Roman, povestlər



Yüklə 3 Mb.
səhifə77/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   73   74   75   76   77   78   79   80   ...   158

 265 

də min fənd qurub, min sorğu-suala tutub ifşa etmək istəyirsən 

məni? — Təhminə başını Zaurun sinəsinə qoydu, sonra üzünü 

Zaurun sifətinə  tərəf çevirib əlavə etdi. — Başa düş, Zaur, 

əzizim, birdəfəlik başa düş axır, sevirəm səni, sevirəm. Yalnız 

tək bir səni sevirəm... Bilirəm mənim deyilsən. Sənə heç bir 

hüququm çatmır, sənin cavan həyatını dağıtmağa da heç bir 

haqqım yoxdur... bilirəm bütün bunları... Amma sənsiz dura da 

bilmirəm. Bütün bu günlər dəli-divanə idim səninçün. Min dəfə 

sizin idarənin qabağından keçirdim və özüm özümə deyirdim: 

salam, Zaurik. Bilmirəm, Zaurik, nə olacaq, necə olacaq, heç 

bir şey bilmirəm. Nə istəyirəm, onu da bilmirəm. Lap azmışam, 

Zaurik, özüm öz içimdə azmışam. 

Zaur bunu demək istəmirdi, amma qeyri-ixtiyari ağzından 

çıxdı bu söz: 

—Mən elə bildim Spartak sizdədir. Maşını aşağıda dayanıb. 

—Maşını aşağıdadır? Görürsən bu fırıldaqçını... Bir yandan 

mənə, doğrudan, çox köməyi dəydi, amma o biri yandan belə 

murdar xasiyyətləri var da. Bilir ki, ərimdən ayrılmağım 

camaata yayılacaq, qəsdən gətirib maşınını evimin altında 

saxlayır... Dedim axı ona... O səfər telefonla danışanda söz 

düşdü, dedim Spartak, niyə belə eləyirsən? Deyir, heç dəxli 

var? Bəlkə sizin evdə  mənim başqa tanışlarım da olur. 

Deyirəm, kimdir axı tanışın? Hər  şeyi deməzlər ki, deyir... 

Bilirəm axı yalan deyir, gözünün içinəcən, tanışı-zadı yoxdur 

bu evdə... — Susdu, sonra əlavə elədi, — amma nə deyim, 

vallah, bəlkə doğrudan da bir dostu-tanışı bu tərəfdə olur, axı o 

qədər tanışı var ki, bu adamın... Nə belə diqqətlə baxırsan 

mənə, Zaurik? — Təhminə də gözlərini düz Zaurun gözlərinin 

içinə zillədi, sonra, — Zaurik, belə baxma, sən allah, — dedi, 

— söndür gözlərini, Zaurik... Bayaq gələndə  də gözlərin od 

tutub yanırdı, dedim, məni də alışdırıb yandırarsan... Söndür 

gözlərini, Zaurik, — deyə sərxoş inadıyla təkrar elədi. 

Zaur Təhminədən aralanıb ayağa durdu, qapıya tərəf 

addımladı. 



 266 

Təhminə təlaşla: 

—Zaurik, hara belə? — deyə soruşdu. 

—Bu saat gəlirəm, — Təhminənin narahatlığını görüb — 

zəng eləməliyəm, — dedi, — avtomatdan zəng vurub 

qayıdıram. 

Qapıdan çıxdı, pilləkənləri beş-beş atılaraq aşağı düşdü. 

Spartakın çəhrayı "Volqa"sı  əvvəlki yerində idi — bir tərəfi 

səkidə, o biri tərəfi küçədə, elə bil iki təkəriylə küçəyə yiyəlik 

iddiasındaydı, iki təkəriylə də səkiyə. 

Zaur cib bıçağını  çıxartdı  və "Volqa"nın dal təkərlərini 

deşdi, sonra tələsmədən çevrilib pilləkənlərlə yuxarı qalxdı. 

Təhminə pəncərənin qabağında dayanmışdı, uğunub gedirdi: 

—Gördüm, — dedi, — Zaurik, səndən də işdər çıxır ha. 

Zaur: 

—Hələ sabah da bir onun dərsini verəm gərək, — dedi. 



—Yox, işin olmasın, qurban olum sənə... Sən mənim igid 

cəngavərimsən... hansı  əsrdən gəlmisən, ey mənim igid 

cəngavərim? hə, cavab ver? 

Zaur: 


—On altıncı əsrdən,— dedi. 

—Düzdür, elə mən özüm də ya on beşinci əsrdən, ya da on 

dördüncü  əsrdənəm. Amma görürsən iyirminci əsrdə 

görüşmüşük... Elə bütün işlər bundadır da... 

Aşağıdan maşın səsi eşidiləndə gecə yarıdan keçmişdi. 

Spartak maşını işə saldı, maşın yerindən tərpəndi, amma dərhal 

da dayandı, qapısı açıldı. 

Zaurla Təhminə bərkdən güldülər. 

 

*** 

Spartakla səhər həyətdə görüşdülər, Zaur öz "Moskviç"inə 

tərəf gedirdi, meşin pencək və göy idman şalvarı geymiş 

Spartak isə öz "Volqa"sını yuyurdu. Zaura həmişə elə  gəlirdi 

ki, Spartakın özündən müştəbehliyi "Volqa"sına da sirayət 

edib. Elə bil maşının da xasiyyəti varmış və məhz bu "Volqa" 




 267 

çox təkəbbürlü xasiyyətliymiş. Bəlkə  də bu təəssürat ondan 

doğurdu ki, Spartak hər yerdə, həmişə "Volqa"sını burnu dik 

yuxarı saxlayırdı... 

Zaur: 

—Bura bax, Spartak, — dedi, — dünən axşam necə  gəlib 



çıxdın evinizə? 

—Necə bəyəm? 

—Təkərin deşilmişdi axı. 

Spartak təəccüblə: 

—Sən hardan bilirsən? — deyə soruşdu. 

—Hardan biləcəm, özüm deşmişəm də. 

—Sən?           

—Bəli, mən. 

Spartak səmimi təəccüblə: 

—Niyə? — deyə soruşdu. 

—Ona görə ki, bir də maşınıvı harda saxlamağın yerini 

biləsən. 

Spartak dərhal hər şeyi başa düşdü və etinasızlıqla: 

—Maşın mənimdir, kefim harda istədi, orda da saxlayacam, 

— dedi.        

Zaur sakitcə: 

—Özün bilərsən, — dedi. — Məndən deməkdir... Hələlik 

bircə  təkərini deşmişəm. Amma gələn səfər yenə bu maşını o 

yerdə görsəm, dörd təkərinin dördünü da deşəcəm, üstəlik dal 

şüşəylə qabaq şüşəni də  sındıracam. Bilirəm, pulun çoxdur, 

təmir elətdirərsən, amma sonra sənin sir-sifətivi də elə günə 

qoyacam ki, day heç kəs təmir edə bilməsin. 

—Bilirsən nə var, çox qozqurablıq eləmə. Səndən qorxan-

zad yoxdur burda.   Xox, qorxdum.   Səndən   qorxan-zad 

yoxdur burda... 

Belə desə də, Zaur gözlərindən gördü ki, bir balaca qorxub 

Spartak, hələ uşaqlıq oyunlarından Zaurun dəlisov xasiyyətinə, 

tərs damarına bələd idi axı. 

Amma Zaur maşınına minib həyətdən çıxanda birdən başına 



 268 

ayrı bir fikir də  gəldi. Düşündü ki, Spartakın ona cavab 

qaytarmamasının, həsdəməsinin səbəbi yalnız qorxu deyil. 

Spartak, yəqin ki, ailələrinin planlarından agah idi, ucundan-

qulağından eşitmişdi ki, bacısını Zaura vermək istəyirlər. 

Spartak yəqin güman edirdi, kim bilir, bəlkə  də baş tutacaqdı 

bu sevda. Belə olan surətdə  gələcək yeznəylə  pərdəni aradan 

götürməyin nə mənası vardı? 

 

*** 

Zivər xanım: 

—Mən day səninlə danışmayacam, — dedi. — Səninlə qoy 

dədən özü danışsın. Heç utanıb eləmirsən,  ə, heç qızarıb 

eləmirsən? Bir tikə abır-həya yox imiş  sənin sifətində, səhər 

üzü gəlmisən evə, utanıb yerə girmirsən heç... Ərindən ona 

görə boşanıb ki, səni sabahacan yanında saxlasın... Tfu... Eyib 

eləməz, day atan da hər şeydən agah oldu, səninlə nə tövr rəftar 

eləməyi özü bilər atan. 

Axşam atası çağırdı Zauru otağına. Atası aramla, təmkinlə, 

yeknəsəq bir tonla danışırdı, həm də çox uzun idi söhbəti və 

hər ikisi — atası da, Zaur da — bu söhbətdən üzülürdülər. Zaur 

bir daha yəqin elədi ki, insana ən ağır yaraları məhz ən yaxın 

adamlar vura bilirlər. Əlbəttə, atasının danışığı anasının haray-

qışqırığından çox fərqli idi, sözlər, ifadələr də bambaşqa idi, 

ton da, amma mənası, məğzi eyni idi. Zaur bir də ona fikir 

verdi ki, atasının nitqində durğu işarələri yoxdur — nə nöqtə, 

na vergül, nə nida — elə-belə, ardı-arası kəsilməyən, fasiləsiz, 

uzun, yeknəsəq bir monoloq... Nə  səsini qaldırırdı, nə 

həyəcanlanırdı, nə  də  nəfəsini dərmək üçün dayanırdı — 

nöqtəsiz, vergülsüz, axırsız bir cümlə — lal axan çayın ağır 

ləngəri: "Əgər o qadın belə düşünürsə ki, bizim çoxlu var-

dövlətimiz, pulumuz var və bütün bunlara da o sahib duracaq, 

çox yanılır". 

Atasının dediklərinin sadə  və aydın məğzi bu idi ki, Zaur 

özü özlüyündə heç nədir, heç kəsi cəlb etməyə qadir deyil və 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə