İçərişəhərin evləri yadınızdadır da... Bax, bütün hadisələr bu 

evlərdə, həyətlərdə, o dar küçələrdə gedərdi, finalda isə — 

finalını elə aydın görürəm ki, filmin, tez-tez yuxuma girirlər bu 

kadrlar — finalda İçərişəhər evlərinin damlarını göstərərdim və 

damlardan birinin üstünə zil qara paltarlı  gənc, gözəl bir qız 

paltar sərərdi... İpin üstündə ağlar, mələfələr, balış üzləri asılıb. 

Hamısı da ağappaq, meh onları yellədir və qara paltarlı qız da 

bu ağ parçaların arasında görünüb itir, göy üzü açıqdır, uzaqda 

da gömgöy dəniz... bu bir növ rəqsdir-ağ parçaların, qara 

paltarlı qızın, küləyin rəqsi... Amma eyni zamanda kəndirdəki 

ağlar elə bil yelkəndir və bu evlər də yelkənli qayıqlardır, 

uzaqdakı mavi dənizin içində üzürlər... Başa düşürsüz, 

kameranı elə nöqtədə qoyardım ki, evlərin damı  gəmi 

göyərtəsinə oxşardı  və  ağlar da yelkən kimi dənizin fonunda 

görünərdi-həm plastik obrazdır bu, həm də  rəmzi... Biz çox 

vaxt yelkənləri döşəküzünə çeviririk, amma mən 

döşəküzülərini yelkənə çevirmək istəyirəm. Amma bu rəmzin 

başqa mənası da var. Damların üstündə yellənən ağlar həm də 

təslim bayraqlarıdır...  İçərişəhərin köhnə evləri müasir 

buldozerlərə müqavimət göstərə bilmirlər, onlar dağılmağa, 

sökülməyə  məhkumdurlar və  təslim bayrağı kimi damların 

üstündə  mələfələri, döşəküzlərini qaldırırlar... Kiminsə  şeri 

vardı bu məzmunda... "Ağ döşəküzüləri nə görürlər yuxuda? 

Görürlər ki, uzaq cənub dənizlərində yelkənlərdir...", ya "uzaq 

cənub dənizlərinə kölgə düşür bu yelkənlərdən..." — xatirimdə 

deyil. 

Təhminə birdən Muxtarın uzun monoloqunu kəsdi: 



—Gəl sənin sağlığına içək, Muxtar, — dedi. — Zaura çox 

danışmışam sənin barəndə. Zaur da mənimçün əziz adamdır. 

Zaur: "Zaur da" — deyə ürəyində təkrar elədi. 



 239 

—Odur ki, deyirəm, Zaurik, — "Zaurik"— Muxtarın 

sağlığına qaldıraq bu qədəhi. Muxtar əsl dostdur, elə dostdur 

ki,  ən çətin dəqiqədə,  ən pis vəziyyətində ondan kömək uma 

bilərsən və o da əlindən gələni əsirgəməz. Heç vaxt da boynuna 

minnət-zad qoymaz ki, bəs filan-peşməkan... ya görürsən bir 

təmənnası olsun... bir söz... 

—Bir söz, boşla bu söhbətləri, — deyə Muxtar onun sözünü 

kəsdi. — Lap bal-bəhməz oldu... Nə bilirsən təmənnasızam, ya 

yox, bəlkə ürəyimdə  mənim də  təmənnam var. Uzun sözün 

qısası — gəlin, elə-belə içək, vəssalam, sağ olun. 

Təhminə sərxoş inadıyla: 

—Yox, — dedi, — mən bir neçə kəlmə də demək istəyirəm, 

xahiş edirəm sözümü kəsməyəsən... Mən demək istəyirəm ki, 

dostlar da cürbəcür olur. Elə dostlar var ki, yaxşı günün 

dostudur, ancaq yaxşı günündə sənin böyründə hərlənir, — üç 

qara qəpikdir qiyməti belə dostun. Elə dost var ki, yaman 

günün dostudur, bax belə dostu adam gərək çox yüksək 

qiymətləndirsin. Amma əgər həmin bu yaman günün dostu, 

ancaq yaman gündə  sənin imdadına çatırsa, amma yaxşı 

günündə səndən gen gəzirsə, bu da məncə birtərəfli dostluqdur 

e. Adamın ürəyi darıxar bu cür dostluqdan, sən otur gözlə ki, 

mənim pis günüm haçan gələcək, onda öz dostluğunu sübut 

elə... Yox, bu da yarımçıq dostluqdur bir növ. Amma bir başqa 

cür dostluq da var, məncə  əsl dostluq da elə budur... Yaman 

günündə  səni tək qoymaz belə dost, amma yaxşı günündə  də 

yaxasın qırağa çəkməz. Sənin dərdivə də şərikdir, sevincinə də 

sevinir. Sənin sevincin onun sevincidir, onun sevinci sənin 

sevincindir, dayan görüm, tamam çaşdım ,ki... deyəsən, çox 

içmişəm... Nə isə... sənin sağlığına, Muxtar! 

İçdilər, sonra Muxtar durub harasa getdi və Təhminə: 

—Bilirsən necə insan adamdır, — dedi. — Sənətkarlığına da 

söz ola bilməz, — allah vergisidir də... 

Zaur düşündü ki, bu allah zalım mənə niyə bir şey verməyib 

görəsən. 



 240 

—Zaurik, nədirsə, elə bil pərişan dəyirsən bu gün gözümə? 

Nə olub? 

Zaur: 


—Qəribədir, — dedi, — mən fikir vermişəm ki, Muxtarın 

yanında sən mənə "Zaur" deyirsən. Muxtar olmayanda "Zaurik". 

Təhminə şaqqanaq çəkdi: 

—Ay allah, əcəb ağılsızsan, — dedi. 

—Biz hardan ağıllı olaq? Ağıllı allahdır, ofisiantlardır, bir 

də rejissorlar. 

—Lap zəhər tuluğusanmış ki sən, Zaur… Nədi, yəni məni 

qısqanırsan, kimə, Muxtara? Ay-hay! İstəyirsən, lap bax 

Muxtarın yanında səni qucaqlayıb öpüm, Zaurik, yox, lap elə 

"Zaurcığaz" deyim sənə, istəyirsən? 

Zaur: 

—İstəyirəm, — dedi. — Gəl bircə burdan çıxaq gedək. 



Muxtar: 

—Znakomtesğ, — dedi, onunla bir kişi və bir qadın da 

yanaşmışdı stola. Muxtar Zaur və  Təhminəni rusca onlara 

təqdim elədi, sonra dedi ki, gələnlərin adı Saşa və Lenadır. Onu 

da  əlavə elədi ki, əlbəttə, Lenanı  və Saşanı  təqdim eləməyə 

ehtiyac yoxdur, onları kim tanımır ki, — bu ər-arvad çox 

məşhur kino aktyorları idi. 

Muxtar Saşayla Lenanı da stollarının başına dəvət elədi. 

Ər-arvad ikisi də artıq möhkəm dəm idilər və Saşa oturarkən 

az qaldı stuldan yıxılsın. 

—Pardon, — dedi, — oçenğ rad... Sonra — Madam, — 

deyə Təhminəyə müraciət elədi, — vı ne vozrajaete esli ə sədu 

rədom s vami? 

Təhminə etiraz eləmədi və Saşa ondan soruşdu ki, siz də 

aktrisasınızmı? Təhminə dedi ki, xeyr, mən televiziya 

diktoruyam. 

Lena: 

—Ax da, ə je videla vas po televizoru,  —  dedi,  — 



pozavçera gto bılo. 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə